Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir

2024-02-29 17:00:47 193 baxış
Xəbər şəkil

Prezident İlham Əliyev, Azərbaycan xalqı uzun illər Xocalıya ədalət istəyib və bu istiqamətdə beynəlxalq təşkilatlar qarşısında ciddi məsələlər qaldırılıb. Bununla bağlı 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyası həyata keçirilir. Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda xaricdə yaşayan azərbaycanlılar, ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərib. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış "Xocalıya ədalət!" kampaniyası dünyanın müxtəlif yerlərində aparılmışdır, bir çox tədbir, təqdimat həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Yəni biz bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün çox səy göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. 
"Xocalıya ədalət!" tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. 26 fevral Xocalı soyqırımı günündə Prezident İlham Əliyevin Xocalıdan dünyaya bəyan etdiyi kimi, Azərbaycan xalqı olaraq ürəyimizdə alışan intiqam alovunun üzərinə su çiləndiyi, narahat ruhlarımızın dinclik tapdığı müqəddəs anlar yaşayırıq. Onilliklərdir qəlbimizdə dağa, dilimizdə ağıya, gözümüzdə yaşa çevrilən Xocalının azadlığının, qaniçən erməni quldurları tərəfindən qətl edilən xocalılıların qisaslarının alınmasının təsvirəgəlməz duyğuları içərisindəyik.
Bu il fevralın 26-da ilk dəfə Xocalı soyqırımı gününü Xocalıda qeyd etməyimiz, doğma evlərindən didərgin düşən xocalılıların 32 ildən sonra öz yurdlarına nisgilqarışıq sevinc göz yaşları içərisində qayıdışlarına şahidliyimiz isə milli qürurumuz oldu. 2024-cü il fevralın 26-da Qalib Lider İlham Əliyev tərəfindən Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün Xocalıda Memorial Kompleksin təməlinin qoyulması isə şəhidlərimizin ruhuna böyük ehtiramın daha bir təcəssümü oldu.   
Bu gün Müzəffər Ali Baş Komandanımız daxil olmaqla bütün Azərbaycan xalqı - böyükdən kiçiyə hər kəs Xocalının qisasının alınmasının qürurunu yaşayır. İlk dəfədir ki, soyqırımı qurbanlarının xatirəsi onların öz doğma yurdlarında anıldı. Prezidentimizin vurğuladığı kimi, "o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq". Əlbəttə, Azərbaycan xalqı Xocalı soyqırımını heç zaman unutmayacaq. Ona görə yox ki, biz də gələcək nəsilləri haylarsayağı nifrət və qisasçılıq zəminində  yetişdirməliyik. Əlbəttə ki, yox. Biz böyük xalqıq, Xocalı soyqırımını törədənlərin dinc, əliyalın adamlara qarşı etdikləri vəhşiliyə, qəddarlığa,  milli ləyaqətsizliyə heç vaxt yol verə bilmərik. Amma bizə qarşı bir daha belə bir vəhşiliyin törədilməsinə də qətiyyən yol verməyəcəyik. Xocalı soyqırımı və Birinci Qarabağ savaşı zamanı baş verən digər qətliamlar da məhz buna görə heç zaman unudulmamalıdır. Fikrimcə, Prezidentin görüşdə xocalılılara və onların timsalında xalqımızın bütün nümayəndələrinə çatdırmaq istədiyi əsas ismarıc bu idi.
Bu gün Azərbaycan işğaldan azad etdiyi torpaqlarında nəhəng tikinti-quruculuq işləri aparır, didərgin salınan insanlarını yurdlarına qovuşdurur. Bu yaxınlarda Xocalı sakinləri də Xocalıya dönüb burada yeni həyata başlayacaqlar. İlahi ədalətin təzahürü olan bütün bu işləri gözləri ilə görmələri isə xalqımıza qarşı cinayət əməlləri törədən erməni faşistlərinə, uşaq qatillərinə, separatçılara dünyadakı ən dəhşətli cəzadır. Bir sözlə, Azərbaycan haqq-ədaləti öz gücünə təmin edib və ölkəmizin qazandığı parlaq zəfərlərin nuru onilliklərdir erməni separatizminin qaranlığa bürüdüyü bölgəni də işıqlığa çıxarıb. Prezident İlham Əliyevin yürütdüyü müdrik və qətiyyətli siyasət sayəsində, nəhayət, Cənubi Qafqazda sülhə və inkişafa da tarixi şərait yaranıb.  

Vüqar Ağayev
YAP Salyan rayon təşkilatının məsləhətçisi

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03