Ölkəmizə göstərilmiş dəstək.
Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. İki müstəqil dövlət olaraq isə artıq uzun illərdir ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir.Bununla yanaşı, hər iki ölkə regionda əsas inteqrator rolunda çıxış edir, yüklərin Çindən Avropaya və geriyə daşınmasında uğurlu fəaliyyət göstərirlər. TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində sıx qarşılıqlı, faydalı əlaqələr bunun sübutudur.Ölkələrimiz arasında sıx siyasi və iqtisadi dialoqla yanaşı, mədəni-humanitar, elm və təhsil sahələrində əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Aydındır ki, mədəni mübadilə və sıx əlaqə iki xalq arasında qarşılıqlı anlaşmada mühüm rol oynayır.Xalqımız 44 günlük Vətən müharibəsində Qazaxıstanın rolunu və sərgilədiyi mövqeyini heç vaxt unutmayacaq. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq. Dünən haqq savaşımızda ölkəmizin yanında olan Qazaxıstan bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq prosesinə öz töhfələrini verir.
Azər Qəhrəmanov
YAP Şəmkir Rayon Təşkilatı Aparatının Məsləhətçisi