Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

2024-03-19 10:37:29 277 baxış
Xəbər şəkil

     NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz səfərini Bakıda başlaması NATO-nun Azərbaycanla uzunmüddətli tərəfdaşlığına verilən dəyər kimi önə çıxır. Azərbaycan ilə NATO arasında münasibətlər 1992-ci ildən qurulub və onilliklər ərzində inkişaf edib. Ölkəmiz hərbi blokun müxtəlif proqramlarında, o cümlədən Sülh Naminə Tərəfdaşlıq proqramı və NATO-nun Əfqanıstan və Kosovodakı missiyalarında aktiv şəkildə fəaliyyət göstərib. Ölkəmizin NATO səylərinə töhfəsi 2002-ci ildə 22 sülhməramlı ilə başlayıb və 2021-ci ilin yayına kimi onların sayı 120-yə yüksəlib. Azərbaycan bölmələri quru dəstəyi ilə yanaşı, müttəfiq qüvvələr üçün Əfqanıstanda maddi-texniki təchizat, tranzit marşrutlarının təhlükəsizliyini də təmin ediblər.
     Prezident İlham Əliyevlə görüş əsnasında Y.Stoltenberq enerji təhlükəsizliyi sahəsində Azərbaycanın bir sıra NATO müttəfiqləri ilə sıx əlaqələrini alqışlaması münasibətlərin müxtəlif sahələrdəki  xarakterini də açdı. Bu baxımdan rəsmi Bakının Ermənistanın təcridini və zəifliyini artırmaq üçün geostrateji təsir imkanlarından istifadə etməyə çalışması İrəvanın sülhə məcbur edilməsinin fərqli yollarından biridir. Bundan əlavə, bu tərəfdaşlıq Bakı üçün Ermənistana  münasibətdə strateji mövqelərini gücləndirmək üçün bir vasitə rolunu da oynayır ki, bu da son nəticədə İrəvanın zəifləməsinə gətirib çıxara bilər.  Həmçinin Azərbaycanın qapalı formatda  Fransa başda olmaqla NATO dövlətləri tərəfindən Ermənistana yardımdan narahatlığını son görüşdə ortaya qoyması və bunun aradan qaldırılmasının zəruriliyini vurğulaması real arqumentlərdəndir. Çünki davamlı siyasi və hərbi dəstək Ermənistanı sülhdən yayındıra bilər, bu da regional sabitliyə təhdidləri artırır.
     Azərbaycan balanslaşdırma siyasəti sayəsində Rusiya ilə Qərb arasında artan qarşıdurma fonunda manevr imkanını saxlayır. Müəyyən bir məqamda, xüsusən də Gürcüstan və Ukrayna kimi postsovet məkanındakı digər dövlətlər fəal şəkildə alyansa üzv olmağa can atanda, Azərbaycan GUAM-dakı (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) həmkarlarının yolunu getmədi. Reallıqda isə Bakı heç vaxt NATO üzvlüyünə can atmadı və bunun əvəzinə rəqib bloklardan bərabər şəkildə faydalanmağa çalışır.
     Vətən müharibəsindəki Qələbədən, ümumuiyyətlə, 2021-ci ildən sonra NATO ilə Azərbaycan arasında qarşılıqlı səfərlər müntəzəm xarakter almağa başladı. Belə ki, 2021-ci ilin dekabrında Prezident İlham Əliyev Brüsseldə Alyansın mənzil-qərargahına baş çəkərək Azərbaycanın “NATO ilə yüksək səviyyədə qarşılıqlı əlaqəyə malik olmasından çox məmnun olduğunu” bəyan etməsi münasibətlərin qarşılıqlı etimada əsaslandığını göstərir.
     2021-ci ildən bəri NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın və digər NATO rəsmilərinin Azərbaycana səfərləri praktiki əməkdaşlıq baxımından da əhəmiyyətli idi. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 2023-cü ilin mayında Brüsseldə NATO rəsmiləri ilə bir sıra görüşlərə qatılması da deyilənləri təsdiq edir.
     Azərbaycan NATO ilə əlaqələrini Türkiyə vasitəsilə də inkişaf etdirir. Belə ki, Azərbaycan NATO üzvü olan qardaş ölkənin de-fakto təhlükəsizlik zəmanətindən də faydalanır, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini, onları NATO standartlarına yaxınlaşdırmağı hədəfləyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hətta 2021-ci il iyunun 15-də imzalanmış ikitərəfli Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycanda Türkiyə hərbi bazasının yaradıla biləcəyini açıqlamışdı. Bu da NATO ölkəsi Türkiyə ilə əməkdaşlığın genişlənməsinin güclü göstəricisidir.
     2022-ci ildə NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın başçılıq etdiyi Atlantik Alyansının nümayəndə heyəti Azərbaycanın hərbi obyektlərinə baş çəkib və “NATO ilə tərəfdaşlıq nəticəsində əldə edilən əməliyyat imkanlarında irəliləyişi” yüksək qiymətləndirib.
     Bütün bunlar onu göstərir ki, Azərbaycan NATO ilə əməkdaşlıq alətlərindən səmərəli şəkildə istifadə edir və onun əməliyyat imkanları, zabit hazırlığı, planlaşdırma və minalardan təmizləməni əhatə edən proqramlarında ən fəal ölkələr sırasındadır.

   Nuranə Atayeva   Salyan rayon  Təzəkənd ümumi orta məktəbinin direktor əvəzi.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03