“Shirvan Operating Company Ltd” Şirkətində YAP-ın Ərazi ilk təşkilatın hesabat - seçki yığıncağı keçirildi.
Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının sədri hörmətli Zahir Qəhrəmanov, İsrail Azayev və YAP üzvləri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad etdildikdən sonra “Heydər Əliyev Xatirə Muzeyi” ziyarət olundu.
Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov yığıncaqda ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyasının fəaliyyətindən, xalqımızın həyatında oynadığı roldan, dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyduğundan söz açdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlardan, partiya quruculuğu sahəsində olan yeniliklərdən də danışıldı. Həmçinin qeyd etdi ki, işğal altında olan torpaqlarımız da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməndən azad olunub. Azərbaycan xalqının birliyi və öz Prezidenti ətrafında bir yumruq kimi birləşməsi müharibədə Zəfərin əldə olunması ilə nəticələndiyini qeyd etdi.
YAP-ın ərazi ilk partiya təşkilatının sədri İsrayıl Azayev təqaüdə çıxması ilə əlaqədar olaraq iclas iştirakçıları bu vəzifəyə Məmmədov Taleh Mirkərəm oğlunun namizədliyini irəli sürüb, təklif səsə qoyularaq qəbul olundu. Ərazi partiya təşkilatının İdarə Heyətinin üzvləri və partiya fəallarının yekdil qərarı ilə təşkilatın yeni sədri Taleh Məmmədov seçildi.
Mənə göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının sədri Zahir Qəhrəmanova, İsrail Azayevə və YAP üzvlərinə bütün varlığımla təşəkkür edir, sonsuz minnətdarlığımı bildirirəm. Bu etimad həm də mənim üçün böyük məsuliyyətdir. Məsuliyyəti dərk etdikcə bunun nə qədər ağır və həm də şərəfli olduğunu anlayıram və üzərimə düşən məsuliyyətin layiqincə öhdəsindən gəlməyə çalışacam!



