Yeni Azərbaycan Partiyası əməkdaşlığa açıq partiyadır
Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi bundan sonra da ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Digər tərəfdən, yeni Nizamnamənin təsdiq olunması fəaliyyətin müasir dövrün tələblərinə və çağırışlarına uyğun qurulmasına şərait yaradıb. Yeni Nizamnaməyə əsasən VII qurultaydan ötən zaman müddətində təşkilatlanma işləri aparılıb, kadr və struktur dəyişiklikləri ilə əlaqədar vacib qərarlar qəbul olunub.
Yeni Azərbaycan Partiyasının VII qurultayı, eyni zamanda, YAP-ın siyasi dialoq prosesində, milli birliyin gücləndirilməsində fəal rolunun artmasını şərtləndirib. Qurultayda 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi isə siyasi sistemin inkişafı baxımından önəmlidir. Digər tərəfdən, bu, siyasi dialoq prosesinə mühüm töhfələr verən YAP-ın müsbət imicini, ictimai-siyasi prestijini göstərir. Ümumiyyətlə, YAP əməkdaşlığa açıq və siyasi dialoq ilə bağlı prosesləri stimullaşdıran partiyadır.
Zamir Hüseynov
YAP Göygöl rayon təşkilatının sədr müavini