Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycanın hər bir uğurunda YAP-ın öz payı var ŞƏRH

2024-04-23 14:07:59 98 baxış
Xəbər şəkil


     
Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlarının miqyası o qədər genişdir ki, sadalamaqla bitməz. Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri sırasında bu gün milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. YAP tarixi zərurətdən, xalqın istəyi ilə yaranan partiyadır. Partiyanın hansı zərurətdən yaranması həm xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciətində, həm də Ümummilli Liderin müraciətə "Yeni müstəqil Azərbaycan uğrunda" cavabında öz əksini tapmışdır. Dahi şəxsiyyət bildirmişdir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli, geniş planlı iş aparılmasını və respublikanın bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə edilməsini tələb edir. Əgər hər hansı bir xalq öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət olur. Ulu Öndər həmin çətin dövrdə Azərbaycanı xilas etməyin yollarını da açıqladı, partiyanın müstəqil dövlətimizin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya biləcəyinə əminliyini ifadə etdi və belə bir partiya yaradılarsa onun fəaliyyətində iştirak etməyə hazır olduğunu bildirdi.

Yeri gəlmişkən, Ölkə başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında da milli maraqları hər şeydən üstün tutan 91-lərin fəaliyyətini yüksək dəyərləndirdi: "Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular". Cənab İlham Əliyev onu da qeyd etdi ki, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi başladı: "Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox".

Bu məqamda vurğulamaq yerinə düşər ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni mərhələ başladı. Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında dönüş nöqtəsi oldu. Yaranmasından 7 ay sonra Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə YAP iqtidar partiyasına çevrildi. Yarandığı gündən tutduğu yola sadiqliyi, sözlə əməl birliyi sayəsində xalqın partiyası kimi nüfuz qazandı. Partiyanın sıraları qısa zamanda kəmiyyət və keyfiyyət baxımından zənginləşdi. Xalqın partiyası kimi nüfuz qazanan YAP-ın proqramında qarşıdakı dövr üçün hədəfləri öz əksini tapdı. Cənab İlham Əliyevin Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya Sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdır. Bu partiyanın - Yeni Azərbaycan Partiyasının yaranması bütövlükdə bütün Azərbaycanda böyük əks-səda vermişdir. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir və bu gün də bu, belədir. Xüsusilə qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi YAP hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirir. Cənab İlham Əliyev partiyanın VII qurultayında belə bir inamı da ifadə etmişdir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Qeyd edək ki, bu ilin fevral ayında keçirilən növbədənkənar prezident seçkiləri bütün məqamlara aydınlıq gətirdi. YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin inamlı qələbəsi istər ölkəmizin, istərsə də Yeni Azərbaycan Partiyasının gələcək inkişafı barədə aydın təsəvvür yaratdı. Bu qələbə son 20 ilin uğurlarına verilən qiymətin, Prezident İlham Əliyevin yürütdüyü siyasətə dəstəyin, həmçinin YAP-ın cəmiyyətdə nüfuzunun təqdimatı oldu. Xalqımız növbəti dəfə Heydər Əliyev siyasətinə səs verdi, qalib Azərbaycanın yeni hədəflərinin reallığa çevrilməsinə geniş imkanlar yarandı.

Tarixi Zəfərimiz, ötən il həyata keçirilən lokal antiterror tədbirləri ilə suverenliyimizin tam bərpası Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsidir. Azərbaycanın bugünkü reallıqları Ümummilli Liderin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətini bir daha xatırlatmağa çağırış edir: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı vardır. VII qurultayda qəbul olunan yeni qərarlar partiyanın qarşısında geniş imkanlar açıb. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq 2021-ci ildə müasir dövrün çağırışlarını özündə əks etdirən yeni Proqram işlənib hazırlandı və təsdiqləndi. "Biz birlikdə güclüyük!" devizi altında təsdiqlənən yeni sənəd qarşıdakı dövrün hədəflərinin məcmusudur. İşğaldan azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın qayıdışının tam şəkildə həyata keçirilməsi əsas hədəflərdəndir. Yeni dövr yeni hədəflərlə zəngindir. Azərbaycanın uğurlarından, Ümummilli Liderin misilsiz xidmətlərindən bəhs edərkən Heydər Əliyev irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun fəaliyyətindən danışmamaq mümkün deyil. 2004-cü il 10 may tarixində yaradılan Fond müxtəlif layihələri ilə beynəlxalq aləmin diqqətindədir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir. Yarandığı gündən cəmiyyətin ictimai-siyasi həyatında fəal mövqe tutmaqla mühüm sosial problemlərin həlli istiqamətində bir-birindən əhəmiyyətli layihələr həyata keçirən Fondun təcrübəsi hər bir təşkilat üçün nümunədir.

Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri mənəvi, tarixi, mədəni irsimizin qorunmasında əvəzolunmaz rol oynayır. Milli sərvətimiz olan muğam sənətinin inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər, ənənələr xüsusi rol oynayır. Bu baxımdan, belə təşəbbüslər böyük ictimai məna daşıyır. Dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun çox böyük rolu olub. Heydər Əliyev Fondunun hər bir layihəsi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin xidmətlərinin təbliğində əhəmiyyətli rola malikdir. Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə keçirilən təntənəli mərasimdəki nitqində bu reallığı xüsusi qeyd etmişdir ki, Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu gün müstəqil, gündən-günə güclənən, inkişaf edən, dünya birliyində layiqli yer tutan Azərbaycanda yaşayırıq. Heydər Əliyev nailiyyətləri, Heydər Əliyev qələbələri və zirvələri Azərbaycanın tarixində, Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır. Hər bir xalq hər bir tarixi dövrdə öz qəhrəmanlarının sarsılmaz ruhunu, dəmir iradəsini, cəsarət və qətiyyətini yüksək qiymətləndirir.

Ən əsası, biz azərbaycanlılar fəxr edirik ki, xalqımızın Heydər Əliyev kimi qəhrəmanı vardır. Nə qədər ki, müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq!

 

Mətləb Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03