Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Hətta Tacikistan belə Dünya Ticarət Təşkilatının üzvüdür, biz isə...'

2024-03-19 10:10:39 192 baxış
Xəbər şəkil

Bugünlərdə Avropa Parlamenti Ermənistana Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizədlik statusunun verilməsini tövsiyə edən qətnamə qəbul etdi. Gürcüstandan sonra Cənubi Qafqaz ölkəsi olan Ermənistan da Avropaya inteqrasiya yolunu tutdu. Halbuki 2009-cu ildə "Şərq tərəfdaşlığı" Proqramı qəbul ediləndə bir çoxları Azərbaycanın da Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə birgə Avropa yolu tutacağını düşünmüşdü.

Bu vaxta qədər Ukrayna, Moldova, Gürcüstan qurumla Assosiativ saziş imzalayıb və üzvlük məsələsində də bir xeyli məsafə qət ediblər. Daha sonra Ermənistan da Aİ ilə tərəfdaşlıq sazişi imzalayıb. Amma Azərbaycanın Avropa İttifaqına namizəd statusu almaması bir yana, 2017-ci ildən tərəfdaşlıq sazişinin imzalanması ilə bağlı danışıqlar aparılsa da, bunun, hələlik, heç bir nəticəsi yoxdur. Belarus isə "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlığı dayandırıb.

Azərbaycanda bəzi müstəqil təhlilçilər vurğulayırlar ki, son zamanlar Avropa institutları ilə münasibətlərin pisləşməsi fonunda Azərbaycanla Rusiyanın əməkdaşlığı artan xətlə inkişaf edir. Bu isə onların, fikrincə, ölkənin sıravi vətəndaşlarının maraqlarına cavab vermir.

Milli Məclisin deputatı Fəzail Ağamalı  bildirib ki, Azərbaycanın öz yolu var və bu yol nə Avropa İttifaqından, nə də Rusiyanın Avrasiya İqtisadi Birliyindən keçir: “Azərbaycan Ulu Öndərimiz tərəfindən müəyyənləşmiş olan və Azərbaycana ciddi uğurlar gətirən yolla addım-addım irəliləyərək güclənir, ölkənin beynəlxalq nüfuzu artır. Azərbaycan Ermənistanla və onun arxasında dayanan beynəlxalq gücləri ilə mübarizə apararaq öz ərazi bütövlüyünü təmin edib”.

Deputat hesab edir ki, Azərbaycanın yolu Türk Dövlətləri Təşkilatıdır: “Yaxın illərdə bu təşkilatın bütün strukturları formalaşacaq və təşkilat beynəlxalq status qazanan çox güclü bir quruma çevriləcək. Bu, türk dövlətlərinin maraqlarına cavab verəcək və hər tərəfdən gələn təhdid və təzyiqlərə qarşı ciddi müqavimət göstərəcək böyük güc sahibinə çevriləcək. Bu, Azərbaycanın maraqlarına tam cavab verir”.

F.Ağamalı qeyd edib ki, Ermənistan, Gürcüstan və başqa ölkələrdən fərqli olaraq Azərbaycan hər hansı qurumun qarşısında baş əyən dövlət deyil: “Azərbaycan qürurlu və öz ləyaqətini qoruyan dövlətdir. Cənab Prezident da bir zaman söylədi ki, biz Avropa İttifaqına gedəsi deyilik. Çünki onların bizə münasibəti bəllidir və biz gedib onların qapısında gözləmək arzusunda deyilik. Neçə illərdir ki, Türkiyə Avropa İttifaqına daxil olmağa çalışır, amma orada islamofobiya və türk dövlətlərinə neqativ münasibət buna imkan vermir”.

Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasının Parlament Assambleyasına üzvlük haqqını verən dövlət oldu, nümayəndə heyəti kifayət qədər öz töhfəsini verdi, lakin AŞPA Azərbaycana qarşı ədalətsiz mövqe göstərdi: “Hətta mənasız arqumentlərlə nümayəndə heyətimizin mandatını qəbul etmədilər. Ona görə də, Avropa belə münasibət göstərirsə, Avropa Şurası, Avropa Parlamenti kimi qurumlarda Azərbaycanın iştirakına ehtiyac yoxdur”.

"Atlas" Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan milli və təhlükəsizlik tələblərinə uyğun siyasət yürütməlidir: "Dövlət başçısı da andiçmə mərasimində qeyd etdi ki, əsas istiqamət Türkiyə və türk dünyasına inteqrasiyadır".

Amma onun sözlərinə görə, Azərbaycan Avropadan qopa bilməz: "Azərbaycan neft və qazını əsas nəql etdiyi məkan Avropadır. Prezident İlham Əliyev özü Avropa ilə yeni anlaşma imzalayıb ki, yaxın gələcəkdə Azərbaycanın alternativ enerjisi Qara dənizinin dibi ilə Avropaya axacaq. Yəni, əsas maliyyə gəlirimiz Avropadandır və biz Avropa ilə münasibətlərimizi nə gərginləşdirə, nə də azalda bilərik".

E.Şahinoğlu eyni zamanda əlavə edib ki, Rusiyanın olduğu Avrasiya İqtisadi Birliyinə üzvlük Azərbaycanın maraqlarına cavab vermir: "Mən deməzdim ki, indi Azərbaycan Rusiya ilə yaxınlıq nümayiş etdirir. Məncə, bu, ilkin görüntüdür. Biz nə Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatının, nə də Avrasiya İqtisadi Birliyinə üzv ola bilərik".

Siyasi şərhçi hesab edir ki, Aİ ilə sazişin imzalanmasını çox da uzatmaq olmaz: "Əsas tələblərdən biri odur ki, Azərbaycan Dünya Ticarət Təşkilatının (DTT) üzvü olmalıdır. Bunu da gecikdirmək olmaz. Hətta Tacikistan belə DTT-nin üzvüdür, biz isə hələ də bu məsələni yubadırıq. Bu məsələni həll edib, Avropa İttifaqı ilə saziş imzalayıb Avropa ilə iqtisadi əlaqələri genişləndirməyə çalışmalıyıq".

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03