YAP Salyan rayon təşkilatının Salyan Peşə Liseyi ərazi partiya təşkilatında Novruz bayramı münasibətilə tədbir keçirilmişdir
Tədbirdə Vətən Müharibəsi Qərəmanı, şəhid Sübhan Cəbrayılovun anası Ləzifə Cəbrayılova, liseyin şəhid əməkdaşı mayor Vidadi Əhmədovun həyat yoldaşı Zəhra Əhmədova, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, Salyan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əzizağa Yaqubov, Şirvan-Salyan Regional Təhsil idarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun müdiri Razıgül Dadaşova, liseyin direktoru Ruslan Fətullayev, ziyalılar, YAP fəalları, liseyin müəllim və tələbələri iştirak etmişdir. Tədbirdə çıxış edənlər Novruzun xalqımızın ən əziz bayramlarından biri olduğunu qeyd edib. Bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib. Diqqətə çatdırılıb ki, Novruz bayramı Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində YUNESKO tərəfindən Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanımız və qüdrətli Ordumuzun sayəsində artıq işğaldan azad edilən qədim yurd yerlərimizdə də tonqallar qalanır, ölkəmiz bu milli bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Çıxış edənlər bayram münasibətilə tədbir iştirakçılarını təbrik etmiş və xoş arzularını çatdırmışlar.
Bayram tədbirində lisey tələbələrinin ifasında Novruz Bayramının atributları olan kosa və keçəl, Dədə Qorqud, Bahar qızı personajları, müxtəlif milli rəqslər təqdim olunmuşdur. Milli hərbi geyimli tələbələrin əlbəyaxa döyüş səhnəsi tədbir iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanmışdır. Sonda liseyin mədəni ictimai həyatında fərqlənən bir sıra kollektiv üzvləri və tələbələri rəhbərlik tərəfindən təltif olunmuşdur. Tədbir möhtəşəm tonqalın qalanması və milli rəqslərin sədası altında davam etmişdir.


