Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Xalqımıza qarşı törədilmiş qanlı faciə

2024-03-29 17:16:49 321 baxış
Xəbər şəkil

XIX əsrdə qədim Azərbaycan torpaqlarına köçürülən hayların XX əsrin əvvəllərindən azərbaycanlılara qarşı vəhşilikləri, soyqırımları başlayıb. Belə dəhşətli hadisələrdən biri də 1918-ci il mart qırğınlarıdır. Hər dəfə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” tarixini xatırlayanda 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin soydaşlarımıza qarşı xüsusi qəddarlıqla törətdikləri kütləvi qırğınların vəhşəti, Yer üzündən silinən ailələrin faciəsi, min bir işgəncə ilə öldürülən körpələrin, qadınların, yaşlıların müsibəti qəlbi parçalayır. Bu, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri ilk və yeganə qırğın deyildi. “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə onlar tarixin müxtəlif dönəmlərində bizə qarşı etnik təmizləmələr, soyqırımları həyata keçirmişlər. 31 Mart soyqırımı isə bu bəşəri cinayətlərin miqyasca, demək olar ki, ən dəhşətlisidir.
Soyqırımının törədilməsindən cəmi iki il sonra bolşeviklərin və artıq bolşevik cildinə girmiş daşnakların Azərbaycanda hakimiyyəti mənimsəməsi, qırmızı terrorun gücü ilə insanların düşüncələrinə, milli iradəsinə vurulan buxovlar, əfsuslar olsun ki, bu qanlı tarixi gündəmdə saxlamağa, 31 Mart canilərini layiqli cəzalarına çatdırmaq üçün sistemli iş aparmağa imkan vermədi. 70 illik sovet ideologiyasının tarixşünaslığımıza tətbiq etdiyi "vətəndaş müharibəsi", "əksinqilabi qiyam" kimi saxtalaşdırılan mart hadisələri, əslində, bolşevik-daşnak ittifaqının azərbaycanlılara qarşı yeritdiyi növbəti soyqırımı siyasəti idi. Sovet hakimiyyəti bu milli faciəni unutdurmağa çalışdı. 31 Mart soyqırımına ideoloji don geyindirildi və yeni nəsillərə tamam başqa tərzdə təqdim edildi.
Bu soyqırımı əsl hüquqi-siyasi qiymətini Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra aldı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdana qədər bu məsələyə heç bir siyasi qiymət verilməmişdi. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı fərman erməni millətçilərinin hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu. Bu fərman azərbaycanlıların timsalında ümumən bəşəriyyətə qarşı belə ağır cinayətləri törədənləri hər imkanda ifşa etmək, onların qanlı əməllərini bütün dövrlərdə lənətləmək, soyqırımı canilərinin, bu cinayətlərdə əli olan təsisatların beynəlxalq ədalət mühakiməsi qarşısında cavab verməsinə nail olmaq, beləliklə, dünyamızı gələcəkdə bu cür dəhşətlərdən qorumaq üçün elan olunmuş proqram sənədidir. Bu milli faciəni qəlbimizdə, yaddaşımızda hər zaman saxlamaqdan, keçmişi indiki və gələcək nəsillərə də xatırlatmaqdan ötrü həmin mühüm sənədlə 31 Mart tarixi hər il “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilməkdədir.
31 Mart soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılmasına qərar verildi. 2013-cü il sentyabrın 18-də kompleksin açılışı oldu. Azərbaycan Prezidenti İlham Əliyev açılış tədbirindəki çıxışı zamanı ermənilərin tarixin müxtəlif dövrlərində ayrı-ayrı məkanlarda azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının, eləcə də İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlərin və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürlərinin tədqiqini qarşıya vəzifə kimi qoymuşdur. 
Dövlət rəhbərimizin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli sərəncamı və bu tarixi qərar əsasında ildönümü tədbirlərinin keçirilməsi də erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədinə xidmət etmişdir.
Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin “Böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Erməni daşnaklarının vəhşicəsinə qətlə yetirdikləri soyqırımı qurbanlarımızın illərdən bəri səmalarda dolaşan nigaran ruhları da zəfərimizlə rahatlıq tapdı. Soyqırımı tarixini yaşatmaq, gələcək nəsillərə ötürmək, bu həqiqətləri daha aydın, dolğun şəkildə dünyaya çatdırmaqda davam etmək və hər dəfə baş qaldırdıqda erməni faşizmini vurub əzmək isə bizim bundan sonra da şəhidlərimizin müqəddəs ruhu qarşısında ehtiram borcumuzdur. 

Aqşin Babayev
YAP Salyan rayon təşkilatının sədr müavini

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03