Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

“Heydər Əliyev ona edilən yaxşılığı unudan insan deyildi” – Deputat xatirələrini danışır

2024-05-10 18:09:55 136 baxış
Xəbər şəkil

“Heydər Əliyev çox uzaqgörən, bütün planları ilə dövlətin 10-15, çox zaman 50 il sonrakı uğurlu taleyini düşünən, hesablayan siyasətçi idi. O, heç bir sözü boş yerə deməyib. Dediyi hər kəlmənin illər sonra, reallaşdığının şahidi oluruq. Xoşbəxt insanam ki, onunla bir müddət işləmək mənə də nəsib olub”.

Bu sözləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar  Lent.az-a xatirələrini bölüşən deputat, Ana Vətən partiyasının sədri Fəzail Ağamalı deyib:

“Bir xatirəni yada salmaq istəyirəm. 1990-cı illərin əvvəllərində ölkədə böyük xaos hökm sürürdü. Surət Hüseynov qiyam törədərək Baş nazir vəzifəsinə gəlib çıxmışdı. Mən Sosial Təminat nazirinin müavini idim, lakin naziri əvəz edirdim. Əmrim prezidentin masası üstündə idi. Nazir vəzifəsinə təsdiqlənməyim gözlənilirdi. Həmin ərəfələrdə “Əsrin müqaviləsi” imzalanmalı idi. Sürət Hüseynov Moskvanın diktəsi ilə bu müqavilənin imzalanmasına bütün imkanları ilə əngəl olmağa çalışır, müqavimət göstərirdi.

Öz təsir dairəsi altında olan qəzetlərdə tez-tez  müqavilənin Azərbaycana fəlakət gətirəcəyinə dair yazılar verdirirdi. Zərdüşt Əlizadənin “İstiqlal”, Yevlaxda çıxan “Yun” qəzetində, Nazirlər Kabinetinin mətbu orqanında Heydər Əliyevin neft siyasətinə qarşı məqalələr verir, sərt çıxışlar edirdi. Aprel ayının sonlarında Milli İstiqlal Partiyasının “Millət” qəzetinə müsahibə verib, Surət Hüseynovu istefa verməyə çağırdım. Yazı çıxandan sonra Surət Hüseynovun müavini məni çağırdı. Məqaləmi qarşıma atdı. Dedim “bəli, mən bunu demişəm, sözümdə də dururam. O, Heydər Əliyevə, dövlət siyasətinə qarşı çıxır, istefa verməlidir”. 

Bu hadisədən sonra Sürət Hüseynov Etimad Hüseynovun rəhbərlik etdiyi Qarabağ Əlillər Cəmiyyətini mənə qarşı qaldırdı. Bir toplantı keçirildi, əlillər üzümə durdular ki, mən onların haqlarını verməmişəm, nazirliyi “yeyib dağıdıram”. Sürət Hüseynov həmin iclasda məni işdən azad etdiyini bildirdi. Mən dedim ki, onun buna səlahiyyəti yoxdur, bu prezidentin səlahiyyəti altında olan məsələdir. Aramızda qalmaqal yarandı. 2 ay aramızda gərginlik davam elədi. O məni işdən çıxarmaq üçün təzyiq göstərir, Heydər Əliyev imkan vermirdi.

1994-cü ilin avqust ayında Prezident Administrasiyasında müşavirə keçirilirdi. Surət Hüseynov düz 2 saat gecikdi. Məlum oldu ki, yenə əlilləri yığıb “Azadlıq” meydanına. Bu dəfə artıq Prezidentə təzyiq göstərdi ki, Fəzail Ağamalını istefaya göndərməsə, Prezident Aparatına hücum edəcəklər.

Heydər Əliyev yeni seçilmişdi, ölkədə qarışıq durum mövcud idi. Bu məlumatı mən prezidentin köməkçisi Eldar Namazova çatdırdım və dərhal ərizəmi yazdım ki, Heydər Əliyev istefamı qəbul eləsin. Qapının arxasından Heydər Əliyevin əsəbi səsini eşidirdim. Həmin gün mənim istefam qəbul edildi. Heç unutmuram, həmin iclasda Heydər Əliyev çıxış edərək “Fəzail Ağamalı istefa verir. Amma bu mövcud şəraitin və hamının günahıdır” dedi. 

Surət Hüseynov vəzifədən getdikdən sonra Heydər Əliyev məni qəbuluna çağırdı və yenidən nazir vəzifəsini təklif etdi. Mən deputat kimi ölkəyə daha çox fayda verə biləcəyimi dedim, o da fikrimi qəbul elədi. Heydər Əliyev heç bir zaman ona edilən yaxşılıqları unutmurdu. Mən Milli Məclisin deputatı seçildikdən sonra səhhətimdə ağır problem yaranmışdı. O  diqqət göstərdi və dövlət başçısının göstərişi ilə mən İsveçrəyə müalicəyə göndərildim”.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03