Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

OP29-a ev sahibliyi qlobal miqyasda ölkəmizin güclü diplomatiyasının və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir

2024-04-30 15:09:16 230 baxış
Xəbər şəkil

 

Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycan son günlər bir daha dünyanın diqqət mərkəzinə çevrilib. Son bir həftə ərzində baş verən siyasi proseslər Prezident İlham Əliyevin tam müstəqil siyasətinin, etibarlı tərəfdaşlığının yaratdığı reallığı şərtləndirir desək, yanılmarıq. Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsi, ardınca İlham Əliyevin Vladimir Putinin dəvəti ilə Rusiyaya səfəri, zəngin keçən görüş, müzakirə edilən mühüm məsələlər, ardınca 30 ölkədən 64 beyin mərkəzinin nümayəndələrinin iştirakı ilə ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda İlham Əliyevin çıxışı, verdiyi mesajlar, Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri, imzalanan yeni sənədlər, əldə olunan razılaşmalar – bütün bunnlar deyilən fikirləri bir daha sübut edir. 
ADA Universitetində aprel ayının 23-də keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum ilk növbədə onu göstərdi ki, İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bütün istiqamətlər üzrə inkişaf etmiş dövlətimiz həm də müasir tarixi dövrün ən geniş dialoq məkanına çevrilib. Sivilizasiyalararası, mədəniyyətlərarası, dinlərarası dialoqlara həsr edilmiş beynəlxalq səviyyəli möhtəşəm zirvə toplantıları, sammitlər, forumlar, simpoziumlar ölkəmizdə dünyanın, regionun, ölkələrarası münasibətlərin, qlobal problemlərin geniş və işgüzar şəkildə müzakirəsinə meydan açıb. Tədbirdə vurğulandı ki, Azərbaycanın bu ilin noyabr ayında COP29-a ev sahibliyi qlobal miqyasda ölkəmizin güclü diplomatiyasının və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir. Bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi nüfuzlu beynəlxalq təsisatlarda uğurla sədrlik edib. Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafı ev sahibliyi etdiyi tədbirlərin yüksək səviyyədə keçirilməsində də öz sözünü deyir. Tədbirə 30 ölkədən 64 nümayəndənin qatılması müzakirəyə çıxarılan mövzunun aktuallığını, mahiyyətinin beynəlxalq ictimaiyyət üçün nə qədər maraqlı olduğunu təsdiqləyir. 
Dövlət başçısı İlham Əliyevin forumda çıxışı və iştirakçıların çoxsaylı suallarını ətraflı cavablandırması həm ölkəmiz haqqında, həm də regionun gələcəyi, dünya siyasətində yeniliklərlə bağlı geniş məlumatların əldə edilməsində zəngin mənbədir. Prezident İlham Əliyev belə görüşün ötən ilin dekabr ayının əvvəllərinə təsadüf etdiyini önə çəkərək bu müddət ərzində Azərbaycanda və ətrafda bir çox hadisələrin baş verdiyini, bütün bu hadisələrin müsbət məcrada cərəyan etdiyini diqqətə çatdırdı. Bu hadisələr sırasında Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və sərhədlərin delimitasiyası xüsusi qeyd oluna bilər. Həmçinin ötən ilin dekabrında mötəbər tədbirin - COP29-un ölkəmizdə keçirilməsi barədə qərar qəbul edildi. COP29 konfransına ev sahibliyi etmək beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana göstərilən böyük etimadın və dəstəyin əyani nümayişidir. Dövlətimizin başçısı onu da bildirdi ki, COP29-a hazırlığın fəal mərhələsindəyik. Yaxşı nəticələr əldə etmək üçün olduqca fəal və səmərəli çalışmalıyıq. COP29 bizim üçün çox böyük məsuliyyətdir. 
Prezident İlham Əliyev forumda diqqəti hazırkı dövrün əsas çağırışı olan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə Azərbaycanın qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipini əks etdirən sülh təklifindən də bəhs edib. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və məkanlarda keçirilən görüşlərə diqqət yönəldilib. Ən əsası Azərbaycanın ötən ilin sentyabrında suverenliyini tam bərpa etməsi, bu günlərdə Qazax rayonunun 4 kəndinin geri qaytarılması əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Azərbaycanın COP29-a ev sahibliyinin Ermənistan-Azərbaycan dialoquna və daha geniş əməkdaşlığa hansı töhfəni verə biləcəyinə gəldikdə isə dövlətimizin başçısı qeyd etdi ki, razılaşmaya ola bilsin heç vaxt olmadığı qədər yaxınıq. Çünki işğal dövründə razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq. Həmin vaxt bizdə sülh müqaviləsinin layihəsi belə yox idi. Amma indi bu layihə bizdə var. İndi sülh razılaşmasının necə olmalı olduğuna dair bizdə ümumi anlayış var. Biz, sadəcə, təfərrüatlar üzərində çalışmalıyıq. Lakin əlbəttə ki, hər iki tərəfə vaxt lazımdır. Çünki sülh müqaviləsi imzalandığı təqdirdə, bu, hər iki ölkə üçün tarixi razılaşma olacaq. Buna görə hər bir söz, hər bir nöqtə, hər bir paraqraf vacibdir. Lakin vacib olan odur ki, hər iki tərəfin bunu etmək üçün siyasi iradəsi var.
Dövlətimizin başçısı iştirakçıların suallarını cavablandırarkən hazırkı dövrün əsas çağırışlarından olan iqtisadiyyatın şaxələndirilməsi məsələsindən də geniş bəhs etdi. Bildirdi ki, biz iqtisadiyyatımızı artıq müəyyən dərəcədə şaxələndirə bilmişik. Hazırda neft və qaz ümumi daxili məhsulun yarıdan azını təşkil edir. Lakin ixracımızın təxminən 95 faizi neft və qazdır. Beləliklə, bizim əsas məqsədlərimizdən biri hazırda ixracımızı şaxələndirməkdir. İxracımızı şaxələndirmək üçün təkcə məhsul istehsal etmək kifayət deyil, çıxışımız da olmalıdır: “İqtisadiyyatımızın digər sahələrinə gəldikdə isə nəqliyyatla bağlı ümidlərimiz böyükdür. Artıq dediyim kimi, dəhlizlərin bu qovşağı böyük iqtisadi fəallıq yaradacaq. Həm də biz bu nəqliyyat marşrutlarını təkcə asanlaşdırma və tranzit kimi deyil, həm də marşrutda sənaye qurmaq imkanı hesab edirik. Ona görə də ümid edirik ki, bölgədən istehsalçılar gəlib bu layihələri həyata keçirəcəklər. Biz indi Ələtdə azad iqtisadi zonanın fəal inkişaf mərhələsindəyik, zonada artıq rezidentlər toplaşır. Beləliklə, biz iqtisadiyyatın digər sahələrinin inkişafı üçün əlimizdən gələni etməyə çalışırıq.”
Sənayenin inkişafı həyata keçirilən siyasətin əsas tərkib hissəsidir. O da məlumdur ki, Davos Ümumdünya İqtisadi Forumu Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzlərdən biri kimi Azərbaycanı seçib. Bu, ölkəmizin gördüyü işlərə və əldə olunan uğurlara verilən dəyərdir. Azərbaycan bərpaolunan enerji sahəsində də zəngin potensiala malikdir. 157 gigavat potensial yalnız dənizdə mövcuddur. Dövlətimizin başçısı İlham Əliyev iqtisadi imkanlarımızın təhlili əsasında belə bir çağırışı etdi ki, gələcəyin proqnozlaşdırıla biləcəyini düşünürəm.


           Vəfa Məmmədova,  
        MİHİ Salyan Rayon Komitəsinin sədri, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03