Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Ermənistanın mina terrorundan xilas üçün Azərbaycan genişmiqyaslı tədbirlər görür

2024-04-05 11:21:48 333 baxış
Xəbər şəkil

30 ilə yaxın ərazilərimizi işğal altında saxlayan təcavüzkar Ermənistan təkcə kənd və şəhərlərimizi, milli-mədəni abidələrimizi, cənnət Qarabağın bənzərsiz təbiətini məhv etməklə kifayətlənməyib. İşğalçı rejim vandalizm aktları ilə yanaşı, bir çox yaşayış məskənlərinə gedən yolları, tarlaları, hətta geniş otlaq ərazilərini də çoxsaylı minalarla daha da təhlükəli vəziyyətə salmışdır. Ermənistanın mina terroru elə bir yüksək səviyyədə olub ki, torpaqlarımız işğaldan azad edilsə də, bu bəladan xilas olmaq üçün hələ çox illər lazım gələcək.   
Bəzi hesablamalara görə, dünya miqyasında  hər il təxminən on minə yaxın insan mina terrorunun qurbanı olur, şikəst və əlil vəziyyətinə düşürlər. Nə yazıq ki, bu baxımdan, Azərbaycan minadan əziyyət çəkən ölkələr arasında qabaqlardadır. Torpağın öz sahiblərinin bir gün mütləq qayıdacağını düşünən mənfur düşmən heç bir müharibə qayda-qanunlarına sığmayan şəkildə, dinc insanların həyatına son qoymaq üçün ərazilərimizi dünyada bənzərinə rast gəlinməyən sistemlə minalayıblar.
İşğal dövründə bu əraziləri minalayan Ermənistan beynəlxalq konvensiyalara zidd olaraq xəritələri Azərbaycan tərəfinə təqdim etmir. Üstəlik, ötən illərdə erməni hərbi əsirlərin azad edilməsi qarşılığında verilən müəyyən ərazilərin mina xəritələrinin 75 faizi də yanlış çıxıb. Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlara məlumat versə də, Ermənistan tərəfi müxtəlif bəhanələrlə minalanmış sahələrin tam xəritəsini təqdim etmək istəmir. Bu halda Qarabağ ərazisinin relyefi və basdırılan minaların çoxluğu nəzərə alınsa, demək olar ki, ümumilikdə minaların təmizlənməsi üçün uzun illər lazımdır. Ona görə ki, təkcə Ağdam şəhərində 97 min mina basdırılıb.
Ermənistanın düşmənçiliyinin qorxunc təzahürüdür ki, müharibənin başa çatmasından üç ildən artıq vaxt keçsə də, gizli təhlükə olan mina terroru davam edir. Bu minalar hazırda torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərini də ləngidir, insanların həyat və sağlamlığına ciddi təhdid törədir. Ermənilərin mina terroruna son qoymaq, o cümlədən dinc sakinlərin həyatını xilas  etmək üçün mühüm işlər görülsə də, onun miqyası o qədər böyükdür ki, həm sülh müqaviləsi imzalanması prosesini gecikdirir, həm də regionda sosial-iqtisadi inkişafa da mane olur.
2021-ci il iyunun 4-də Kəlbəcərdə çəkiliş zamanı jurnalistlərin minaya düşməsi mina xəritələrinin verilməsini bir daha gündəmə gətirdi. Jurnalistlərin həlak olmasından sonra hadisə dünyanın bəzi ölkələri tərəfindən daha ciddi qiymətləndirildi. Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı ermənilərin törətdiyi bu cinayətlə bağlı bəyanat da yaymışdı. Eyni zamanda xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək şəhid olan hərbçilərin də sayı az deyil. İşğalçı ölkənin məğlub duruma düşsə də, mina xəritələrini təhvil verməməsi, hətta yenilərini yerləşdirməsi nəticəsində 2023-cü ilin sentyabrında daha bir faciə baş verdi. Həmin mina terrorunun qurbanlarının qisasını almaq niyyəti lokal xarakterli antiterror əməliyyatlarını labüdləşdirdi. Nəticədə Azərbaycan öz ərazilərində suveren hüquqlarını tam bərqərar etdi. Lakin Azərbaycan Ordusunun nəzarətinə keçən ərazilərimizdə bizi daha hansı mina təhlükələri gözlədiyinə əmin deyilik. Hər gün o ərazilərdə yeni-yeni döyüş texnikası və silahların tapılması buna sübutdur.        
Əslində, bu problemə aidiyyəti beynəlxalq təşkilatlar və ölkələr dəstək olub, yardım göstərməlidirlər. Amma bəzi Qərb dövlətləri Azərbaycanı ittiham edərək, ermənilərə dəstək verirlər. Aparıcı dövlətlər və beynəlxalq təşkilatlar bu məsələni qlobal səviyyədə həll etmək əvəzinə, Azərbaycanı mina terroru ilə  üz-üzə qoyublar. İşin böyük bir qismini öz daxili resursları hesabına həll edən ölkəmiz humanitar minatəmizləməni öz prioritetlərindən birinə çevirib. Yeri gəlmişkən, təkcə cari mart ayında Azərbaycan Minatəmizləmə Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə keçirilən əməliyyatlar nəticəsində 114 tankəleyhinə mina, 299 piyadaəleyhinə mina, 1254 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Eyni zamanda 6094.6 hektar ərazi minalardan təmizlənib.
Bu gün Azərbaycanın apardığı minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Hələ ötən ilin may ayında Ağdamda və Bakıda minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına və qlobal səviyyədə problemin həlli istiqamətində yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə vermək məqsədilə “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq humanitar konfrans keçirilib. Bu qəbildən olan konfransları Azərbaycanın üzləşdiyi mina problemini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün önəmli tədbirlər hesab etmək olar.
Beləliklə, Ermənistanın mina terrorundan xilas olmaq üçün Azərbaycan ciddi və genişmiqyaslı işlər aparsa da, beynəlxalq hüquqda cinayət hesab edilən bu bəladan xalqımız və dövlətimiz hələ də əziyyət çəkir. Bütün çətinliklərə rəğmən Azərbaycan tərəfi minatəmizləmə üzrə ciddi tədbirlərə təkan versə də, cinayətkarın ifşası üçün beynəlxalq istiqamətdə də işlər görülməlidir.  

 Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03