Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan-Bolqarıstan əməkdaşlığının bugünkü səviyyəsi müsbət, perspektivləri isə böyükdür

2024-05-13 10:15:09 159 baxış
Xəbər şəkil

Son illərdə Mərkəzi və Şərqi Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Eləcə də bir çox Qərb ölkələri Avropanın enerji təminatında getdikcə daha mühüm rol oynayan Azərbaycanla əməkdaşlıqlarını daha da dərinləşdirməkdə maraqlıdırlar. Bu ölkələrdən biri də Bolqarıstandır.  İki dost ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Mayın 8-də Bolqarıstan Prezidenti Rumen Radevin ölkəmizə səfəri, Prezident İlham Əliyevlə aparılan danışıqlar, imzalanan sənədlər, dövlət başçılarının bəyanatları isə onu deməyə əsas verdi ki, strateji tərəfdaşlıq getdikcə daha da güclənir. 
Qeyd edək ki, Azərbaycan və Bolqarıstan arasında əlaqələrin zəngin tarixi var. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. İki ölkə arasında 65 sənəd imzalanıb. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir.
İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Prezident İlham Əliyevin 2015-ci ildə paytaxt Sofiyaya rəsmi səfəri zamanı imzalanmış "Strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamə ilə münasibətlər keyfiyyətcə daha yeni səciyyə qazanıb. Bu mühüm sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. 
Hazırda Bolqarıstanın 15 şirkəti ölkəmizdə fəaliyyət göstərir. Yaxın vaxtlarda isə bu ölkənin “Caspian Lubricants Recycling” şirkəti də Azərbaycan iqtisadiyyatına  investisiya yatıracaq. Şirkət Sumqayıt Kimya Sənaye Parkının 2 hektar ərazisində istifadə olunmuş mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının istehsalı layihəsini həyata keçirəcək. Layihənin investisiya dəyəri 13,1 milyon manat təşkil edir. Müəssisədə 54 nəfərlik daimi iş yeri yaradılacaq. Burada istehsal olunacaq məhsulların daxili bazara çıxarılması ilə yanaşı, ixracı da nəzərdə tutulur. 
Bütövlükdə isə, ötən illər ərzində Azərbaycanla Bolqarıstan arasında iqtisadi əlaqələr dinamik şəkildə artıb. Elə ötən müddətdə Bolqarıstanın Avropa məkanında ölkəmizin əsas ticarət tərəfdaşına çevrilməsi də bunu təsdiqləyir. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi vur-tut 15, 9 milyon ABŞ dolları təşkil etdiyi halda, 2023-cü ildə bu göstərici dəfələrələ artaraq 510 milyon dolları ötüb. Eyni zamanda ötən il aparılmış idxal-ixrac əməliyyatlarında ölkəmiz 453 milyon dollara yaxın müsbət saldo əldə edib. Bir maraqlı məqam da ondan ibarətdir ki, 2022-ci ildə Azərbaycanın dünya ölkələri arasında 28-ci xarici ticarət tərəfdaşı olan Bolqarıstan bir il sonra bu göstərici üzrə 18-ci olub. 2024-cü ilin birinci rübündə isə qarşılıqlı ticarət təxminən dörd dəfə artaraq 153 milyon ABŞ dollarına çatıb. Hesabat dövründə Azərbaycan  Bolqarıstana 146 milyon dollarlıq ixrac həyata keçirib. Beləliklə, bu ölkə Azərbaycanın “TOP10” ixrac bazarı sırasına daxil olub. 
Məlum olduğu kimi, Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Bu səbəbdən də ölkəmiz Avropa məkanında etibarlı enerji müttəfiqi kimi tanınır. Bu da Azərbaycanın bir sıra Avropa ölkələri ilə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Hazırda Bolqarıstan da özünün xarici siyasətində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. 2020-ci il dekabrın sonlarında Trans-Adriatik Boru Kəmərinin istifadəyə verilməsindən sonra Şərqi Avropanın bir sıra ölkələri kimi, Bolqarıstan da Azərbaycan qazının əsas alıcılarından birinə çevrilib. Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri Balkan regionundan–Yunanıstan və Albaniyadan keçir. 2022-ci ildə Yunanıstan–Bolqarıstan birləşdirici qaz kəmərinin istifadəyə verilməsi “mavi yanacağ”ın bu ölkəyə nəqlinə imkan yaradıb. Avropa İttifaqı Statistika İdarəsinin məlumatına görə, 2023-cü ildə Bolqarıstan Azərbaycandan rekord həcmdə – 311,5 milyon avro dəyərində 37,7 min teracoul təbii qaz idxal edib. Bu da 2022-ci illə müqayisədə 58 faiz çoxdur. 
Bir sözlə, əməkdaşlığın bugünkü səviyyəsi müsbət, perspektivləri isə böyükdür. Belə ki, Bolqarıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində müzakirə edilən məsələlərdən biri də "yaşıl enerji" kabeli layihəsi olub. Məlumdur ki, Azərbaycan bərpaolunan enerji istehsalını getdikcə artırmağı qarşıya məqsəd qoyub və bunun böyük hissəsini ixrac etməyi planlaşdırır. Bunun üçün də 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Bu saziş Avropanı "yaşıl enerji" ilə təmin edən əsas kanal kimi Qara dənizin dibi ilə 1100 kilometr uzunluğunda sualtı kabelin çəkilməsini nəzərdə tutur. Yəni Azərbaycan Avropaya "yaşıl enerji" körpüsü salmağı hədəfləyib. Görülən işlər, keçirilən tədbirlər də ölkəmizin inamlı addımlarla bu məqsədə doğru irəlilədiyini göstərir. Əlbəttə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz, enerji təchizatçısı deyil. Əməkdaşlığın digər istiqamətləri də var. Məsələn, nəqliyyat, tarixi-mədəni abidələrin bərpası, ətraf mühitin qorunması və s. Enerji sahəsindəki uğurlu nəticələr göstərir ki, bu və digər istiqamətlərdə əlaqələri inkişaf etdirmək üçün imkan və təcrübə var.  
Əminliklə qeyd etmək olar ki, Bolqarıstan Prezidentinin ölkəmizə növbəti səfəri çərçivəsində dövlət başçıları tərəfindən təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə müzakirə olunan məsələlər, eləcə də imzalanmış bir sıra vacib sənədlər, xüsusən də  “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” dost və müttəfiq ölkələr arasında bir çox sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olacaq. 

Reyhanə Axundova,  Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03