Aİ-nin mülki missiyasının personalının əksəriyyəti kəşfiyyatçıdı
Milli Məclisin deputatı Vüqar İskəndərov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsi Avropa İttifaqını, onun institusional təşkilatlarıının iç üzünü açıb:
“Avropa İttifaqı, onun institusional təşkilatları, parlamenti demək olar ki, sırf xristian klubuna dönüb. Çox təəssüf ki, siyasətlərini bu dəyərlərlə həyata keçirirlər. Avropanın iki müasir, inkişaf etmiş müsəlman ölkələri Türkiyə və Azərbaycana qarşı münasibəti,artıq hamıya bəllidir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu dairələrin iç üzləri tam açıldı. Azərbaycanın uğurlarını, onun Ermənsitanla əlaqələrinin normallaşmasını istəmədikləri ortaya çıxdı. Sən demə bu qurumlar ölkədə hərc-mərclik olmasını istəyirlərmiş. Azərbaycan onların bütün arzularını gözlərində qoydu. Bununla da, həmin orqanları və onların rəhbərlərini qıcıqlandırmış olduq. Avropanın təqaüdə çıxmış kəşfiyyatçılarının Ermənistanla Azərbaycan arasında şərti sərhəddə monitorinq aparması siyasi şoudur. Onlar burada hərbi eskalasiyanın olmasına çalışır. Təbii ki, buradakı əməkdaşların əksəriyyəti kəşfiyyatçı, xüsusi dövlət orqanlarına çalışan agentləridir”.
V.İskəndərov bildirib ki, Ermənistanın yarımçıq siyasəti, qeyri-rasional mövqeyi nəticəsində öz ərazisində ikinci Ukrayna senarisini yazmağa başlayıb:
" Bütün bu proseslər Ermənistanın özününü başında çartlayacaq. Çünki artıq Ermənistan cəmiyyəti iki hissəyə bölünüb. Bir qrup Rusiya və İrana qarşı olan münasibəti bəyənməyərək onun dəyişdirilməsini istədiyi halda digər kəsim Qərbə inteqrasiya tərəfdarıdır. Amma Ermənistan yaranışdan müstəqil olmayıb deyə bu gün də hansısa diqtənin nəticəsi olaraq üzünü Avropaya çevirmək yolunu tutur. Ermənistan KTMT-dən çıxacağını, Rusiya ilə münasibətlərə yenidən baxacağını açıq-aşkar bildirir.
Amma məlumdur ki, başda ABŞ və Fransa olmaqla bir sıra ölkələrin işıqlı gələcək vəd etdiyi ölkələrin hamısı yarı yolda qalıb. Ona görə ki bu dövlətlər heç vaxt söz verdikləri vədlərini yerinəyetirməyiblər. Bütün bunlar Ermənistanın bugünkü siyasəti özünə çox böyük ziyan gətirəcək. Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstan artıq bu regionun boz bölgə olmasını istəmir