Bakı beynəlxalq aləmdə platformaların ən vacib məkanı kimi xarakterizə olunur
14 mart 2024-cü il tarixində Cənab Prezident İlham Əliyevin “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışında vacib məsələlərə toxunub. Azərbaycan sözsüz ki, bu gün dünyada ən mötəbər tədbirlərin keçirildiyi məkan kimi şöhrət qazanıb. Dövlətimiz regional qlobal tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi böyük nüfuza malikdir. Bakı beynəlxalq aləmdə vacib platformaların ən vacib məkanı kimi xarakterizə olunur. Bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.
Abbas Əliyev qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından seçilən mühüm paltforma hesab olunur: “Bakıda hər il keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. Yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var. Bu məhz ölkə başçısı tərəfindən yeni strategiyaya verilən qiymətin təzahürüdür. Bu dəfəki XI Forumda altmış səkkiz dövlətdən dörd yüzdən çox qonaq iştirak edib. Qonaqların arasında qırxdan çox hazırkı və sabiq dövlət və hökumət başçıları yer alıb”.
YAP Abşeron rayon təşkilatının sədri hesab edir ki, “Hər il regionda və qlobal miqyasda dəyişikliklər bəzən də lokal xarakterli kimi görünür. Amma bunun böyük fəsadları var. Elə ötən 1 il ərzində ölkəmizin həyatında çox böyük dəyişikliklər baş verib. Ötən 2 görüşdən keçən 1 il ərzində baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Dövlətimiz uzun illər ərzində münaqişənin sülh yolu ilə həllinə çalışıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə nəhayət əməl olunmasına inamını ortaya qoyub. Hətta keçmiş Minsk qrupunun iyirmi səkkiz illik fəaliyyəti ərzində də bir nəticə əldə olunmadı. Çünki Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək idi. Keçmiş münaqişənin niyə sülh yolu ilə həll olunmamasının əsas səbəbi də Ermənistan hökumətlərinin 1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi qeyri-konstruktiv mövqe sərgiləməsidir. Azərbaycan dövləti və xalqı isə heç bir halda torpaqlarının işğalda qalmasına, ərazilərində separatçı rejimin mövcudluğuna razı ola bilməzdi. Münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir”.
Abbas Əliyev vurğulayıb ki, Forumda COP29-un Ölkəmizdə keçirilməsinin önəmindən də bəhz edilib: “Bu dövlətimizin yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsi deməkdir. Azərbaycanda yaşıl keçidlə bağlı mühüm işlər görülüb. Artıq bunun praktiki nəticələri var. Ötən ilin oktyabrında Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışı edildi. Daha iki stansiya ilə bağlı tikinti işləri uğurla davam edir. Azərbaycan 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırır. Eyni zamanda yaxın dövr üçün yaşıl enerjinin ixracı da proqnozlaşdırılır. Bununla bağlı Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası nəzərdə tutulur. Məhz COP29 ölkəmizə bu imkanları nümayiş etdirməyə imkan verəcək. Bu həmçinin Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayişi kimi də xarakterizə olunur. Azərbaycanın beynəlxalq təşkilatlara uğurlu sədrlik təcrübəsinin olması da burada başlıca amildir. Ölkəmizin dördillik sədrliyinin nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi bir dönəm yaşandı. Azərbaycanın həmçinin Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlığa malikdir.”.
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri