Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

“Qanunvericiliyə dəyişiklik olsa da, 18 yaşı tamam olmayan vətəndaşlarımıza siqaretlər çox rahat şəkildə satılır” - Aydın Xan Əbilov

2024-04-23 23:07:29 244 baxış
Xəbər şəkil

Son zamanlar mətbuatda köşk və mağazalar tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satılması barədə xəbərlər oxuyuruq. Bunun qarşısının alınması üçün polis əməkdaşları tərəfindən satıcılarla maarifləndirmə və profilaktik işlər aparılır və lazım gəldikdə cərimələr tətbiq olunur. Lakin buna baxmayaraq təəssüf ki, belə hallar davam edir. Azyaşlı uşaqların xüsusən, siqareti təkcə ailə üzvləri və ya yaxınları üçün deyil, özləri üçün də aldıqları məlumdur. Belə olan halda satıcılar cərimələnəcəklərini bildikləri üçün nəyə görə bu addımı atmaqdan çəkinmirlər?

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana portalının və www.yenimedia.net saytının təsisçisi/baş redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Herbiand.az-a bildirib ki, təəssüflər olsun ki, Azərbaycanda qanunvericiliyə dəyişiklik olsa da, çox qızğın ictimai müzakirələr aparılsa da, cərimələr artırılsa da, yenə də supermarketlər, mağazalar və köşklərdə azyaşlı uşaqlar və yeniyetmələrə, 18 yaşı tamam olmayan vətəndaşlarımıza tütün məmulatları, siqaretlər, elektron siqaret və qəlyanlar, spirtli içkilər, pivələr və hətta son zamanlar həm də energetik içkilər çox rahat şəkildə satılır:

“Daxili İşlər Nazirliyinin əməkdaşları bununla əlaqədar reydlər keçirirlər, bəzi insanlarla profilaktik tədbirlər üçün söhbətlər aparılır. Bəzi insanlar cərimələnir, inzibati tənbeh üsulu ilə onlar başa salmağa çalışılsa da, amma vəziyyət yenə də get-gedə gərginləşməkdədir və öz həllini hələ ki, tapmır. Ümumiyyətlə, dünyanın bir çox ölkələrində məktəb, uşaq bağçaları, gənclərin və yeniyetmələrin yığışdığı kitabxanalar, əyləncə mərkəzlərində spirtli içkilər, tütün məmulatları, elektron siqaretlər və qəlyanlar, energetik içkilərin 18  yaşı tamam olmayan şəxslərə satılması, yayılması qəti qadağandır və qanunla çox ciddi cəzalandırılır. İndi bir çox ölkələrdə hətta məktəblərdə rəngli qazlaşdırılmış şirinləşdirici içkilərin satılması belə qadağandır. Məsələn, qonşu Rusiyada valideynlərin icazəsi olmadan saat 10-dan sonra hər hansı bir kokteyl, energetik içki, hətta qazlaşdırılmış sərinləşdirici və şirinləşdirici içkilərin satılması qəti qadağandır. Hətta coca-colanın satılması qəti qadağandır. İndi söhbət gedir ki, sonradan bərpa edilmiş meyvə şirələrinin satışına qadağa qoyulsun”.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədrinin sözlərinə görə, saat 10-dan sonra ümumiyyətlə, spirtli içkilərin satışının qadağan edildiyi həm Rusiya, həm də Türkiyə təcrübəsi var:

“Nədənsə, biz yaxşı təcrübələri çox gec götürürük. Bəli, dövlət tərəfindən spirtli içkilərin, tütün məmulatların reklamı qadağan edilib. Amma biz yenə də supermarketlərdə ən gözəl yerlərdə siqaretlərin, elektron qəlyanların qoyulub satılmasının şahidi oluruq. Ən gözü görünən yerdə spirtli içkilərin reklamını, eyni zamanda rəflərdə uşaqların əli çatan yerdə qoyulmasını görürük. Halbuki, qanunvericilik bunu tələb edir və bir çox sivil ölkələrdə də belədir ki, spirtli içkilər və tutun məmulatları uşaqların gedə bilmədiyi, uşaqlar üçün nəzərdə tutulan malların satılmadığı rəflərdə qoyulur.  Yaxud yeni koktellər, fasfutlar, yeni ətirlənmiş siqaretlərin satışı ya qismən ya ümumiyyətlə qadağan edilib, ya da xüsusi lisenziya tələb edən yerlərdə satılır və onların 18 yaşdan aşağı olanlara satılması qəti qadağandır. Əgər bununla bağlı bir neçə fakta rast gəlinsə, dövlət qurumlarının nümayəndələri həmin köşkü bağlaya bilər, siqaret satışı ilə bağlı lisenziyalarını ləğv edə bilərlər. Amma Azərbaycanda bu varmı? Yenə də Azərbaycan valideynləri öz uşaqlarını siqaret, araq, energetik içki dalınca göndərir və bununla fəxr edirlər ki, oğlum kişiləşib və mənim tapşırığımı yerinə yetirir, gedib mağazadan filan şeylər alır. Ancaq onlar bilmədən, anlamadan həmin uşağın şüuruna ziyanlı içki və tütün məmulatlarının aludəçisi olmasını yeridirlər. Düşünürəm ki, Azərbaycanda bununla bağlı qanunları pozan, uşaqlarımızı və gənclərimizi zəhərləyənlər çox külli miqdarda cərimələnməlidir. 1000 manatdan başlamış, sonradan 100  min manata qədər cərimələnməsi, mağazanın satışı ilə bağlı lisenziyası varsa ləğv olunmalı və vergi sanksiyası tətbiq olunmalıdır. Həmin satışı təşkil edən satıcı isə ümumiyyətlə, bir neçə illik və ya ömürlük ticarətlə məşğul olmaqdan məhrum edilməlidir. Bu cür qanun pozuntuları edənlər hətta cinayət məsuliyyətinə cəlb edilməlidir. Çünki onlar bizim genefondumuzu məhv edir, gələcəyimizi zəhərləyirlər”.

Prezident təqaüdçüsü bir məsələni də qeyd edib ki, bizim kompüter oyunları mərkəzinə də girmək mümkün deyil:

“Bir çox idman salonlarında zərərli, həddindən artıq istifadəçiyə zərər verən, orqanizmi məhv edən idman yemləri və əlavələri, qəlyanlar uşaqlara və yeniyetmələrə təqdim edilir. Bununla bağlı hələ ki, heç bir ictimai etiraz yoxdur və yaxud rəsmi dövlət qurumları tərəfindən inzibati cinayət məsuliyyətinə cəlb olunan şəxsləri biz görmürük. Bu insanların üstünə gedən zaman o dəqiqə deyirlər ki, mən öz balamı saxlamaq üçün işləyirəm. Bəs, sizin balanız sizə əzizdir, amma millətin balaları sizin üçün əziz deyilmi? Siz millətin balalarını zəhərləməlisiniz və gələcəkdə daha da varlanmaq üçün artıq siqaret yox, müxtəlif uyuşdurucu maddələr, patılar sata bilərsiniz, bunun şəbəkəsini yarada bilərsiniz və heç kim sizə söz deməməlidir? Daxili İşlər Nazirliyi və onun yerlərdəki strukturları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini qurumlarla bağlı komitəmiz, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi birgə addımlar atmalıdırlar. Onlar planlı şəkildə bu məsələ ilə bağlı həm maarifləndirmə, həm cəzalandırma, həm də bunun dəb olmadığı, artıq siqaret çəkməyin ayıb olduğu, spirtli içkilərin şəxsiyyəti məhv etməsi ilə bağlı çağırışların yaranmasında iştirak etməlidir. Sözsüz ki, kütləvi informasiya vasitələri, bloggerlər, internet saytları və xüsusən də QHT-lər bu yöndə layihələr işləməlidirlər ki, gənclərimizi xilas edə bilək”.

Aydın Xan Əbilov sonda bir məsələyə də toxunub:

“Gənclərimiz nə qədər ki, oturaq həyat tərzi keçirəcəklər, idmana, muzeylərə, teatrlara getməyəcəklər onların boş vaxtları çox olacaq və başqa şeydən zövq almaq istəyəcəklər. Əvvəl siqaretdən başlayacaqlar, energetik içkidən sonra alkoqolla keçəcək və sonra da uyuşdurucu və narkotik maddələrin istifadəçisinə çevrilə bilərlər. Bunun olmaması üçün biz bu addımları atmalıyıq. İnzibati məsuliyyət və cinayət məsuliyyətinə cəlb edilmə daha da ağırlaşdırılmalıdır, cəzalar daha da kəskinləşdirilməlidir. Dövlətin bu istiqamətdə marağını təmsil edən məmurları, qurumları, hüquq mühafizə orqanları belə məsələdə heç kimi bağışlamamalıdır”.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01