Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır

2024-03-27 09:36:43 235 baxış
Xəbər şəkil

Azərbaycan xalqının milli-mənəvi dəyərləri arasında Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilir. Heç bir qadağa, məhdudiyyət bu bayramı unutdura bilməyib, bir-birindən maraqlı Novruz adətləri, inancları nəsildən-nəslə ötürülüb.
İllərlə Novruzu işğal altında olan torpaqlarda qeyd etmək xalqımızın arzusu olmuşdu. Tarixi Zəfərimiz 30 ilin işğalına, soydaşlarımızın torpaq həsrətinə son qoymaqla yanaşı, bu ərazilərimizə əbədi bahar gətirdi. Prezident İlham Əliyev Azərbaycan xalqının hər il Novruz bayramında dilədiyi "gələn Novruzu Qarabağda keçirək, bayram tonqalını o torpaqlarda qalayaq" arzusunu da gerçəkləşdirdi. 
"Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir". Bu sözləri Prezident İlham Əliyev Xankəndidə Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində söyləyib. 30 illik işğal dövründə sükuta bürünən torpaqlarımızda bu il 4-cü dəfə Novruz tonqalları alovlanır. Xankəndidə qalib Ali Baş Komandanın yandırdığı Novruz tonqalı xalqımıza gözəl tarixi anlar yaşatdı.
İşğaldan sonra ilk dəfə möhtərəm Prezidentimizin Şuşada, Cıdır düzündə yandırdığı tonqalın bizə necə kövrək anlar yaşatdığını illər keçsə də, unutmayacağıq. 2021-ci ildə Şuşada toy-bayram, birlik, həmrəylik rəmzi olan Novruz tonqalının qalanması zaman kəsiyində yaşadığımız ən qürurverici hadisələrdən biri idi. Müzəffər Azərbaycan Ordusunun əlçatmaz Şuşanı düşmən tapdağından misli görünməmiş qəhrəmanlıqla, ağlasığmaz igidliklə azad etməsi, Şuşanın qurtuluşu ilə işğalçı ölkənin kapitulyasiyaya imza atması mədəniyyətimizin paytaxtına zəfərimizi simvolizə edən bir status da bəxş edib. Həmin gün sanki yenidən doğulduq, tarix qarşısında ciddi imtahandan üzüağ çıxdığımızı bir daha dünyaya bəyan etdik. 2022-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırmaları Azərbaycan xalqının Novruz bayramını Zəfər təntənəsi ilə qeyd etdiyinin təcəssümü idi. Suqovuşan Vətən müharibəsinin ilk günlərində rəşadətli Ordumuzun bölmələri tərəfindən azad edilən ərazimizdir. Hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra bərpa-quruculuq işləri də məhz burada başlanılıb.
Vətən müharibəsindən ötən dövr ərzində Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib. Böyük Qayıdış başlayıb, bu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli, müasir, müstəqil Azərbaycandır. Hər yandırılan tonqal işğaldan azad edilmiş ərazilərdəki yeni quruculuğun, tikinti işlərinin və abadlığın müjdəçisidir.
Bəli, artıq hər anımız xoşbəxtliyə, sevincə köklənib, hər günümüz bayram coşqusu ilə keçir. Qədim el bayramımız Novruz da Azərbaycanın hər tərəfində coşqu ilə qeyd edilir. Bütün bölgələrimizdə olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurda da tonqallar çatılır, bayram süfrələri açılır, şadlıq edilir. Bu əziz bayramda xalqımız Şəhidlər xiyabanlarına yollanır, torpaqlarımız uğrunda canlarından keçən övladlarına əbədi minnətdarlığını bildirir, onların ruhlarına dualar edirlər. Şükürlər olsun Tanrıya, düz bir qərinəlik ağrı-acıdan sonra Şuşa, Xankəndi zəfərləri sayəsində arzularımızın şah zirvəsi olan Vətənin bütövlüyünün fərəhi ilə Novruzu yurdumuzun hər yerində böyük coşqu, təmtəraqla keçiririk. Bu xoşbəxtliyi bizə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bəxş etdi və bundan sonra əbədi olaraq Novruz doğma Vətənimizin bütün ərazisində böyük coşqu və təntənə ilə qeyd olunacaq.

Yalçın Abdullazadə,
YAP Salyan rayon təşkilatının məsləhətçisi, 
“Vətən Müharibəsi” iştirakçısı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03