Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Erməni vandalizmi dünya ictimaiyyətinə geniş şəkildə çatırılmalıdır.

2021-02-14 19:10:05 209 baxış
Xəbər şəkil

 

 

 

Anar Məmmədov: "İndi bütün dünya Azərbaycanın yaratdığı yeni reallıq, ermənilərin 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları ərazilərimizdə törətdiyi vəhşiliklər haqqında geniş şəkildə məlumatlandırılmalıdır"

Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib çıxsa da, lakin ölkəmizin hələ də düşmənə qarşı lazımı addımlar atması, müəyyən tədbirlər görməsi vacib məqamlardan biridir. Bunlardan birincisi düşmənin ötən 30 ilə yaxın müddətdə işğal etdiyi ərazilərimizdə törətdikləri vəhşilikləri, vandallıqları dünyaya çatdırmaq, Ermənistanın törətdikləri vandallıqlara görə konpensasiya ödəməsinə nail olmaqdırsa, ikincisi informasiya mübarizəsini daha da genişləndirmək, erməni təxribat maşınının qarşısını qətiyyətlə almaqdır. Bunun üçün bir sıra metod və vasitələrdən istifadə təklif edilir. Ancaq nəzərə almaq lazımdır ki, düşmən tərəfi də sakit dayanmayıb, xüsusilə 44 günlük Vətən müharibəsində aldığı sarsıdıcı zərbədən sonra ölkəmizə qarşı daha aqressivdir. Xüsusilə bu prosesdə erməni lobbisi daha fəaldır və hər addımda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza təzyiq göstərmək, onlara zərbə vurmaq planlarını götür-qoy edirlər.

Bu istiqamətdə atılmalı vacib olan addımlara diqqət çəkən Milli Məclisin deputatı Anar Məmmədov deyib ki, 30 ilə yaxın bir dövrdə erməni faşizmi bütün xalqların tolerant və sülh şəraitində yaşadığı Qafqazı münaqişələrin və müharibələrin bitmədiyi regiona çevirib. Millət vəkilinin sözlərinə görə, bu illər ərzində xalqımıza qarşı törədilən soyqırımı aktları, əsirlərə qarşı qeyri-insani davranış, rayonlarımızın dağıdılaraq viran qoyulması faşizm siyasətinin bariz nümunələridir: "Ermənistanın işğalçılıq siyasəti nəticəsində təkcə torpaqlarımız işğal edilməyib, eyni zamanda Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub. Ermənistanın qonşu ölkələrə qarşı ərazi iddiaları, beynəlxalq müstəvidə həyata keçirdiyi aqressiv siyasət uzun illər ərzində ölkə əhalisinin şüuruna yeridilmiş zərərli ideologiyanın məhsuludur. Məhz bunun nəticəsidir ki, Ermənistanın demək olar ki, heç bir qonşu ölkə ilə normal, etibarlı, dayanıqlı qarşılıqlı münasibətləri mövcud deyil. Qarabağda rayon və şəhərlər işğaldan azad edildikcə erməni faşistlərinin törətdikləri bütün vəhşiliklər üzə çıxmağa başladı. Dağıdılan, viran qoyulan şəhərlər, donuz saxlanılan məscidlər, yerləyeksan edilən mədəniyyət abidələri, kitabxanalar erməni vandallığını ifşa etdi. Demək olar ki, hər qaytarılan şəhər və rayondan görüntülər ildırım sürəti ilə dünya mətbuatına yayıldı. "Məzlum xalq"ın nə dərəcədə vəhşi, zalım və qaniçən olduğunu bütün dünya gördü".

Anar Məmmədov bildirib ki, sonuncu müharibədə mənfur düşmən darmadağın edilsə də, Ermənistan yenə faşizm ideyalarına sədaqətini gizlətmir, nasist fəlsəfəsinə söykənərək bir tərəfdən yeni müharibələrə körüklənir, digər tərəfdən isə "zavallı" erməni xalqının soyqırımına məruz qalması barədə əfsanələr uydurmaqda davam edir: "Lakin biz Qələbə çalmaqla düşməndən qat-qat güclü, mətin və müdrik olduğumuzu göstərdik. Bu gün artıq müharibədən əvvəlki Azərbaycan deyilik, bir qarış torpaq üçün hətta əliyalın döyüşə atılmağı bacaran yenilməz xalqıq. İndi şəhidlərimizin ruhu bizi daha müdrik və daha tədbirli olmağa, daha cəsarətlə erməni faşist ideologiyasını məhv etməyə çağırır. Erməni faşizmi çökməyənədək onlar savaş ritorikasından əl çəkməyəcəklər, əməllərinə haqq qazandırmaq üçün təbliğat maşınını var gücü ilə işlədəcəklər".

Millət vəkili qeyd edib ki, indi bütün dünya Azərbaycanın yaratdığı yeni reallıq, ermənilərin 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları ərazilərimizdə törətdiyi vəhşiliklər haqqında geniş şəkildə məlumatlandırılmalıdır: "Məlumdur ki, 44 günlük müharibə dövründə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan döyüş meydanında olduğu kimi informasiya müharibəsində də düşməni ağır məğlubiyyətə düçar etdi. Biz postkonflik dövründə də bu tendensiyanı qoruyub saxlamalıyıq, hər kəs əlindən gələni qədər bu işdə fəal olmalı və beynəlxalq aləmi məlumatlandırmalıdır. Biz imkan verməməliyik ki, ermənilər yenə də öz cəfəng fikirləri ilə dünya ictimaiyyətini aldatmağa, öz yalanlarını sırımağa cəhd etsin".

Kanal4.az 





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02