Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

"Radikal müxalifət deyirdi ki, Rusiya sülhməramlıları burada əbədi qalacaq" - Fəzail Ağamalı

2024-04-18 05:42:07 136 baxış
Xəbər şəkil

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. 

Məlumata görə, Rusiya kontingenti ölkəmizi birdəfəlik və tam olaraq tərk edir. 
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı dedi ki, bu xoş hisslər yardan bir informasiyadır:

"Etiraf edim ki, bilirdim ki, Rusiya sülhməramlıları zamanında və vaxtında, hətta ola bilsin ki, daha əvvəl Azərbaycanı tərk edəcək. Lakin bəzi ağzıgöycəklər, xüsusi olaraq radikal müxalifət və onun təmsilçiləri, eyni zamanda anti-Azərbaycan qüvvələri içərisində yer alan antimilli şəxslər Rusiya sülhməramlılarının Azərbaycana gəlişini, Azərbaycanın az qala rus qoşunları tərəfindən işğalı kimi dəyərləndirir və qiymətləndirirdilər. Cəmiyyətdə xoşagəlməz fikirlər formalaşdırmaq üçün söyləmiş olduqları ittihamlar, hətta ləyaqətsiz fikirlər təbii ki, cəmiyyət tərəfindən o qədər də müsbət qarşılanmırdı. Ancaq bəzi adamlar onların təsiri altına düşürdü. Elə güman edirlər ki, Rusiya sülhməramlıları burada əbədi qalacaq, ən müxtəlif bəhanlərlə Rusiya burada özünün hərbi bazasını yenidən bərpa edəcək və bu kimi fikirlər absurd idi, cəfəngiyat idi. Ən azı möhtərəm prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevi tanıyanlar, onun fəaliyyətini diqqətlə izləyib, onun fəaliyyətinə, şəxsi keyfiyyətlərinə obyektiv qiymət verən hər bir kəs bilirdi ki, bu, mümkün olmayacaq. Çünki ölkə prezidenti bir problemi həll edib, daha ikinci problemi Azərbaycan xalqı üçün qoymayacaq. Yəni erməni problemi həll olunursa, Azərbaycanda erməni işğalına tamamilə son qoyulursa, erməni separatizmi yerlə bir edilirsə, məhv edilirsə, onun bütün əlamətləri Azərbaycandan sıxışdırılıb çıxarılırsa, deməli, bu problem həll olunursa, heç bir halda Rusiyanın yenidən özünün hərbi qüvvələrinin Azərbaycanda yerləşməsinə cənab prezident imkan verməyəcək. Çünki bu, onun siyasətinə, xarakterinə, hədəflərinə qətiyyən uyğun deyil. Buna inanırdım və dəfələrlə Milli Məclisin iclasarında, jurnalistlərin suallarına cavab verəndə mən bunu diqqətə çəkirdim ki, vaxtından əvvəl də Rusiyanın sülhməramlı qüvvələrinin Azərbaycandan gedişinin şahidi olacağıq, onlarla üz-üzə gəlməyə, qarşıdurma yaratmağa ehtiyac yoxdur. Onlar sadəcə olaraq, hansısa məqamda, hansı vaxtlarda ermənilərin yanında olurdularsa, sepratizmlə bərabər olurdularsa, biz onların üstünə gedirdik, tənqid edirdik, ittiham edirdik. Onların komandirlərinin Azərbaycana qarşı xoşagəlməz, Azərbaycanın milli maraqlarına toxunan, suverenliyinə zərər verən hərəkətlərinin hər zaman üzərinə gedirdik. Bu da, Azərbaycanın dövlətçilik mövqeyində dayanan siyasətçilərin çox ciddi diqqət mərkəzində idi".

Millət vəkili dedi ki, eyni zamanda onların fəaliyyətinin məhdudlaşdırılması və özündən razı sülhməramlı komandirlərin öz yerinə oturdulmasında ekofəalların böyük fədakarlığı mühüm rol oynadı.

"Bu gün həbsxanada cəzasını çəkən, istintaq altında olan Vardanyan kimi vandalın hərəkətlərinə və Azərbaycana qarşı cinayətlərinə, təbii sərvətlərimizin daşınmasına qarşı dayanaraq, orada Rusiyanın sülhməramlı qüvvələrinin fəaliyyətinə hər hansı bir müdaxilə etmədən, öz fədakarlıqları ilə, qışda, qarda, boranda heç kəsdən çəkinməyərək sona qədər torpağımıza, suverenliyimizə sədaqət nümayiş etdirən igid övladlarımız Rusiya sülhməramlılarının da yumşaq güclə dərsini verdilər. Bunların hamısı ölkə Prezidentinin layihəsi içərisində yer alan yumşaq güclə, sərt gücü uzlaşdıraraq, bütün problemin həllinə yönəldilməsinin master-klası idi. İlham Əliyevi yaxından tanıyan, onu yaxından izləyən, obyektiv qiymət verənlərin hər biri bilirdi ki, dünya səviyyəli siyasəti, master-klası və korifey siyasətçi kimi bu gün dünya miqyasında özünü təsdiq edən İlham Əliyev heç bir halda suverenliyimizə xələl gətirən hər hansı bir addımın atılmasına imkan verməyəcək. Eyni zamanda Rusiyanın sülhməramlı qüvvələri də Azərbaycanı tərk edir, artıq biz onların son elementlərini görməkdəyik. Artıq Kəlbəcərdə Xudavəng monastrında oranı kimdən qoruduğunu bilmədiyim sülhməramlılar həmin yeri tərk edir. 2025-ci ilin noyabr ayına qədər onların zamanı var və mən tamamilə əminəm ki, sülhməramlı qüvvələr 2025-in noyabrına qədər Azərbaycanı tərk edəcəklər. Çünki  onların Azərbaycanda həyata keçirəcəyi hər hansı bir funksiya yoxdur. Ermənilər gedib, separatizm məhv edilib, işğala son qoymuşuq, Azərbaycanın içərisində azərbaycanlılara təxribat törədə biləcək təxribatlar yoxdur, bu yuva yerlə bir edilib. Deməli sülhməramlılara ehtiyac yoxdur, onlar ən geci, 2025-ci ilin noyabr ayında gedəcəklər", - deyə F.Ağamalı vurğuladı.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03