Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Bakı bazarlarında yerli kartof 30-40 qəpik bahalaşıb -Səbəb nədir?

2021-02-17 12:04:28 162 baxış
Xəbər şəkil

Bu günlərdə Rusiya internet nəşrlərindən biri Xabarovsk şəhərinin  ticarət şəbəkələrindən birində “görünməmiş dərəcədə bahalı” Azərbaycan kartofuna rast gəldiklərini yazırdı. Kartof doğrudan da bahalı idi- Rusiya pulu ilə 280 rubla və ya Azərbaycan pulu ilə 6 manat 20 qəpiyə. Amma söhbət Rusiyanın uzaq şərqindən, qarlı-şaxtalı Xabarovskdan gedir, üstəlik ora gedib çıxan bahalı Azərbaycan kartofu əslində faraş kartof idi, yəni istixanada yetişdirilmişdi. Kartof isə indi əslində Azərbaycanın özündə də ucuz deyil, üstəlik Bakı bazarlarında və supermarketlərində yerli kartof demək olar ki, yox həddindədir. Əsas yeri isə bədheybət görkəmli idxal kartofu tutur, hansı ki, bir çox ekspertlər həmin kartofun qida üçün yararlı olmadığını, texniki sort olduğunu neçə vaxtdır deyirlər.

Kanal4.az Virtualaz.org-a istinadən xəbər verir ki, Bakı bazarlarında yerli kartofun qiyməti  son bir həftədə kəskin- 30-40 qəpik arası bahalaşıb. İri ticarət mərkəzlərində isə yerli kartofun kiloqramı 1 manat 70 qəpikdən təklif edilir. Nəzərə alanda ki, Brejnevin “kartof ikinci çörəkdir” devizi Azərbaycanda öz aktuallığını qoruyub saxlayır və bu tərəvəz gündəlik istehlak zənbilində az qala əsas yer tutur, o zaman qiymətin bu cür kəskin bahalaşması sakinləri qayğılandırmaya bilməz.

Əslində bazarlarda heç idxal kartof da ucuz deyil, ticarətçilər deyirlər ki, Azərbaycana daha çox İrandan, xüsusilə Ərdəbildən kartof gətirilir. Bakının qiymətlərin ən ucuz olduğu, xalq arasında “Vosmoy bazarı” kimi tanınan bazarında İran, həmçinin satıcıların əmin etdiyi kimi, Şəmkir, Cəlilabad, Qusar kartofları satışdadır. Amma satıcılar bildiriblər ki, Tovuz və Gədəbəy məhsulu adı altında alıcılara təqdim edilən kartoflar əslində Ərdəbildən gətirilən seçmə məhsullardır.  

“Gədəbəy kartofunun bu gün topdan satış qiyməti 1 manat olub. Dekabrın sonundan Tovuzdan demək olar ki, kartof gətirilmir. Bazarda 80-90 qəpiyə satılan məhsullar Gədəbəy kartofu deyil, İrandan gətirilən məhsullardır. Bu kartof qızartmaq üçün yararlı deyil, çünki bişəndə dağılır “, satıcılardan biri deyir. Əlavə edib ki, indi bazarda  “Telman” sortunu 1 manat 20 qəpikdən aşağı satmırlar. Marketlərdə 1 manat 70 qəpiyə satışa çıxarılan kartoflar da “Telman” sortudur.

Bazarda Ərdəbildən gətirilmiş kartofun 3 kiloqramı 2 manatdan təklif edilir. İri ölçülü kartofların kiloqramı isə 60 qəpikdir. Satıcılardan biri deyir ki, Azərbaycanda kartof mövsümü dekabrın əvvəlində bitir. Anbarlarda saxlanılan kartof isə qışda baha satışa çıxarılır. Digər yandan,  bu qış seçmə kartofları Rusiya bazarlarına göndərirlər, çünki Rusiyada da bahalaşma müşahidə edilir. Yerli kartofun qiyməti yalnız aprelin sonundan, faraş məhsul bazarlara çıxanda düşməyə başlayacaq.

Yerli kartofun bazarda niyə qıt və baha olması haqda danışan fermer Samir Verdiyev bildirir ki, ölkənin bir çox rayonlarında neçə ildir kartofçuluqla məşğuldur. Quraqlıq səbəbindən bu mövsümdə məhsuldarlıqla bağlı gözləntilər özünü doğrultmayıb, lakin yenə də istehsal son 5 ilə nisbətən 5-6 faiz çox olub. “Azərbaycanda noyabr-dekabr aylarında yerli məhsul satılıb bitir. Təlabatın ödənilməsi üçün əsasən İrandan kartof gətirilir”,-o deyir.

Fermer əlavə edir ki, bazarlarda dekabrın sonundan yerli məhsulun həcmi əhəmiyyətli dərəcədə azalır. “Gədəbəydə istehsal olunan kartofun ümumi həcmi Azərbaycanın kartofa olan təlabatını ödəməyə yetməz. Yəni bazarlarda satılan məhsulun böyük həcmi İran kartofudur. Aprelin sonunadək təlabat əsasən idxal hesabına ödəniləcək. May ayından Cəlilabad kartofunun mövsümü başlayır”,-S.Verdiyev vəziyyəti izah edir.

Kartof istehsalı son illərdə artsa da, fermerlərin bir çoxunun məhsulu qışa saxlamaq üçün şəraiti yoxdur. Fermer deyir  ki, anbarlarda kartofun kilosunu 2 qəpikdən saxlayırlar. “Bir neçə il əvvələdək yerli məhsullar sentyabrda bitirdi, son 5 ildə vaxtı dekabrın sonunadək uzada bilmişik. Saxlama xərci təbii ki, qymətlərə təsir edir”,-kartof istehsalçısı bildirir.

Verdiyev  qeyd edir ki, kartofçuluqda gəlir hava şəraitindən də asılıdır, amma istənilən halda qazanc var. “Digər fermerlər hektara 5 min manat xərcləyirlər. Mən həm də toxumçuluqla məşğul oluram, xaricdən məhsuldarlığı və keyfiyyəti yüksək olan toxumlar alıram. Buna görə hektara 8 min manatadək vəsait sərf edirəm”.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə açıqlamasında bildirib ki, Azərbaycanda 1 milyon tondan çox kartof istehsal edilir və təlabatın yerli məhsul hesabına ödənilməsində problem mövcud deyil. Amma hər il ölkəyə orta hesabla 180-190 min ton kartof idxal olunur. Bunun da 40 min tonu toxumluqdur: “Yəni 1 milyon ton istehsala nisbətdə  150 min ton kartof idxal edilir. Sadəcə olaraq, idxalın əsas hissəsi, təxminən 100 min tonu mövsümdən sonrakı 1-2 ayın payına düşür. Amma bu trend də getdikcə azalır. Yaxın zamanlarda istehsalın artacağı gözlənilir. Bunun üçün də kartof saxlanılması üçün soyuducu anbar infrastrukturun təxminən 200 min ton genişləndirilməsinə ehtiyac yaranıb. İstehsal artdıqca növbəti illərdə onsuz da az olan idxal minimuma düşəcək”.

Mərkəz rəhbəri yerli məhsulların Rusiya bazarlarına daşınması və kiloqramı 5-6 manatdan satışa çıxarılması məsələsinə də toxunub. Bildirib ki, həqiqətən bir neçə sahibkar tərəfindən istixanalarda yetişdirilən yüksək faraş məhsullar Rusiya bazarına çıxarılıb və bu, yaxşı haldır. Onu göstərir ki, sahibkarlar Rusiya bazarında yeni mövqelər qazanmağa çalışır.  “İstixanalarda kartof yetişdirib, Rusiya bazarlarına çıxaranlar olub. Amma bu, kiçik həcimdədir. Kartofun  Rusiya bazarlarına kütləvi daşınması və buna görə yerli bazarlarda qiymət artımı baş verməyib”,- deyə mütəxəssis bildirib.

Firdovsi Fikrətzadə əlavə edib ki, hazırda bazarda kartofun kiloqramı orta hesabla 70-80 qəpik arasındadır və qiyməti məhsulun yerli, yaxud idxal olması deyil, keyfiyyəti müəyyənləşdirir. “Bir misal çəkim, müharibəyə görə Ağdamda soğan sahədən gec yığıldı və mövsümün axırına yaxın xaricdən soğan idxal olundu. Həmin idxal olunan məhsulun qiyməti  yerli məhsuldan baha oldu, çünki keyfiyyət göstərisi yüksək idi”.

Mərkəz rəhbəri əmindir ki, ölkəyə idxal olunan kartof da yüksək keyfiyyətlidir, yəni yerli deyil deyə, keyfiyyətsiz hesab edilə bilməz. Çünki idxal olunarkən qida təhlükəsizliyinə dair zəruri normalara cavab verib-vermədiyi yoxlanılır...

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01