Xoşbəxt sırtıqlar
Ruslarda tərcüməsi “sırtıqlıq ikinci xoşbəxtlikdir” anlamını verən bir ata sözü, məsəl var. Açığı, mən həmişə fikirləşirdim bu sözün başqa yerlərdə alternativləri, variantları yoxdur. Örnək üçün, bizim dildə “həyasızın üzünə tüpürdülər, dedi yaz yağışıdır” məsəli var, lakin bu, həmin mənanı vermir. Dünən internetdə axtaranda isə hollandlarda “abırsız adam dünyanın yarısını tutar” məsəlinin olmasını gördüm. Demək sırtıqlığın xoşbəxtliyin variantı kimi tanınması tək şimal qonşumuza aid xarakterik cəhət deyilmiş. Ürəyim yerinə gəldi. Qəlbimdə kök salan faşist düşüncələri qovaladım.
Ancaq sırtıqlar tərəfdən əsən küləklər məndədə bu qənaətin daim kök atmasına səbəb olur. Elə götürək son hadisələri - öz doğmanı şərləyib verəsən mediasiyaya pul kəsdirəsən, daim şantajla pul tələb edəsən, üç cümləni səhfsiz yaza bilməyib "alimlikdən dən vurasan", öz övladını atıb alfons dalıyca düşəsən, oğurluq üstə işlədiyin yerdən qovulasan hələ bu əməllərinlə kimdəsə günah axtarmağa çalışasan.
Heyrətamiz həyasızlığa şahid olmaqdayıq, bəlkə dünya tarixində belə səviyyəsizlik görünməyib.Sırtıqlıq miqyas tanımır.
Üzeyir bəyin ünlü operasında təxminən bu insanların davranışı təsvir olunub: “Ey kimsən orda, aç qapını, aç qapını, gələk ordan oğurluq edək!”
Aylardır can qoyub dələduzluqlarini təmizləyib əziyyət çəkən insanlar əlini-qolunu qaldırıb kirimiş durmalıdır, bunlar da gəlib parçalamalıdır, dağıtmalı, atmalıdır. Hansı qanacaq və qabiliyyətinizə görə işə dönmək düşünürsüz? Buna cavab verən yoxdur.
Ən tərbiyəli hərəkətin qadın ola-ola qəlyan çəkmək olsun, nə bilim ərli-ərli səfirdən it hədiyyə almaq olsun, ən ünlü adamların cəmiyyətdən uzaqlaşdırılmış üzdəniraqlar olsun, "ərin" erməni əsilli olsun, özün çalışdırdığım mağazanın bir il icarəsini verməyəsən indidə icradan qaçasan, nəzir yığana pul atasan polisle geri alına, lakin öz gözündə tirləri görmə ona-buna həcv qoş...
Sənə tövsiyyə: Bəşəriyyətə ən böyük “töhfən” araqla şəkillərin olsun, onlar da oğurluqların açılmamış...
Qarı daxmanın önündə, köhnə, yırtıq təknənin qabağında oturub. Lakin fors yenə dünyanı cırır. Kirimək söhbəti yoxdur. Hamımız bunlara borcluyuq gətirməliyik əziyyətimizin bəhrəsini abırsızlara, alfons bəsləyənlərə yedirtməliyik!!!
PS: Sırtıqlıq nəinki ikinci, hətta üçüncü, dördüncü, beşinci... xoşbəxtlik imiş.Sahibsiz qalıb tutuşunca ətəklər, sahibinə hürüyər bütün şəxsiyyətsiz köpəklər...
Aygül Bağırova.