Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan-Slovakiya münasibətləri yeni mərhələdə

2024-05-10 16:25:46 215 baxış
Xəbər şəkil

Azərbaycanın xarici dövlətlərlə əməkdaşlığı, qarşılıqlı münasibətlərinin möhkəmləndirilməsi və genişləndirilməsi bütün sahələrdə inkişafa zəmin yaradır. Beynəlxalq aləmdə yüksək nüfuza, iqtisadi yüksəlişə, ictimai-siyasi sabitliyə, vətəndaş həmrəyliyinə və birliyinə malik olan dövlətimiz özünə daim yeni dostlar, tərəfdaşlar axtarışındadır. Ölkəmizin müxtəlif dövlətlərlə qurduğu münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır. Dünya düzənində xüsusilə Slovakiya kimi ölkələrlə münasibətlərin yeni mərhələyə yüksəlməsi məhz sözügedən prosesin məntiqi davamıdır. Azərbaycan-Slovakiya münasibətlərinin strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edən qərarların, sənədlərin qəbul edilməsi perspektivdə daha uğurlu əməkdaşlığa imkan yaradır.
Qeyd edək ki, Azərbaycan-Slovakiya münasibətləri məhz hər iki ölkənin müstəqillik əldə etməsindən sonra qurulub. 31 dekabr 1992-ci ildə Çexiya və Slovakiya respublikaları bir-birindən ayrılıb və 1 yanvar 1993-cü ildə Slovakiya müstəqilliyini elan edib. Azərbaycanla Slovakiya arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə yaradılıb. 2000-ci ilin fevralında Slovakiyanın xarici işlər naziri Eduard Kukan Azərbaycana səfər edib və 1 fevral 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Eduard Kukan başda olmaqla nümayəndə heyətini qəbul edib. Cənab Prezident İlham Əliyevin hakimiyyətinin ilk illərindən etibarən münasibətlərin daim inkişaf etdirilməsi diqqətdə saxlanılıb. Xüsusilə münasibətlərin genişlənməsində ölkə başçımızın Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində bir sıra beynəlxalq təşkilatların və xarici ölkələrin rəhbər şəxsləri ilə görüşlər keçirilib. Məhz bu əlaqələr dövlətlərarası münasibətlərin inkişafında müsbət təsir göstərib. Digər tərəfdən, iki ölkənin parlamentləri arasındakı dialoqun möhkəmlənməsi məqsədilə iki ölkə arasında münasibətlər yüksək səviyyəyə qalxıb, parlamentlərarası əlaqələr inkişaf etdirilib.
Mayın 7-də Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri və səfər zamanı çox mühüm sənədlərin imzalanması əməkdaşlığa verilən böyük önəmin göstəricisidir və hər iki dövlətin milli maraqlarına uyğundur. Prezident İlham Əliyev mətbuata bəyanatında səfərin əhəmiyyətini qiymətləndirərək bildirib ki, Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. Səfər zamanı ölkələr arasında tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması isə bu uğurun başlanğıcıdır və gələcəkdə özünün daha yaxşı nəticələrini göstərəcək. Bunu müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər bir daha təsdiq edir. Dünyada yaranmış geosiyasi vəziyyət və Azərbaycan torpaqlarının uzun illər təcavüzə məruz qalması, ərazilərimizin hərbi yolla geri qaytarılması müdafiə qüdrətimizin gücləndirilməsini başlıca vəzifə kimi qarşıya qoyur və Slovakiya ilə bu sahədə əməkdaşlığa önəm verilməsi çox əhəmiyyətlidir.
Ölkəmizin etibarlı tərəfdaş olması ilə yanaşı, təhlükəsiz enerji ixracatçısı, qlobal əhəmiyyətli layihələrin təşkilatçısı və iştirakçısı kimi nüfuzu daha da artır. Avropanın etibarlı enerji təminatçısı olan Azərbaycanla bu sahədə əməkdaşlığı genişləndirmək demək olar ki, bütün ölkələrin gündəliyində yer alır. Eynilə strateji tərəfdaş olan Slovakiyanın da enerji təminatı ilə bağlı narahatlığı ölkəmiz tərəfindən aradan qaldırıla bilər. Mətbuata bəyanatında çıxışı zamanı ölkə başçımız bir çox sahəyə toxunduğu kimi, bu məsələyə də aydınlıq gətirib: "Təbii ki, bu gün energetika sektorundakı əməkdaşlıq çox geniş müzakirə edilmişdir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında "Həmrəylik Halqası" adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır". Məlumdur ki, Avropaya enerji təchizatı 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Qeyd edək ki, bu, Azərbaycanın ümumi qaz ixracının yalnız 50 faizini təşkil edir. Perspektivdə isə ölkəmizin hədəfləri arasında 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi dayanır. 
Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətlərinin fəaliyyəti ilə bağlıdır. Belə ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bütün sadalananlar onu deməyə əsas verir ki, Slovakiya Baş nazirinin ölkəmizə səfəri və imzalanan sənədlər ikitərəfli münasibətlərin gələcək inkişafı üçün böyük perspektivlər açır.

Allahverdi Piriyev, 
Salyan rayon Ziyalılar Birliyinin sədri, Əməkdar Müəllim, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03