Mənəviyyatı və şərəfi olmuyan insan mundar gölməçədə özünə yol axtaran qurda-soxulcana bənzəyir.
Təbiət elmləri ilə maraqlansaq bilərik ki, maraqlansaq bilərik ki, soxulcanlar çöküntü olan yerdə, mundar suda, gölməçələrdə öz həyat seçimini edir. Mənəviyyatsız və şərəfsiz insan tülkü hiyləgərliyi ilə əfi ilantək dost-tanışlarına, qohumlarına pislik etməklə hücum etmiş olur. Mənəviyyatsız, əclaf və şərəfsiz insanlarda maddiyat mənəviyyatı üstələyir. Hər bir sahədə bütün hədəflər maddiyata tuşlanır. Bəzi hallarda madiyyatın şirinliyi əksər insanları insanlıq cildindən çıxarıb heyvan cildinə salaraq ac-yalavac qurda bənzədir. Pula şirnikləşən kəs bir anlıq özünün və qarşısındakı şəxsin kim olduğunu bilmir və ya bilmək istəmir. Heç bir şey bacarmadıği halda özlərinə tutarlı silah qeybət etməklə rəhbərinin gözünə soğulcan kimi girməyi seçirlər. Bu tip insanlarda paxıllıq hissi birə-on dəfə inkişaf etmiş olur. Qəlbi qara olanın problemləri, götürdüyü yükü düşündüyündən çox olar. Mənəviyyatsız və şərəfsiz insanlar ürək bulandırmaq üçün məkan və ya məqam problemi yaşamazlar. Hər bir anı özlərinə ilkin fürsət sanarlar. Onlar üçün fərq etməz yas mərasimidir, ya da toy-busatdır. Yas mərasimində ölənin, toyda isə bəylə-gəlinin arxasıyla danışarlar. Ətrafımızdakı insanların davranışlarına, bizim uğurlarımıza olan münasibətlərindən belə hiss etmək olar. Bu fərq etməz qohum, dost, qonşu, iş yoldaşı ya yaddır. Mənəviyyatsız insan hər bir pis əmələ imza atmış kəsdir. Paxıl insan və pislik edən insan sağalmaz bir heyvani və qeyri-heyvani səviyyəyə enmiş insandır. İnsanın rahat yaşaması üçün ilk növbədə qəlbi təmiz və gözləri tox olmalıdır. O insan əsl insandır ki, başqasının sevincinə sevinə bilsin. İnsan doğuşdan insan olaraq doğulur. İnsanlığı isə sonradan özü qazanır. Kənardan baxanda insandan çox insanlığı görməyi hər kəsə arzu edirəm.