Ölkələrimiz arasında münasibətlər çox möhkəm təməl üzərində qurulub
Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazır olduqlarını vurğulayan cənab Fitso xüsusilə vurğuladı ki, Slovakiya Azərbaycandakı obyektiv vəziyyəti Avropa İttifaqında təqdim etmək istəyir. Slovakiya Baş naziri Bakıda Brüselə mesaj da ünvanladı: “Biz haqq-ədalət uğrunda mübarizə aparmalıyıq”. Eyni sözləri Bolqarıstan barəsində də demək olar. Ölkələrimiz arasında münasibətlər çox möhkəm təməl üzərində qurulub. Siyasi əlaqələrimiz yüksək səviyyədədir, bunu qarşılıqlı səfərlər, xüsusən də yüksək səviyyəli səfərlər sübut edir. Siyasi əlaqələrin möhkəmliyi Azərbaycan və Bolqarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına güclü təkan verməyə imkan verir. İki ölkə arasında 60-dan çox sənəd imzalanıb və bu, tərəflər arasında fəal siyasi dialoqun aparılmasından xəbər verir.
Şəmkir rayonu Peşə litseyi ərazi partiya təşkilatının sədri Nizami Əhmədov: