Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir

2024-03-25 12:58:23 6504 baxış
Xəbər şəkil

Ölkəmiz müstəqillik əldə etdikdən sonra dünyada mövcud olan müxtəlif inkişaf modelləri sırasında Qərb dəyərlərini seçərək siyasi-hərbi təhlükəsizliyinə təminatı gücləndirmək, beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilmək üçün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən NATO ilə əməkdaşlığa üstünlük verdi. Azərbaycanla NATO arasındakı əlaqələr 1992-1993-cü illərdə başlasa da, əməkdaşlığın beynəlxalq hüquq normaları çərçivəsində rəsmi nizama salınmasının bünövrəsi 4 may 1994-cü ildə qoyulmuşdur. Xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev Şimali Atlantika Alyansı ilə əlaqələrin dərinləşdirilməsini özünün xarici siyasət kursunun mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Alyansın beynəlxalq təhlükəsizliyini nizama salan münasibətlər sistemindəki yerini və nüfuzunu nəzərə alan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulması üçün 1994-cü il mayın 4-də Brüsseldə NATO-nun Çərçivə Sazişini imzalamaqla müasir beynəlxalq hüquqi müstəvidə Azərbaycan-NATO münasibətlərinin əsasını qoydu.
Azərbaycanın dünyanın yüksək nüfuzlu siyasi-hərbi təşkilatı olan NATO ilə əməkdaşlığı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Bu əməkdaşlıq qarşılıqlı etimad üzərində qurulub. Ötən illər ərzində Azərbaycan Ordusu NATO-nun müvafiq proqramlarına əsasən təhlil, təhsil, təlim, sülhyaratma missiyalarında uğurla iştirak etmişdir. Ölkəmiz NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal şəkildə istifadə edir və mühüm sənədlərdə öz əksini tapmış məqsəd və prinsiplərin yerinə yetirilməsində ön sıralarda gedir. Azərbaycan hərbçilərinin NATO qüvvələrinin tərkibində Kosovoda, Əfqanıstanda sülhyaratma əməliyyatlarında yaxından iştirak etmişdir. Bu cür qarşılıqlı əməkdaşlıq hər iki tərəfə uğur gətirir.
Prezident İlham Əliyevin dəvəti əsasında NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri və Bakıda verilən birgə bəyanatın məzmunu göstərir ki, Azərbaycan-NATO münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dostluq və qarşılıqlı əməkdaşlıq şəraitində keçən təkbətək görüşdən sonra mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev hərbçilərimizin Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda yaxından iştirak etdiyini xüsusi vurğulamışdır: "Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci ilin sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olublar. Bu isə bir daha əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir".  
Prezident İlham Əliyev ölkəmizin NATO ilə tərəfdaşlığının müsbət olduğunu və bu tərəfdaşlığın 30 ildən artıq davam edən uzun tarixə malik olduğunu vurğuladı. Alyansla aparılan dialoq və əməkdaşlığın bu gün də uğurla davam etdiyini diqqətə çatdırdı. Azərbaycanın hazırda NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. NATO-nun yüksəkrütbəli zabitlərinin bu proqram çərçivəsində Azərbaycana səfərləri artıq adi hala çevrilib. 
Görüş zamanı Baş katib Yens Stoltenberq ölkəmizin bir neçə NATO müttəfiqi ilə əlaqələri sıx şəkildə inkişaf etdirməsini alqışlaması mühüm mətləblərdən xəbər verir. Bu, Azərbaycanın yüksək nüfuzunun və sadiq tərəfdaş olmasını bir daha təsdiqləyir. Alyans rəsmisinin vurğuladığı kimi, sülh və sabitliyin təmin olunması nəinki Cənubi Qafqaz, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün çox vacibdir. Bölgədə davamlı sülhə nail olunması prioritet məsələdir.
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yaratdığı yeni reallıqları qəbul etməyən bəzi beynəlxalq subyektlərin hüquqazidd davranışları və təcavüzkar ritorikası fonunda NATO-nun Baş katibi Yens Stoltenberqin ölkəmizə səfəri əsas qlobal güc və təhlükəsizlik qütblərindən biri olan Alyansın Prezident İlham Əliyevin yaratdığı reallıqları qəbul etdiyini göstərir. Bu, Azərbaycana münasibətdə təhdidlər yağdıran, qarayaxma kampaniyaları təşkil edən Fransa, Avropa parlamenti, AŞPA kimi beynəlxalq və regional subyektlərin Azərbaycan siyasətinin növbəti fiaskosu demək idi. 
Böyük zəfərimizdən sonra məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan sülh danışıqları və sülhə heç vaxt olmadığımız qədər yaxın olduğumuzun NATO Baş katibi ilə gündəmə gətirilməsi, Yens Stoltenberqin isə bu prosesi dəstəklədiyini bəyan etməsi Azərbaycanın yaratdığı sülh gündəliyinin Şimal Alyansında məqbul hesab edildiyini və Avroatlantika mühitində hesablaşıldığını göstərdi. Bu mövqe isə, əslində, Cənubi Qafqazda sülh qarşısında əngələ çevrilmiş Fransanın timsalında təcavüzkar qruplaşma üzərində Prezident İlham Əliyevin daha bir qələbəsi idi. 

Cəlal Ələkbərov,
Salyan şəhəri, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03