Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Türkiyə-Azərbaycan Universiteti region və dünya üçün nümunə olacaq

2024-02-21 18:15:57 222 baxış
Xəbər şəkil

Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, elm, təhsil sahəsində də əməkdaşlıq yüksək səviyyədə qurulub. Ali təhsil, peşə təhsili, orta təhsil istiqamətindəki münasibətlər hər iki ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlib. İllərdir ki, Azərbaycanın və Türkiyənin bir sıra ali təhsil müəssisələri arasında kadrların peşəkarlığına, ali təhsil müəssisələrində çalışan pedaqoji heyətin peşə inkişafına hədəflənən müxtəlif tədbirlər, mübadilə proqramları həyata keçirilir. Həmçinin Türkiyənin və Azərbaycanın ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri arasındakı əməkdaşlıq əlaqələri genişlənir.
Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına hazırlıq işlərinin görülməsi iki dost, iki qardaş ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın növbəti təzahürüdür. Qeyd edək ki, ötən il Prezident İlham Əliyev Türkiyənin ovaxtkı milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünü qəbul edərkən birgə universitetin yaradılması məsələsi də müzakirə olunmuşdu. Dövlətimizin başçısı həmin görüşdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını qeyd etmişdi. Keçən ilin oktyabrında isə Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan - Türkiyə Universitetinin yaradılması üzrə danışıqların davam etdirilməsi məqsədilə ölkəmizə səfər etmişdi. 
Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşündə digər mühüm məsələlərlə yanaşı, bu ali təhsil müəssisəsinin yaradılmasının əhəmiyyəti barədə də danışılmış və həmin gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması istiqamətində mühüm addım atılmışdır. Belə ki, Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimində "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu" imzalanmışdır ki, bu da təhsil ictimaiyyəti üçün çox əlamətdar hadisədir.  
Ümumiyyətlə, təhsil əlaqələrində dost ölkə ilə əməkdaşlıq 90-ci illərin sonu, 2000-ci illərin əvvəllərindən başlayır. Türkiyə ilə olan bu tarixin xüsusi səhifələrindən biri də 2000-ci il dekabrın 1-də Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında imzalanmış təhsil və elm sahəsində əməkdaşlıq Sazişidir. Məhz həmin Sazişə əsasən formalaşmış Birgə Komissiyanın fəaliyyəti nəticəsində Azərbaycan ali məktəblərinin müvafiq ixtisaslarının tanınması sahəsində irəliləyişə nail olunmuşdur. Azərbaycan-Türkiyə təhsil əlaqələri 2000-ci ildən sonra da yüksələn xətt üzrə inkişaf etmişdir. Çox sayda qarşılıqlı səfərlər təşkil olunmuş, keçirilən görüşlər zamanı əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli kadrların hazırlanması üçün peşə təhsilinin əhəmiyyəti diqqətə alınaraq, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın müəyyənləşdirdiyi hədəflər çərçivəsində peşə təhsili sahəsində təcrübənin öyrənilməsi ilə bağlı bir sıra əməli işlər görülmüşdür. Türkiyə Respublikasında hazırda 26000-dən artıq Azərbaycan vətəndaşı ali təhsilin müxtəlif pillələri (bakalavr, magistratura, doktorantura, rezidentura və s.) üzrə təhsil alırlar. Bu, digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələrdən 5-6 dəfə çoxdur. Qarşılıqlı olaraq ölkəmizdə təhsil alan türkiyəli tələbələrin də sayı kifayət qədərdir.
Səfər çərçivəsində Ankarada keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış etdilər. Bəyanat zamanı Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. İki ölkənin birgə həyata keçirdiyi önəmli layihələrdən danışan dövlətimizin başçısı həmin gün təhsil sahəsində imzalanmış memorandumun əhəmiyyətini də vurğuladı: "Bu gün təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir".
Bir sözlə, Türkiyə-Azərbaycan Universitetinin yaradılması gələcəyə yönəlmiş önəmli və strateji dəyəri yüksək olan bir anlaşmadır. Bu memorandum təkcə iki qardaş ölkə arasında birlik və əməkdaşlığın simvolu deyil, həm də təhsil baxımından dəyərli bir addımdır. Xaricdə təhsil almaq istəyən vətəndaşlarımızın ən çox üstünlük verdiyi ölkənin Türkiyə olduğu faktını nəzərə alanda, yeni qurulacaq universitet abituriyentlərimiz üçün Türkiyədə təhsilə bir alternativ ola biləcək. Düşünürəm ki, yaradılan ortaq universitet dünya təhsil məkanında ən yaxşı ali təhsil müəssisələrindən biri olacaq. 

Əli Nəcəfov,
Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbin müəllimi, YAP fəalı 

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03