Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Rusiya qəzəbli şəkildə Ermənistan hücum edəcək: Kremldən son qərar – Kritik gəlişmə

2024-03-01 12:10:41 121 baxış
Xəbər şəkil

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, Berlində Azərbaycan-Ermənistan xarici işlər nazirləri arasında müzakirələrin ikinci raundu keçirilir. Sizin gözləntiləriniz nədən ibarətdir. Son Münxen razılaşmasından sonra prosesdə nə kimi irəliləyişlər ola bilər?

- Münxen Təhlükəsizlik Konfransında Almaniya kansleri Olaf Şolzun vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş kifayət qədər diqqəti cəlb edən müzakirələrlə yadda qaldı. Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında bu müstəvidə baş tutan ikitərəfli görüşdə də vacib razılaşmalar əldə edilib. Həmin razılaşmaya əsasən qısa zaman kəsiyində hər iki ölkənin xarici işlər nazirlərinin görüşü keçirilsin. Bu mənada dünəndən Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında müzakirələr aparılır. Təbii ki, bu görüşdən də ciddi nəticələrin əldə ediləcəyi ehtimalı azdır. Bundan öncə də müxtəlif platformalarda bu cür görüşlər keçirilib. Lakin hələlik bu görüşlərin müsbət nəticəsi haqqında danışmaq mümkün olmur.

- Sizcə, danışıqların ancaq imitasiya xatirinə aparılmasında rəsmi İrəvanın məqsədi nədir? Bu proses nə vaxta qədər davam edəcək?

- Ermənistan revanşist mövqeyindən əl çəkmir. Özünü sülh tərəfdarı kimi təqdim edən rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı mövcud qanunvericiliyi, konstitusiya və digər hüquqi sənədlərin dəyişdirilməsini təmin etmir. Erməni tərəfi bu istiqamətdə müzakirələr aparsa da proses sözdən başqa bir müstəviyə keçməyib.

- 8 kəndin azad edilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı tərəflər arasında müzakirələrin hansı mərhələdə aparıldığı ehtimalı var?

- Ermənistan faktiki olaraq Azərbaycanın hələ də işğalda saxladığı 8 kəndini azad etmək istəmir. Zəngəzur dəhlizi ətrafında isə erməni tərəfi müxtəlif manipuliyasiyalarla məşğuldur. Bütün bunlar onu göstərir ki, Ermənistan sülhə hazır deyil. Rəsmi İrəvanı bu məsələdə arxayın salan tərəflər var. Qərb, xüsusən də Fransa və ABŞ Ermənistana böyük vədlər verir. Onlar anbarlarında yığılıb qalmış köhnə silahlarla Ermənistanı şirnikləndirməyə çalışır. Bununla həmçinin erməni cəmiyyətini ələ almağa cəhd edir. Beləliklə, erməni tərəfi ümidlənir və hansısa bir situasiyanın yaranacağına inanır. Belə olan halda rəsmi İrəvan sona kimi sülh müstəvisində səmimi olmayacağı da realdır.

- İrəvanın prosesi uzatması fonunda Bakının ata biləcəyi konkret addımlar nədən ibarət olacaq?

- Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin edib. Rəsmi Bakı hələ də Ermənistanın işğalında qalan 8 kəndlə bağlı məsələni həll etmək iqtidarındadır. Əgər Ermənistan ona təklif edilən variantda bu kəndləri boşaltmasa Azərbaycan Silahlı Qüvvələri son sözünü deyəcək. Buna qətiyyən şübhə yoxdur.

- İndiki halda Paşinyanın anti-Rusiya ritorikasına rəsmi Moskvanın susqunluğu nə ilə bağlıdır? Kremlin İrəvanın ərköyünlüyünə təmkinlə yanaşmasına səbəb nədir?

- Bu gün Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bütün əlaqələrini kəsib. Eyni zamanda Paşinyan ən müxtəlif platformalarda Rusiyaya qarşı kəskin mövqe sərgiləyir. O KTMT-nin guya “Ermənistanın təhlükəsizliyini təmin etmədi” kimi iddialar səsləndirir. Bunun fonunda Paşinyan daha çox Qərbin köməyinə istinad edir. Amma hadisələrin bu məcrada inkişafı Rusiya ilə Ermənistan arasında çox ciddi qarşıdurmanın olması ehtimalını gücləndirir. Rusiyanın Ukrayna cəbhəsindəki irəliləyişi fonunda Ermənistan bir qədər cəzasızlıq mühitində qalıb. Kreml Ukrayna cəbhəsində addımlarını yekunlaşdırmayana qədər Ermənistana qarşı ciddi addımlar atmayacağı proqnozlaşdırılır. Əslində burada Qərbin özü də maraqlıdır. Çünki kollektiv Qərb Ermənistan vasitəsi ilə Rusiyanı ikinci cəbhəyə çəkməyə çalışır. Hələlik isə Moskva buna getmək niyyətində deyil. Ukrayna istiqamətində prosesləri bitirdikdən sonra Kremlin qəzəbli şəkildə Ermənistana istiqamət alması, onu cəzalandırması qaçılmaz olacaq. Unutmaq olmaz ki, indiki Ermənistan keçmiş Rusiya imperiyasının geopolitik layihəsidir. Bu süni dövləti yaradan Rusiyadır. Beləliklə də Moskva onu asanlıqla Qərbin, Fransanın ağuşuna atmayacaq

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03