Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir

2024-04-29 17:40:36 328 baxış
Xəbər şəkil

Dünyada elə ölkələr var ki, onların digər dövlətlərlə  əlaqələrinin gələcəkdə daha da intensivləşməsi, dərinləşməsi real görünmür. Amma Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər tamam fərqli rakursdan dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Hər iki respublikanı yaxınlaşdıran kifayət qədər çoxlu amillər sadalamaq mümkündür. Azərbaycan-Qırğızıstan münasibətlərindən söz açarkən ilk növbədə tarixi bağlılığı vurğulamaq lazımdır. Belə ki, Azərbaycan və Qırğız xalqları eyni dinə oxşar dilə, mədəniyyətə və ənənələrə malikdirlər. Hətta hər iki xalqın folklorunda və yazılı ədəbiyyatında eyni personajlara belə təsadüf olunur. Bu gün Azərbaycan və Qırğızıstan xalqları arasında yaxınlaşmağa, əlaqələri daha yüksək səviyyəyə qaldırmağa böyük istək var.
Hələ Sovet İttifaqı dönəmində hər iki xalq arasında mədəni əlaqələr inkişaf edib. Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir. Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar. Diaspor üzvləri arasında 3 elmlər doktoru, 22 elmlər namizədi, 9 əməkdar xadim var. Daha 3 soydaşımız isə Qırğız Respublikasının “Şöhrət” medalı ilə təltif edilib. Tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstandakı azərbaycanlılar dil və adətlərini qoruyub saxlayıblar. Məşhur qırğız yazıçısı Çingiz Aytmatov bu gün də Azərbaycanda sevilən yazıçılardandır. Təsadüfi deyil ki, məşhur yazıçının 85 və 90 illik yubileyləri ilə bağlı Azərbaycanda tədbirlər keçirilib. 
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə həmişə böyük önəm verir. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri bu gün də yüksələn xətlə inkişaf edir. Qırğızıstanın dövlət başçısı Sadır Japarovun Azərbaycana rəsmi səfəri, cənab Prezidentlə görüşləri və işğaldan azad olunmuş ərazilərə birgə səfərləri ölkələrimiz arasındakı dostluğun, xalqlarımız arasındakı qardaşlığın bir daha əyani təcəssümüdür.
Ölkələrimiz müstəqillik əldə etdikdən sonra qurulmuş bu münasibətlər Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə inkişafa başlamışdır. Ulu Öndərin Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün qardaş Qırğızıstana səfər etməsi olduqca mühüm hadisə idi. Daha sonra hər iki ölkədə diplomatik nümayəndəliklər təsis olunub və ölkələrimizin bugünkü münasibətlərinə qədər gəlib çıxıb. Tarixinin ən parlaq dövrünü yaşayan dövlətlərarası münasibətlər istər ikitərəfli, istərsə də beynəlxalq miqyasda mühüm yer tutur. Məhz dövlət başçılarının səfərləri, keçirilmiş ikitərəfli və çoxtərəfli görüşlər, Dövlətlərarası Şuranın iclasları, imzalanmış sənədlər münasibətlərin inkişafına xüsusi töhfə verir. Bütün sahələrlə bərabər, mədəni əlaqələrin inkişafı, mədəniyyət günlərinin keçirilməsi, Bakı şəhərində Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılması həm də ortaq mədəniyyətimizə verilən qiymətdir, bu dəyər həm də bütün sahələrdəki əməkdaşlığın inkişafına stimul verir.  
25 aprel tarixində dövlət başçılarının birlikdə Füzuliyə, Ağdama səfəri, Füzuli şəhərinin Baş Planı ilə, eləcə beynəlxalq jurnalistlər tərəfindən ermənilərin törətdiyi barbarlığın əyani təcəssümü olan və “Qafqazın Xirosiması” adlanan Ağdam şəhərində görülən işlərlə tanışlıq mütərəqqi hadisədir.
Tarixi Zəfərimizlə bitən İkinci Qarabağ müharibəsindən dərhal sonra başlanmış quruculuq işləri bu gün son sürətlə davam edir. Sözügedən səfərlə birlikdə işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə aparılmış abadlıq və quruculuq işləri ilə tanışlığa imkan yaratdı. 
Qırğızıstanın Prezidenti Sadır Japarovun Ağdam rayonunda məktəbin tikilməsi təşəbbüsü ilə çıxış etməsi, dünən isə dövlət başçılarının ilk təməllərini atdıqları Ağdam rayonu Xıdırlı kənd məktəbi dövlətlərimiz arasında olan dostluğun əsas simbollarından birinə çevriləcəkdir. Məhz bu məktəb həm də Qırğız xalqının ölkəmizə, xalqımıza verdiyi dəyərdir.  

Adilə Mirzəxanlı,
YAP Salyan rayon təşkilatı 6 nömrəli İşarəvermə və Rabitə Sahəsi ƏPT-nin sədri

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03