Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

2024-04-18 21:18:36 103 baxış
Xəbər şəkil

Son illər Azərbaycanda içməli su və suvarma suyu ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Qlobal iqlim dəyişmələrinin təsirlərinin artdığı indiki dönəmdə məhdud su ehtiyatlarına malik ölkəmizdə həyata keçirilən böyükmiqyaslı tədbirlər nəticəsində əhalinin suya olan tələbatı demək olar ki, ödənilməkdədir. Eyni zamanda, respublikamızda minlərlə hektar torpaq sahəsi su qıtlığı üzündən əkinə yararsız vəziyyətə düşmüşdür. Mövcud olan köhnə infrastrukturun əsaslı təmir edilməsi, bir sıra böyük su anbarlarının tikilməsi ilə bu problemlərin həllinə çalışılır. Belə ki, Taxtakörpü su anbarı suvarma işləri ilə bərabər Bakının içməli su ilə təmin edilməsində də mühüm rol oynayır. Şəmkirçay su anbarı da ətraf ərazilərdə su qıtlığının aradan qaldırılmasında mühüm rol oynayır. Biz bura işğaldan azad olunan Qarabağda yerləşən Sərsəng su anbarında aparılan işləri də əlavə edə bilərik. Şirvan suvarma kanalının yenidən qurulması isə minlərlə hektar ərazini əkinə yararlı vəziyyətə gətirəcək.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı İltizam Yusifov Şirvan suvarma kanalının bölgənin ekoloji durumuna müsbət təsirlərini qiymətləndirərkən bildirib.

O qeyd edib ki, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan kanalı uzun illərdir ki, fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxıb. Su sızmaları üzündən ətraf torpaqlar şoranlaşıb və əkin üçün yararsızlaşıb. 1958-ci ildə inşa edilən bu infrastrukturun müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi mərkəzləşdirilmiş SCADA sistemi yaratmaqla su ehtiyatlarından daha səmərəli istifadəyə və optimal idarəetməyə, yaşayış məntəqələrinin məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə imkan verəcək. Gələn il isə Qarabağ kanalının inşasına başlanacaq. Bu kanal Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edəcək. Həmçinin Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürməklə müvafiq əkin sahələrinin su təminatına dəstək verəcək.

Şirvan suvarma kanalının suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacağını deyən deputat əlavə edib ki, kanalın işə düşməsi nəticəsində Hacıqabul gölünün, ətraf ərazilərin ekoloji və torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılacaq, yüksək məhsuldarlıq əldə ediləcək.

Azərbaycanın ən böyük 5 gölündən biri olan Hacıqabul gölünün yenidən bərpasının böyük əhəmiyyətini xüsusi vurğulayan İltizam Yusifov deyib: “Şirvan şəhəri və Hacıqabul rayonunun ərazilərində yerləşən göl tarixən Kür çayının hövzəsi olub. Göl Kür çayı ilə bərabər, Böyük Qafqazın cənub-şərq yamaclarından axan səth sularının, yeraltı suların hesabına qidalanırdı. Göl bir neçə səbəbdən qurudu. Hacıqabul gölünün ekoloji vəziyyəti ilə bağlı məsələ bir neçə dəfə Milli Məclisin plenar iclaslarında səsləndirilib, o cümlədən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iş planlarına daxil edilib, müzakirə olunub və müəyyən araşdırmalar aparılıb. Bu yöndə komissiya da yaradılıb. Komissiya üzvlərinin təklifləri Hökumətə təqdim edilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Hacıqabul gölünün bərpası istiqamətində vacib addımlar atıldı. Faktiki olaraq Şirvan suvarma kanalı yenidən inşa ediləcək. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılaraq, Mingəçevirlə Hacıqabul gölü arasında 200 kilometrdən çox olacaq. Kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Kanal istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq və bunun da təbiətə, ətraf mühitə çox müsbət təsiri olacaq”.

Deputatın sözlərinə görə, Hacıqabul gölünün dolması flora və fauna ilə yanaşı, həmin ərazidə yaşayan insanların məşğuliyyətini də artıracaq. Vaxtilə Hacıqabul gölündə tonlarla balıq tutulub, orada 54 növ bataqlıq quşları olub. Hansı ki, bu quşlardan beşinin adı “Qırmızı kitab”a düşüb. Bu kanal bərpa olunarsa, Hacıqabul gölünü əvvəlki vəziyyətinə qaytarmaq olar. Canlı flora və fauna da burada yenidən canlanar. Hacıqabul gölü köçəri quşların miqrasiyası üçün, bataqlıqda yaşayan su quşları, o cümlədən nəsli kəsilməkdə olan quş növlərinin yuva qurmaları üçün əlverişli şəraitə malikdir. Suyu ilıq olan bu göldə mamırların və onurğasızların bol olması quşlar üçün yaxşı yem bazası yaranmasını təmin edir.

“Gölün bərpası Şirvan və Hacıqabulda tullantı sularının idarə olunması baxımından da mühüm əhəmiyyətə malikdir. Gölün quruması təbii ki, bir sıra ekoloji problemlərə gətirib çıxarmışdı. Gölün sanitar-mühafizə sistemi demək olar ki, qorunmurdu. Eyni zamanda, yağıntılar zamanı səth sularının gölə axıdılması, gölətrafı ərazilərin məişət tullantıları ilə çirklənməsi kimi hallarla qarşılaşırdıq. Gölün dolması isə sadalanan problemlərin aradan qalxması ilə nəticələnməklə yanaşı, ətrafda olan vətəndaşların göldən səmərəli istifadəsini şərtləndirəcək. İçməli su və suvarma suyu ilə bağlı həyata keçirilən layihələr Azərbaycan dövlətinin, xalqının ekoloji uğuru olacaq”, - deyə İ.Yusifov vurğulayıb.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03