Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Qarabağ Azərbaycanın daxilində göstərildi: Tarix dərsliyi erməniləri bir-birinə qatdı - FOTO

2024-03-03 03:49:59 146 baxış
Xəbər şəkil

Son aylar Ermənistanın təlatümlü ictimai həyatına yeni bir qalmaqal da əlavə edilib. Baş nazir Nikol Paşinyanın göstərişi ilə orta məktəblərdə tədris edilən tarix dərsliyinin adının dəyişdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müəyyən addımlar atılır. Nikol Paşinyanın fikrincə, bu günə qədər məktəblərdə “Erməni tarixi” adlı fənnin tədris edilməsi səhv addımdır və bu, erməni dövlətçiliyinin olmadığını büruzə verir. Bu səbəbdən də dərsliyin adı “Ermənistan tarixi” olaraq dəyişdirilib. Bu isə ciddi etirazlara səbəb olub. Xüsusən də müxalifət və kilsə bu addımı qəti şəkildə tənqid edir. Əslində 7 və 9-cu siniflərin dərsliklərində aparılan dəyişikliklər bir sıra mətləblərdən xəbər verir.

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik.  

Qarabağ Azərbaycanın sərhədləri daxilində göstərilib

Bir müddət əvvəl baş nazir Ermənistan məktəblərində tədris edilən tarix kitablarından “Erməni kilsəsinin tarixi” mövzusunun çıxarılmasına nail olub. Bu da kilsə ilə hökumət arasında uçurumun ciddi şəkildə dərinləşdiyini göstərir. Hadisələrin fonunda hakimiyyətin diktəsi ilə tarix kitablarının bəzilərinin adı “Vətənim” olaraq dəyişdirilib. Yeddinci siniflərin dərsliyinə salınan xəritədə Qarabağ Azərbaycanın sərhədləri daxilində göstərilib. Bununla yanaşı, dərsliklərə “məxməri inqilab” mövzusu əlavə olunub, inqilabın simalarına xüsusi bölmələr ayrılıb. Atılan bu addımlar cəmiyyətdə, xüsusən də Eçmiədzində ciddi rezonans doğurub. Dərslik üzərində işləyən ekspertlərin etirafına görə, “Erməni tarixi” siyasi tarix deyil, əfsanələr toplusu olduğu üçün ondan imtina etməyin vaxtı çatıb. Bu kitabda çoxlu səhv var və məktəblilərə aşılanan bilgilərə əsasən, qədim və orta əsrlərdə ermənilər çox güclü və yaxşı olub, digər bütün millətlər isə pis və zəif.

Kilsənin cavab addımı

Erməni kilsəsi əslində hücumların ona qarşı yönəldiyini anladığı üçün hərəkətə keçib. İlk olaraq Eçmiədzinin Tədris Komitəsi təhsil naziri Janna Andreasyana məktub göndərərək, “Erməni tarixi” fənninin yeddinci sinif dərsliyinin hazırlanması prosesində və məzmununda bir sıra nöqsan və səhvlərin olması barədə xəbərdarlıq edib. Bundan əlavə, kilsə öz rıçaqlarını işə salaraq, müxtəlif şəxslər vasitəsilə hökumətin bu qərarını tənqid edərək ictimaiyyəti “aydınlatmaq” qərarına gəlib. Məsələn, tarix elmləri doktoru Hayk Demoyan da nazirə məktub yazıb, etirazını bildirib. Bundan əlavə, “Trésors d'Arménie” Erməni Assosiasiyasının təhsil departamentinin direktoru Anqela Arutyunyan dərsliyin müəllifi Smbat Hovhannisyanı tənqid edib. Tarix elmləri doktoru, qondarma Erməni Soyqırımı Muzey-İnstitutunun keçmiş direktoru Hayk Demoyan isə bildirib ki, dərs vəsaitinin hazırlanması üçün redaksiya heyəti yaradılmayıb, müxtəlif tarixi dövrlərlə bağlı mütəxəssislər cəlb olunmayıb. 

Erməni dövlətçiliyindən imtina? 

Kilsənin sifarişi ilə tənqidçilər sırasına son olaraq keçmiş ədliyyə naziri Qevorq Danielyan da qoşulub. O, daha da irəli gedərək, baş verən hadisəni erməni dövlətçiliyindən imtina kimi dəyərləndirib. 

İrəvan Dövlət Universitetinin tarix fakültəsi də kilsənin başlatdığı kampaniyaya rəsmən qoşulub. Müəllim heyəti dərsliyin adının dəyişdirilməsindən narahat olduğunu bildirib və məsələdə siyasi motivlər olduğunu xatırladıb. Bundan əlavə, müxalifətin müxtəlif simaları, şərqşünas və politoloqlar da kilsənin səsinə səs verərək, tənqid axınına qoşulublar. Səsləndirilən tənqidi bəyanatlar erməni cəmiyyətində ciddi çaşqınlığa səbəb olub. 

Paşinyanın cəza tədbirləri işə düşüb

Tənqidlərin ardı-arası kəsilmədiyi və yeni-yeni simaların axına qoşulduğundan Paşinyanın cəza maşını işə düşüb. Məlum olub ki, martın 27-də Milli Təhsil və İnnovasiyanın İnkişafı Mərkəzinin şöbələrindən biri bağlanacaq. Şöbə müdiri vəzifəsini icra edən tarix elmləri üzrə fəlsəfə doktoru Arman Maloyan və doqquz əməkdaşı işsiz qalacaq. Məsələ burasındadır ki, dərsliklə bağlı kəskin tənqid səsləndirənlərdən biri də məhz Arman Maloyan olub. Bir faktı da nəzərə almaq lazımdır ki, şöbə əməkdaşlarından biri zəmanətli dərsliklər siyahısından çıxarılan “Ermənistan tarixi” adlı digər dərsliyin həmmüəllifidir.

Təhsil nazirinin istefası tələb olunur 

Bununla belə, etirazlar səngimir və “Təhrif olunmuş dərsliyi alaq otlarından təmizləyin” adlı Təşəbbüs Qrupu Təhsil Nazirliyinin qarşısında Janna Andreasyanın istefası tələbi ilə etiraz aksiyası keçirib. Bu təşəbbüsə Ermənistan Xalq Hərəkatının koordinatoru Vazgen Petrosyan, deputat Larisa Alaverdyan, “Zartnok” qəzetinin redaktoru Sevak Akopyan kimi simalar da qoşulub. Təşkilatçılar elan ediblər ki, nazir istefa verənə qədər davamlı etiraz aksiyaları keçiriləcək.

Yuxarıda sadalananlardan məlum olur ki, Paşinyan - kilsə qarşıdurması yeni mərhələyə qədəm qoyur. Tərəflər bir-birini müxtəlif məsələlərdə ittiham etməklə yanaşı, əllərində olan rıçaqlardan tam istifadə etməkdən çəkinmirlər. N.Paşinyan cəza maşınını işə salır, kilsə isə nüfuzundan istifadə edərək, müxtəlif şəxsləri, qurumları dövlətə qarşı qaldırır. Hazırda erməni dövlətində din-dövlət qarşıdurması kifayət qədər dərinləşib

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03