YAP Salyan rayon təşkilatının ərazi partiya təşkilatında görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatında görüş keçirilib. Görüşdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov və ərazi partiya təşkilatının üzvləri iştirak edib. Tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov Yeni Azərbaycan Partiyasının dövlətimizin və cəmiyyətimizin həyatındakı rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən bəhs edərək VII Qurultaydan ötən müddət ərzindəki partiya həyatındakı yeniliklərdən və əldə olunmuş uğurlardan danışıb. Bildirib ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, müstəqil Azərbaycanımızın firavan gələcəyi naminə öz fəaliyyətini göstərən siyasi partiyadır. Yeni Azərbaycan Partiyası bu gün ölkəmizdə müşahidə olunan milli birliyimizin təcəssümüdür deyən E.Əhmədov daha sonra qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da inamlı qələbələrə imza atacaq.
Daha sonra təşkilatı məsələlərə baxılıb, partiya sıralarına yeni daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.




