Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

“Xocalıya ədalət!” ümumdünya sülh çağırışıdır

2024-02-25 22:10:17 142 baxış
Xəbər şəkil

Hər bir xalqın tarixində sevincli və faciəli günlər vardır. Azərbaycan xalqının təqvimində də faciəli günlər başqa xalqların acıları ilə müqayisədə az deyil. Əlbəttə, milli təqvimimizdə qara rənglə boyanan həmin günlərdə baş verənlər xalqımızın azadlıq, milli dövlətini qurmaq və qorumaq yolundakı yorulmaz mübarizələrini əks etdirir. Bununla bərabər, acınacaqlı haldır ki, aşağıda sadalayacağımız cinayətlərin hamısı dinc əhaliyə, günahsız insanlara, əsasən də qoca, qadın və uşaqlara qarşı törədilmişdir. Təəssüflə qeyd etməliyik ki, erməni təcavüzkarlığı ilə birbaşa bağlı olan bu faciəli günlər XX əsrdə, müasir dünyanın gözləri önündə baş vermişdir. 1905–1907-ci ilin qanlı olaylarını, 1918-ci ilin mart hadisələrini, 1920-ci ilin aprel işğalını, 1937-ci ilin repressiyalarını, 1948–1953 və 1988-1989-cu illərin deportasiyaları və nəhayət, 1990-cı ilin 20 Yanvar faciəsinin acı və ağrılarını heç zaman xalqımızın qan yaddaşından silinməyəcək. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdiyi Xocalı soyqırımı isə unudulması mümkün olmayan bəşəri cinayətdir.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə 1994-cü ildə Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət verilmişdir. Ulu Öndər böyük qətiyyətlə Xocalı soyqırımının erməni faşizminin iç üzünü açıb ifşa edən bəşəri cinayət olduğunu bütün dünyaya bəyan etmişdir.
Qeyd etməliyik ki, XX əsr boyunca Azərbaycan xalqına qarşı törədilən soyqırımı, repressiya və deportasiya cinayətlərinin ağır nəticələrinin unutdurulması üçün keçmiş SSRİ dövründə sistemli və məqsədyönlü iş aparılmışdır. Lakin 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Aradan 80 il keçəndən sonra tarixi acıların üstünə işıq salan bu tarixi sənəd sonrakı illərdə erməni faşizminin ifşa edilməsi istiqamətində yol xəritəsinə çevrildi.
Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli və “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” 2022-ci il 28 yanvar tarixli sərəncamları Azərbaycan xalqına qarşı törədilən təxminən yüz illik ağır soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması üçün hüquqi bazanı daha da möhkəmləndirmişdir. 
Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə təsis edilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində ötən dövrdə Xocalı soyqırımının dünya miqyasında tanıtdırılması və soyqırımı aktı olaraq qəbul etdirilməsi istiqamətində böyük işlər görülüb.
Bu il artıq Azərbaycan xalqı Xocalı soyqırımını, həlak olan insanlarımızın əziz xatirəsini yeni bir dövrdə yad edir. Bir tərəfdən təskinliklə qəhrəman övladlarımızın şücaətindən bəhs edərək şəhidlərimizin ruhunu şad edir, onların adlarının əbədiləşdirilməsini həyata keçiririk, digər bir tərəfdən isə ölkəmizin hərtərəfli inkişafına xidmət edəcək yeni strategiyanı müəyyən etməkdəyik.
Ulu Öndərin yaratdığı müasir Azərbaycanın qorunması məhz yeni nəslimizə miras qoyulub və hər bir Azərbaycan vətəndaşı müstəqilliyin, Azərbaycan tarixinin zəngin inkişafının təməl prinsiplərinin qorunmasında bundan sonra daha ardıcıl fəaliyyət göstərməlidir.
“Qürurverici haldır ki, öz doğma yurdundan, dədə-baba torpaqlarından didərgin düşmüş xocalılılar 32 ildən sonra evlərinə qayıdırlar. Xocalı şəhərində qurulacaq yeni abidələrlə, salınacaq yeni parklarla, həyat üçün zəruri olan yaradılacaq infrastrukturla Xocalı faciəsində dünyasını dəyişmiş insanlara hamılıqla öz ehtiramımızı bildirəcəyik.
Bu gün qalib xalqın yeganə istəyi, Xocalı qətliamının tanınması və Xocalı cinayətinin qatillərinin beynəlxalq arenada öz cəzalarını alması, yalnız o qanlı gecədə qurban olan insanların hüquqlarının yerinə yetirilməsi deyil, həmçinin gələcəkdə insanlığa qarşı baş verə biləcək soyqırımlarının və qırğınların qarşısının alınmasıdır.

Şamxal Əhmədov,
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03