Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycanın mühüm töhfəsi

2024-04-17 12:37:24 197 baxış
Xəbər şəkil

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sözügedən Sərəncamdan irəli gələn, cari il ərzində ətraf mühit və yaşıl inkişafla bağlı mühüm yenilik hesab edilən tədbirlərə uyğun olaraq gündəlik müəyyən olunub. Sərəncamda qeyd olunur ki, Azərbaycan tərəfindən son illərdə həm milli və regional, həm də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə, eyni zamanda iqlim dəyişiklikləri ilə bağlı aparılan işlərə diqqətin göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bu məqamda BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (“Conference of the Parties”) 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi qərarı dünya dövlətlərinin Azərbaycan Respublikasına, habelə ölkəmizin bu sahədə gördüyü işlərə verdiyi yüksək qiymət kimi qiymətləndirilməlidir. Bu baxımdan, 2024-cü ilin noyabr ayının 11-dən 24-dək Bakıda keçiriləcək COP29 tədbirində iki həftə ərzində bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycanın üzərində olacaq.
Qeyd edək ki, COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. COP29-un iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərinin, hökumət rəsmilərinin, alimlərin, QHT təmsilçilərinin və digər maraqlı tərəflərin toplaşacağı böyük tədbir kimi səciyyələndirmək mümkündür. Belə ki, COP-un Bakı konfransında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalayan bütün 199 ölkənin nümayəndələrinin iştirakı gözlənilir.
Bu məqamda vurğulamaq yerinə düşər ki, “yaşıl enerji”dən istifadə iqlim dəyişikliyini azaltmağa və qlobal istiləşməni məhdudlaşdırmağa kömək edir. “Yaşıl enerji” sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır ki, bu da davamlı inkişaf üçün vacib amillərdən biridir. “Yaşıl enerji”dən istifadə dünyada havanın keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Mütəxəssislərin proqnozlarına əsasən, 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud “yaşıl enerji”dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (BBEA) hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud “yaşıl enerji” mənbələrindən əldə edilə bilər. Külək və Günəş enerjisi hesabına elektrik enerjisi istehsalında sürətli artım, əsasən, Qafqazda, Mərkəzi Asiyada, Şərqi və Cənub-Şərqi Avropada ehtimal edilir. BBEA-nın proqnozlarına görə, alternativ enerji mənbələrinə keçid karbon qazı emissiyasının azaldılması ilə yanaşı, sosial-iqtisadi inkişafa təkan verəcək. Qlobal iqlim dəyişikliyinin qarşısının alınması üçün 2050-ci ildən sonrakı dövrdə karbon qazı emissiyasının minimum həddə endirilməsi nəzərdə tutulur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada baş verən ölüm hallarının 13 milyondan çoxu havanın çirklənməsi ilə bağlıdır. Bu baxımdan, “yaşıl enerji”dən istifadə həm də insanların sağlamlığı üçün əhəmiyyətlidir. “Yaşıl enerji”dən istifadə ekoloji cəhətdən əhəmiyyət daşımaqla yanaşı, iqtisadi baxımdan da əlverişlidir və enerji təhlükəsizliyinin təmin olunması üçün vacibdir. Dünyada iqlim dəyişikliyinin dağıdıcı risklərinin və enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması üçün növbəti 30 il ərzində qlobal enerji sistemində dərin və ardıcıl transformasiyaların baş verəcəyi proqnozlaşdırılır.
Ekspertlər qeyd edirlər  ki, “yaşıl enerji”dən istifadə enerji qiymətləri, enerji təhlükəsizliyi və iqlim böhranı ilə bağlı məsələlərin həllinə mühüm təsir göstərir. BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən sammitində qəbul olunmuş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də 17 əsas hədəf müəyyənləşdirilib ki, onlardan da birini “Ucuz və təmiz enerji” təşkil edir. Bu məqsədlə əlverişli, etibarlı və müasir enerji təchizatına universal çıxışın təmin edilməsi, bərpaolunan mənbələrdən alınan enerji həcminin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Hazırda dünyanın əksər regionlarında ən ucuz elektrik növü bərpaolunan enerji mənbələrinə əsaslanan elektrik enerjisidir. Xüsusilə, “yaşıl hidrogen”dən 2030-cu ilədək geniş istifadə olunmasına mühüm diqqət yetirilir. Həmçinin qlobal enerji səmərəliliyinin ikiqat artırılması, bərpaolunan enerji texnologiyalarına çıxışın asanlaşdırılması sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, bu sahəyə dair texnologiyaların təkmilləşdirilməsi və s. nəzərdə tutulub.
Göründüyü kimi, dünyada ətraf mühitini həddindən artıq çirkləndirilməsi başda olmaqla, ekoloji problemlərin həlli, eyni zamanda iqlim dəyişikliklərinin zərərli təsirlərinin qarşısını almaq üçün beynəlxalq səviyyədə mühüm işlər görülməsi planlaşdırılır. Bu sahədə Azərbaycan tərəfindən son illərdə regional və beynəlxalq səviyyədə atılan addımlarla yanaşı, 2024-cü ildə COP29 tədbirinin Bakıda keçirilməsi ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərə mühüm töhfə hesab etmək olar.

Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03