Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Ümummilli Liderin bizə əmanət etdiyi Azərbaycan dövlətçiliyi milli sərvətimizdir

2024-05-06 14:18:35 108 baxış
Xəbər şəkil

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 101-ci illiyi yaxınlaşır. Dahi şəxsiyyətin əbədiyyətə qovuşmasından ötən hər bir il Onu bizdən uzaqlaşdırmır, əksinə xalqımızın kütləvi şəkildə hər il dekabrın 12-də xatirəsini yad etməsi, mayın 10-da doğum gününü qeyd etməsi Ulu Öndərə olan məhəbbət və sədaqətin nə dərəcədə sarsılmaz olduğunu göstərir.  
Heç şübhəsiz, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin əsasının qoyulması olub. Ulu Öndər Azərbaycanı vətəndaş müharibəsi, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması ilə bağlı Ümummilli Lider Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə səs verən, hər zaman xalqının yanında olan, Azərbaycanın uğurlu gələcəyi barədə düşünən Ulu Öndər isə ziyalıların müraciətinə cavabında xalq, Vətən sevgisini bir daha nümayiş etdirdi. Azərbaycanı düşdüyü ağır vəziyyətdən çıxarmağın yollarını açıqlayan dahi şəxsiyyət bildirmişdir ki, Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.
Bundan sonra, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis olundu və Ümummilli Lider Heydər Əliyev partiyanın Sədri seçildi. Dahi şəxsiyyətin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkənin ən böyük siyasi qüvvəsinə çevrildi.
Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyamızın keçdiyi yolu təhlil edərək bildirdi ki, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc respublikamızın həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ümummilli Lider Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi başladı: “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox”. Prezident İlham Əliyevin diqqətə çatdırdığı kimi, əsl müstəqillik, milli dövlətçilik  tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, 1993–2003-cü illər Azərbaycan dövlətçiliyi üçün həlledici illər oldu. Xalqın əksəriyyətini dəstəyi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi. 1994-cü ilin mayında atəşkəsin əldə olunması Ulu Öndər Heydər Əliyevin siyasi nüfuz və peşəkarlığının nəticəsi idi. Belə ki, ölkədə sabitliyin yaradılması iqtisadi əlaqələrin qurulmasında, 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi” sazişinin imzalanması isə Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində mühüm rol oynadı.
Beləliklə, Azərbaycanın iqtisadi inkişafı hər sahədə uğurlu oldu. Müstəqilliyimizin qarantı kimi dəyərləndirilən ordu quruculuğu sahəsində ciddi və düşünülmüş addımlar atıldı. Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Onun yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin nəticəsidir. Çünki Ulu Öndər çox yaxşı bildirdi ki, müharibə şəraitində yaşayan ölkə üçün qüdrətli iqtisadiyyatla yanaşı, güclü ordu da vacib amillərdəndir.
Ulu Öndər Heydər Əliyev, eyni zamanda artıq tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində vaxtilə mühüm addımlar atıb. Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması ilə münaqişənin əsl mahiyyəti faktlar əsasında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı, erməni yalanları ifşa olundu.
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurların məntiqi nəticəsi isə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi oldu. 2003-cü ildə seçicilərin əksəriyyətinin səsini qazanaraq dövlət başçısı seçilən cənab İlham Əliyev andiçmə mərasimində bildirmişdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 20 ilin uğurları tarixi Zəfəri şərtləndirdi. Rəşadətli Ordumuz döyüş meydanında qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək, 44 gündə torpaqlarımızı işğaldan azad etdi, ötən ilin sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu.
Məlum olduğu kimi, 2023-cü il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdi. Sevindiricidir ki, məhz “Heydər Əliyev İli”ndə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Dahi şəxsiyyətin anadan olmasının 100 illiyi münasibətilə Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşadan xalqa müraciətində Müzəffər Ali Baş Komandan İlham Əliyev: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik” söyləyərək bu məqamı da xüsusi qeyd etdi ki, mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim: “Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır”.
Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ümummilli Liderin yaratdığı ideoloji əsaslar Azərbaycanda tam şəkildə bərqərar olub. Güclü dövlət, güclü iqtisadiyyat, xalqımızın milli ideya ətrafında birləşməsi, güclü milli-mənəvi dəyərlər əsasında müasir dövlətin qurulması, bütün bu proseslər Azərbaycanda çox uğurla davam edir. Bu gün hər bir azərbaycanlının fəxr edə biləcəyi, miqyası ölçüyəgəlməz olan uğurlarımız var. Onların hamısı Heydər Əliyev siyasətinin təntənəsidir və O, adı dövlətçiliyin simvoluna çevrilən liderdir. Ümummilli Liderin bizə əmanət etdiyi Azərbaycan dövlətçiliyi milli sərvətimizdir və onu göz bəbəyi kimi qorumalıyıq.


Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03