Cənab Prezident İlham Əliyev Moskvaya işgüzar səfəri çərçivəsində BAM-ın tikintisinin 50 illiyinə həsr olunmuş təntənəli tədbirdə də iştirak etmişdir.
BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin xüsusi əməyi və rolunu rusiyalılar unutmurlar. 50 il əvvəl BAM 2 milyondan çox gəncin səfərbər olunaraq ərsəyə gətirilmiş ümmumittifaq əhəmiyyətli layihə idi. Yolsuz Sibir meşələrindən dəmir yolu çəkmək ən çətin və mürəkkəb bir iş hesab olunurdu. Layihənin icrasının çətinliyini görən sovet rəhbərliyi bu sahəni Heydər Əliyevə tapşırdı. Onlar bilirdilər ki, ancaq Heydər Əliyevin təcrübəsi, rəhbərlik etmək bacarığı və qətiyyəti BAM-ı ərsəyə gətirə bilərdi. Təbii ki, belə də oldu. Heydər Əliyev BAM-ın tikintisinə bütün gücünü səfərbər edir və on günlərlə müəyyən çətinliklərlə üzləşərək tikinti sahələrinə gedir və kollektivlərlə görüşərək tapşırıqlarını verirdi. Məhz o vaxtı yolun tikintisində işləyənlərin Heydər Əliyevdən bir rəhbər kimi diqqət və məhəbbətin görməsi sayəsində daha da həvəslənmiş və BAM-ı vaxtından əvvəl yekunlaşdıra bilmişdilər. Bu gün BAM-ın tikintisində iştirak edənlər Heydər Əliyevin xatirəsini unutmurlar və yad edirlər. O cümlədən Anqoya qəsəbəsindəki dəmir yol vağzalına Heydər Əliyevin adını verilib. Bu gün Azərbaycanın iştirakı ilə ərsəyə gələn Şimal-Cənub nəqliyyat dəhlizi Şimal dənizini Hind okeanı ilə birləşdirilməsinə imkan verəcəkdir. Bu beynəlxalq nəqliyyat dəhlizinin əmələ gəlməsi fars körfəzindən Şimal dənizinə qədər daşımaları təmin edəcək böyük bir marşrutu formalaşdırmaqla ölkələrimizin beynəlxalq daşımalarda iştirakını genişləndirməklə böyük bir regionda geosiyasi əhəmiyyətimizi artıracaqdır. Azərbaycan-Rusiya əlaqələri də dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf edir. “İki ölkə arasında siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Azərbaycan daima xarici siyasət kursunda Rusiya ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlərə böyük əhəmiyyət verib. Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Dövlətimiz çoxşaxəli əməkdaşlıqları öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlıqların genişləndirilməsinə çalışır. Xalqının ən çətin dövründə - Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldıqda doğma Vətəninin harayına yetişən, bütün çətinliklərə, maneələrə, təzyiqlərə baxmayaraq, ölkəmizi təhlükələrdən, tənəzzüldən xilas edib dinamik inkişaf yoluna çıxaran Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycandır. Bu gün Azərbaycan Ulu Öndərin ideyalarını uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səylərini davam etdirir. Bu prosesdə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Nicat Mütəllimov
Saatlı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı