Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur

2024-04-26 11:24:56 289 baxış
Xəbər şəkil

     Ekologiya bir elm kimi XX əsrin ikinci yarısında formalaşmışdır. Bunun  obyektiv  səbəbləri var idi. Dünyada əhalinin sayı artdıqca sosial-iqtisadi, maddi  problemlər də çoxalırdı. Üstəlik, əvvəllər insanlar aza qane olurdularsa, yaşayış standartları dəyişdiyi üçün onların istəkləri də artırdı. Belə olan halda insan yaşayış ehtiyaclarını ödəmək üçün təbii ehtiyatları  talamağa başladı. Təbii ehtiyaclar isə tükənməz deyil. Ona görə də təbii ehtiyacla təbii ehtiyatlar  arasında "mübarizə" getdikcə qızışdı. Hətta o dərəcədə ki bəşəriyyət ekoloji fəlakətlə üz-üzə qaldı. İndi dünyanın bütün ekoloqları bu fəlakətin qarşısını almağın yollarını arayırlar. 
     Bu gün təbiətin ən böyük bəlası antropogen təsirlərdir. Meşələrin və  heyvanların məhv edilməsi faciə, landşaft, iqlim və atmosferin çirklənməsi böyük təhlükədir. Bu faciə və təhlükə özünü anomal iqlim şəraitində, təbii fəlakətlərin artmasında və  ərzaq məhsulları istehsalının azalmasında qabarıq büruzə verir. Azərbaycan da zaman-zaman ekoloji problemlərin həll edilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Amma yenə də problemlər olur. Ölkəmizdə ekoloji problemlərin əsas mənbəyi qlobal ekoloji proseslər və onların lokal təsirləridir. Su mənbələrinin azalması, sənaye müəssisələrinin və nəqliyyatın atmosferi çirkləndirməsi kənd təsərrüfatında yararlı torpaqların sıradan çıxmasına səbəb olur. Üstəlik də biomüxtəliflik, meşələr, flora və fauna  yaxşı qorunmur. Sadalanan və sadalanmayan digər problemlər Azərbaycanda "yaşıl iqtisadiyyat", "yaşıl enerji" və "yaşıl zona" kimi vacib addımların atılmasını zəruri edir. Və bəri başdan qeyd edək ki, bu istiqamətdə təsirli tədbirlər də görülür. Onlardan biri elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payını 2026-ci ilədək 24, 2030-cu ilə kimi isə 30 faizə çatdırmaqdır. Bu hədəfə çatmaq üçün  Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri  2021-ci ildə "yaşıl zona" elan etmişdir. Ötən iki il regionda bərpaolunan enerji mənbələrindən istifadəni artırmaq üçün "Masdar", "ACWA Power", "China Gezhouba Group Overseas Investment", "Total Energies", "Nobel Energy Management", bp kimi xarici şirkətlərlə əməkdaşlıq edilir. Bu istiqamətdə 230 MVt gücündə olan "Qaradağ" Günəş-Elektrik Stansiyasının istismara verilməsi daha əlamətdar hadisədir.
     "Yaşıl iqtisadiyyat"ın  inkişafı ekoloji problemlərin həlli yolunda atılan ən gərəkli addımdır. Bu həm də təkcə Azərbaycanda deyil, bütün dünyada geniş vüsət alıb. Çünki ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün bu gün "yaşıl iqisadiyyat"ın genişləndirilməsi tələb olunur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də 5-ci prioritet "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi"dir. Qeyd edək ki, Azərbaycanda qurulmuş təkrar emal prosesi "yaşıl iqtisadiyyat"ın inkişafına, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Müasir iqtisadiyyatda "təkrar emal" vacib məsələdir. İstehlak prosesindən sonra tullantıların bir qismini yenidən istifadəyə yararlı hala gətirməklə müxtəlif sahələrdə yaranan qıtlığın qarşısını almaq mümkündür. Ümumiyyətlə, yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsi sayılan təkrar emalda əsas məqsəd təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını almaq, eləcə də əlavə xammal bazası yaratmaqdır. Azərbaycanın gələcək iqtisadi inkişafı ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası sahəsində görülən uğurlu işlərdən asılıdır. Bu istiqamətdə ölkədə həyata keçirilən tədbirlərin nəticələri deməyə əsas verir ki, Azərbaycan dünyanın indiki ekoloji "dağıntılar" şəraitindən çıxması üçün gərəkli addımlar atır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi qərarı da bu səbəbdən dolayı  alınıb. Ona görə də deyə bilərik ki, dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur.

  Elmar Xudiyev 
Salyan rayon “Şəfa” Su İstismar Birliyinin sədri

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03