Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycanın Afrika ölkələri ilə münasibətlərində yeni dövr başlayır

2024-04-06 10:07:56 422 baxış
Xəbər şəkil

     Son otuz ildə Azərbaycanın xarici siyasət prioritetləri praktiki olaraq dəyişməyib. Ölkəmizin ərazi bütövlüyünün bərpası, müstəqilliyimizin möhkəmləndirilməsi, möhkəm regional iqtisadi tərəfdaşlıqların inkişafı, eləcə də çoxtərəfli siyasət ölkənin xarici siyasət strategiyasında prioritet olaraq qalır. Bu mənada rəsmi Bakının Afrika ölkələri ilə münasibətlərinin inkişafına xüsusi diqqət yetirməsi ardıcıl və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. Şərq və Qərb arasında yerləşməsinə baxmayaraq, Azərbaycan Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına maraq göstərir, gələcək əməkdaşlıq üçün qarşılıqlı faydalı imkanlara yol açır. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr 2011-ci ildə qurulsa da, tərəflər arasında sıx siyasi-iqtisadi münasibətlər yaradılmayıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməyə başlamasından sonra diplomatik təmasların tempində canlanma müşahidə edilib. 
     Bildiyimiz kimi, Konqo Demokratik Respublikasının Baş nazirinin müavini, Xarici İşlər naziri Leonard Şe Okitunda 2018-ci ilin 4-6 aprel tarixlərində Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olub. İndi hər iki ölkə mövcud potensiallardan istifadə edərək, ikitərəfli əlaqələri inkişaf etdirmək istəyirlər. Bunun üçün zəruri şərait də var. Neft və enerji, təbii ehtiyatlar, ictimai xidmətlər sektoru, təhsil, turizm, humanitar elmlər və digər sahələrdə tərəflər sıx əməkdaşlıq münasibətləri yarada bilərlər. Konqo Demokratik Respublikası Sahara bölgəsində ən yüksək artım templərindən birinə malik ikinci ən böyük ölkə və ən çox əhalisi olan üçüncü ölkədir. Ölkənin istifadə olunmamış mineral və metal ehtiyatları təqribən 24 trilyon dollar dəyərində qiymətləndirilir. Bundan başqa, Konqo Afrika qitəsinin bütün meşə örtüyünün 50 faizini təşkil edir. Onun hidroelektrik potensialı bütün Afrikanı enerji ilə təmin etmək üçün kifayətdir. Elektronikada, maqnit avadanlıqlarında və reaktiv mühərriklərdə geniş istifadə olunan kobalt ehtiyatlarının 80 faizi məhz Konqodadır. 
     Prezident İlham Əliyev bəyanatla çıxışında neomüstəmləkəçilik siyasətinə toxunaraq qeyd etdi ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın prioritetləri içində neokolonializmə qarşı mübarizə məsələləri durur. Cənab Prezident Azərbaycanda Bakı Təşəbbüs Qrupunun yaradıldığını xatırladaraq diqqətə çatdırdı ki, bu gün dünya miqyasında böyük hörmətə malik olan bu qurumun nəticələri göz qabağındadır. Bəli, Azərbaycanın təşəbbüsü ilə yaradılan bu qrup beynəlxalq aləmdə öz sözünü deyən quruma çevrilib. 
Azərbaycan lideri iqtisadi əlaqələrin perspektivindən də danışaraq ölkəmizin Konqoda bir çox investisiya layihələrində, ilk növbədə, kənd təsərrüfatı sahəsinə sərmayə yatıracağını açıqladı. Eyni zamanda, ölkəmizin zəngin mədənçilik təcrübəsi var və neft-qaz sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet sahələrdən biri ola bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Mühüm dövlətlərarası sənədlərin imzalanması və müvafiq göstərişlərin verilməsi belə deməyə əsas verir ki, yaxın aylarda Azərbaycan və Konqo arasında təmaslar intensivləşəcək.
     Çoxvektorlu xarici siyasət yürüdən Azərbaycan Afrika ölkələri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu baxımdan Konqo ilə dost əlaqələrin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident Deni Sassu-Nqessonun Azərbaycana tarixi səfəri ikitərəfli əməkdaşlığın səhifəsini açdı. Şübhə yoxdur ki, ölkələrin dost əlaqələr qurmaq istəyi bu əməkdaşlıq səhifəsini dolğun, hər iki xalqın mənafeyinə uyğun siyasi-iqtisadi, eləcə də humanitar layihələrin reallaşdırılması ilə zənginləşdirəcək.

 Sehranə Rzayeva 
Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi. 
Əməkdar müəllim

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03