Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Türk dünyasının inkişafına Azərbaycan-Qazaxıstan münasibətlərinin töhfəsi ŞƏRH

2024-03-13 10:32:06 151 baxış
Xəbər şəkil

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra, xüsusilə də Qərbin bəzi dövlətlərinin ölkəmizə qarşı qərəzli münasibətləri fonunda xarici siyasi kursda korrektələr etməli oldu. Bölgədə yeni reallıqlar yaradan Azərbaycan dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verməklə yanaşı, ortaq tarixi keçmişə malik ölkələrlə münasibətlərini daha da gücləndirdi. Türk Dövlətləri Təşkilatına (TDT-yə) üzv dövlətlərlə əməkdaşlığa xüsusi önəm verən Azərbaycan Prezidenti İlham Əliyev ötən ayın 14-də Milli Məclisdə and içərkən Türk dünyasının bütövləşməsinə xidmət edən vacib mesajlar verdi. “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, - deyən Prezident İlham Əliyevin bu fikri bütün Türk dünyasında coşqu, sevinclə qarşılandı. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyik ki, TDT-nin fəaliyyəti 44 günlük Vətən müharibəsindən sonra daha dinamik xarakter aldı. Hazırda Azərbaycanın xarici siyasət strategiyasının prioritet istiqamətlərindən biri Türk dövlətləri ilə mövcud münasibətləri daha da inkişaf etdirmək, əlaqələri bütün sahələr üzrə genişləndirməkdən ibarətdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov söyləyib.

Qardaş ölkə Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfərinin ciddi siyasi əhəmiyyət kəsb etdiyini deyən deputat xatırladıb: “Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanla diplomatik əlaqələr quran ilk Asiya dövlətlərindən biri də Qazaxıstandır. Son il yarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, Qazaxıstan Prezidenti isə bu müddət ərzində üç dəfə ölkəmizdə olub. Bu günə qədər Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu, təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb.

Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni soykökə malik olan hər iki xalq arasındakı əlaqələrin tarixi qədim dövrlərə gedib çıxır. “Ortaq keçmişdən ortaq gələcəyə” şüarını reallığa çevirən bu cür səfərlər Türk dünyasının gələcəkdə daha böyük siyasi güc kimi meydana çıxmasını şərtləndirir”.

İltizam Yusifov qeyd edib ki, Prezident İlham Əliyev ilə qazaxıstanlı həmkarı arasındakı görüşdə qarşılıqlı fəaliyyətin digər məsələləri, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə, BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət müzakirə olunub. “Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir”, - deyə Azərbaycan Prezidenti mətbuata bəyanatında bildirib.

“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri zamanı əməkdaşlığımızın əsas elementlərindən biri olan nəqliyyat-tranzit məsələsi müzakirə olundu. Dünyada Orta Dəhlizin əhəmiyyətinin artığı bir zamanda Türk dünyasının güclü olması və ortaq mövqe sərgiləməsi olduqca vacibdir. Çünki əvvəllər Çindən dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına daşınması əgər 53 gün zaman alırdısa, hazırda bu, cəmi 18 günə mümkündür. Bu da əlavə böyük vaxt itkisinin aradan qaldırılması deməkdir. Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi vasitəsilə ölkəmizə ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır. Bu da dəhlizin gələcək inkişafından xəbər verir”, - deyə deputat diqqətə çatdırıb.

Onun sözlərinə görə, hər iki ölkə TDT çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində xeyli işlər görüb. Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə olduğu kimi, enerji sektorunda da uğurlu əməkdaşlıq mövcuddur. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib. Qazaxıstanın xam neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünya bazarına çıxarılması buna əyani misaldır. Xam neftin Azərbaycanda emalı və onun dünya bazarına ötürülməsi uğurlu əməkdaşlıqdan xəbər verir.

“Azərbaycan-Türkiyə strateji münasibətlərində müşahidə olunan qızıl dövrü, elə Azərbaycan-Qazaxıstan münasibətlərinə də şamil etmək olar. Ölkələrimiz arasındakı əlaqələr tarixinin çiçəklənmə dövrünə qədəm qoyub. Hər iki ölkə müstəqil, cəsarətli və milli maraqlara xidmət edən xarici siyasətləri ilə diqqət cəlb edir. Tokayev Azərbaycan və Türkiyə ilə əməkdaşlığa xüsusi önəm verir, türk dövlətləri arasında inteqrasiyanın genişlənməsini dəstəkləyir. Qazaxıstan Azərbaycanın haqq işinə hər zaman dəstək verib, ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Ermənistanın işğalı nəticəsində dağıdılmış, bu gün isə yenidən qurulan Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi isə qardaş dövlətin qardaşlıq bağlarından xəbər verir. Ərazilərimizin bərpasına verilən bu töhfə ölkəmizin rəhbərliyi və xalqımız tərəfindən də yüksək qiymətləndirilir.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03