Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında İlkin Səhiyyə Xidmətlərinin əməkdaşları ilə görüş keçirilmişdir.
20.04.2024-cü il tarixdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında İlkin Səhiyyə Xidmətlərinin əməkdaşları ilə görüş keçirilmişdir.
Görüşdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan həkim və tibb məntəqələrinin bütün əməkdaşları (Tibbi və qeyri-tibbi personalı) iştirak etmişdir.
Görüşün məqsədi İlkin Səhiyyə Xidmətlərinin optimallaşdırılması, Ümumdünya İmmunlaşdırma həftəsi ilə bağlı verilən tapşırıqlar və xidməti tibbi yaxalıq kartlarının
təqdim edilməsi olub.
Eyni zamanda məntəqə müdiri Vaqif Süleymanovun 70 illik yubileyi ilə əlaqədar olaraq, xəstəxananın mədəni kütləvi tədbirlərində fəal iştirakına, göstərdiyi tibbi fəaliyyətlərinə görə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev tərəfindən dəyərləndirilərək Fəxri Fərmanla təltif olunmuşdur.
#təbi̇b
#birömürxidmətinizdə



