Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan və Slovakiya Avropa energetikasının şaxələndirilməsi fonunda qaz sektorunda əməkdaşlığı gücləndirir

2024-05-10 16:21:24 230 baxış
Xəbər şəkil

Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Avropa İttifaqı ölkələri üçün Azərbaycan önəmli yerlərdən birini tutur. Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə, eləcə də Avropanın enerji təhlükəsizliyi sistemində oynadığı rol ölkəmizi kifayət qədər cəlbedici edir.
Bu baxımdan Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri xüsusilə diqqət çəkir. Qeyd edək ki, Slovakiya Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq tanıyan ölkələrdəndir. Bu gün Azərbaycan və Slovakiya arasında münasibətlər dostluq, əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf edir. İki ölkə arasındakı bu münasibət iqtisadi əməkdaşlıq sahələrində də güclənərək son illərdə daha da inkişaf edib. Azərbaycan və Slovakiya arasında iqtisadi münasibətlər energetika, ticarət, texnologiya və turizm kimi sahələrdə genişlənməkdədir. Energetika sahəsində Azərbaycan ilə Slovakiya arasında əməkdaşlığın səmərəliliyi diqqət çəkir. Azərbaycanın zəngin neft və qaz ehtiyatları, Slovakiya üçün əhəmiyyətli bir sahədir. Bu, enerji ticarəti, boru kəmərlərinin qurulması və enerji infrastrukturunun inkişafı kimi layihələrə imkan yaradır.
Qeyd edək ki, bu gün Azərbaycan neft və qaz ehtiyatlarını tədarük etməklə təkcə regionda deyil, həm də Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır. Azərbaycan qazının Aİ bazarına ixrac edilməsi üçün infrastrukturun yaradılması məqsədilə bir neçə əsas layihə icra olunub. 2007-ci ildə "Bakı-Tbilisi-Ərzurum" qaz kəməri (Cənubi Qafqaz qaz boru kəməri) istifadəyə verilib və "Şahdəniz" yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanıstana ixrac edilməyə başlayıb. 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin (ozamankı) Baş naziri Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP (Trans-Anadolu təbii qaz boru kəməri) layihəsinə imza atılıb. 2013-cü ildə TANAP kəməri ilə daşınacaq Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Türkiyə sərhədini İtaliyanın cənubuna birləşdirən TAP (Trans-Adriatik təbii qaz boru kəməri) layihəsi razılaşdırılıb və kəmərin tikintisi 2020-ci ildə başa çatdırılıb. Bu layihələr "Şahdəniz" yatağını İtaliyanın cənubuna birləşdirməklə "Cənub qaz dəhlizi" layihəsinin reallaşmasına imkan verib. Artıq tam gücü ilə işə düşən "Cənub qaz dəhlizi" məhz Azərbaycanın təşəbbüsü, Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti nəticəsində reallığa çevrilən və Avropanın enerji xəritəsinə ciddi töhfə verən mühüm enerji infrastrukturudur. Ölkə başçısının müdrikliyi və siyasi iradəsi, layihə iştirakçıları arasında düzgün koordinasiyanın təşkili, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, Avropa İttifaqının siyasi dəstəyinin təmin olunması bu layihənin hər bir mərhələsinin uğurla tamamlanmasını təmin etdi.
Bütün bu layihələr Azərbaycan qazını Avropa bazarına çatdırmaq üçün əsaslı infrastruktur yaradır və enerji təhlükəsizliyinin artırılmasında əhəmiyyətli addım kimi qiymətləndirilir. Həmçinin bu infrastrukturun yaradılması bölgədə iqtisadi əməkdaşlığı gücləndirmək və strateji tərəfdaşlığı genişləndirməklə yanaşı, regionda sabit və uzunmüddətli enerji təchizatının inkişafını təmin edir.
2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac edirdisə, bu il bu rəqəmin 12 milyarda qədər artması gözlənilir. 2027-ci ilin sonunadək isə təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi planlaşdırılır. Qaz ixracının artırılması, ölkənin iqtisadi inkişafına və beynəlxalq enerji bazarlarındakı mövcudluğuna olan təsirini daha da artıracaq. Bununla birlikdə bu layihələrin həyata keçirilməsi, infrastrukturun inkişafını və Avropa İttifaqı ilə əlaqələrin daha da güclənməsini təmin edəcək potensialı əks etdirir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və Slovakiya 9-cu ölkə olacaq. Bununla bağlı 2023-cü il aprelin 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın qaz nəqli operatorları ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanıb. "Həmrəylik Halqası" adlanan bu təşəbbüs Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş qaz ötürücü sistemləri şəbəkəsi vasitəsilə Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlıq sahələrini müəyyən edir. Bu layihə Mərkəzi, Şərqi və Cənubi Avropa regionunda enerji təchizatının təhlükəsizliyini və şaxələndirilməsini təmin edəcək.
Bir sözlə, Azərbaycanın 2,6 trilyon kubmetrlik qaz ehtiyatı, eyni zamanda bu ehtiyatın hasil olunması üçün mövcud potensialı və ixrac olunması üçün "Cənub qaz dəhlizi" kimi bir infrastruktur imkan verir ki, Şərqi Avropa ölkələrinin, o cümlədən də Slovakiyanın qazla təchizatında Azərbaycan öz rolunu oynasın. Bu isə ikitərəfli münasibətləri daha da yüksəldir.
Ümumilikdə, Azərbaycanla Slovakiya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində atılan addımlar böyük nəticələrin əldə olunacağına əsas verir. Bu səfər onu göstərdi ki, rəsmi Bratislava Cənubi Qafqazın ən ararıcı və resrektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.

Əli Nəcəfov,
Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbin müəllimi, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03