YAP Göygöl rayon təşkilatı üzrə Balçılı kənd Ərazi partiya təşkilatında görüş keçirilmişdir.
Bu gün Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə Balçılı kənd Ərazi partiya təşkilatında keçirilən yığıncaqda YAP rayon təşkilatının sədri Vüqar İsayev, kollektivin rəhbər heyəti və partiya fəalları iştirak ediblər.
Tədbir zamanı ilk öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev iştirakçıları salamladıqdan sonra giriş nitqi ilə çıxış edərək, 7 fevral 2024-cü ildə keçirilmiş Prezident seçkilərinin uğurlu nəticələri barədə geniş məlumat verərək Partiyanın fəaliyyəti dövründə əldə etdiyi qələbələrdən, dünya çapında özünəməxsus yerə malik olmasından və gələcək inkişaf perspektivlərindən danışmışdır. Ərazi partiya təşkilatının fəaliyyəti müzakirə olunmuş, Partiya fəallarından Alimə Məmmədova və Nuranə Abbasova çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.
Sonra təşkilatı məsələyə baxılaraq, Əliyev Elçin Hüseyn oğlu Ərazi partiya təşkilatının sədri, Quliyev Coşqun Zabil oğlu sədr müavini seçilmişlər.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yeni seçilən şəxsləri təbrik edib, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, fəaliyyətlərində uğurlar arzulayıb. Ərazi Partiya təşkilatına seçilmiş sədr və sədr müavini onlara göstərilən yüksək etimada görə minnətdarlıqlarını bildirərək, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.




