Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Yeni dövrün böyük nailiyyətləri olacaq

2024-02-16 23:55:10 148 baxış
Xəbər şəkil

“Təbii ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.” Bu fikirləri dövlət başçısı İlham Əliyev 14 fevral tarixində Milli Məclisdə keçirilən andiçmə mərasimində bildirdi.

7 fevral prezident seçkilərindən sonra Azərbaycan yeni dövrə qədəm qoydu. Artıq bu seçkilər müasir tariximizə Zəfər seçkiləri kimi yazıldı. Bütün ölkə ərazisini əhatə edən seçkilərə xalqımızın qalib, yenilməz, məğrur xalq olaraq qatılması hər birimizi qürurlandırdı. 30 ildən sonra soydaşlarımız öz doğma yurd-yuvalarında prezident seçkilərində iştirak etdilər. Bu seçkilərin digər qürurverici məqamı dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndi şəhərində səs vermələri oldu. Prezident İlham Əliyev andiçmə mərasimində bu mühüm addımı belə səciyyələndirdi ki,  7 fevral prezident seçkiləri müstəqillik dövründə ilk dəfə olaraq  ölkəmizin bütün ərazilərində keçirildi. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Həmçinin  Xankəndidə erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü.  Otuz il  tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan şəhəri qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər. Xankəndidə verilən səs, qutuya atılan bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.

Cənab İlham Əliyev bu məqamı da böyük qürur hissi ilə qeyd etdi ki,  yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi.  Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. 

Keçilən yolun təhlili bir daha təsdiqləyir ki, Azərbaycan nəinki 30 illik işğal, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövründə də müstəqil siyasəti ilə dünyanın diqqətində oldu. Müharibənin dayandırılması ilə bağlı ölkəmizə nə qədər təzyiqlər göstərildi. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev  mövqeyindən bir addım da belə geri çəkilmədi, müharibəni hansı şərt daxilində dayandırılacağını bildirdi.  44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması bütün məqamlara aydınlıq gətirir. Belə ki, bu sənədə uyğun olaraq Kəlbəcər, Ağdam, Laçın müharibəsiz geri qaytarıldı.

Prezident İlham Əliyev çıxışlarında bu məqama da diqqət yönəldir ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda,  Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda  hamımız  işimizin  yarımçıq qaldığını yaxşı bilirdik. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

Tarixi Zəfərimizdən ötən üç ildə Azərbaycan bu hədəfə sülh yolu ilə nail olmaq üçün səylər göstərdi. Ermənistan yenə də üzərinə düşən öhdəlikləri yerinə yetirməmək üçün müxtəlif yollara əl atdı, hərbi təxribatlar törətməklə vəziyyətin gərginləşməsində maraqlı olduğunu açıq-aydın nümayiş etdirdi. Cənab İlham Əliyev andiçmə mərasimində bir daha diqqəti  bir günlük lokal antiterror tədbirlərini qaçılmaz edən məqamlara yönəltdi. “Ermənistan mövqeyində təzadlı məqamlar artıq bir qayda kimi müşahidə olunur. Əgər Ermənistan tərəfindən bir həftə təzadlı, bir-birini inkar edən hər hansı açıqlama verilməsə, biz artıq şübhə etməyə başlayırıq ki, görəsən, nələr baş verir” söyləyən Prezident İlham Əliyev onu da vurğuladı ki, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan və 2022-ci ilin oktyabr ayında bunu bəyan edən dövlət, digər tərəfdən bizə qarşı ərazi iddialarından əl çəkmirdi. Bunu, həm onların açıqlamaları, həm  qanunları, həm də  separatçı qüvvələrə Ermənistan rəhbərliyi tərəfindən göndərilən təbrik məktubları göstərirdi. Bunu görmək istəməyənlər, bu gün Ermənistanın arxasında durmağa çalışanlar bilməlidirlər ki, heç nəyi gizlədə bilməyəcəklər. Ərazi bütövlüyümüz tam bərpa olunmalı idi və biz İkinci Qarabağ müharibəsindən sonra bu məqsədə doğru məqsədyönlü şəkildə addımlayırdıq. Hər bir addımımızın məntiqi mənası var idi.  Hər bir addım əvvəlki addımın məntiqi davamı idi.

Rəşadətli Ordumuz ötən ilin 19 sentyabr tarixində bir günlük lokal antiterror tədbirlərini həyata keçirməklə suverenliyimizi tam təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı, dövlətimizin başçısının iştirakı ilə Xankəndi şəhərində hərbi parad keçirildi. Bunlar  Azərbaycan tarixinin möhtəşəm uğur səhifələridir. Bu il Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa işləri həyata keçirilir. Ermənilərin 30 il dağıtdığı ərazilər son üç ildə cənnətə çevrilir. Müasir tələblər səviyyəsində qurulan, bərpa edilən torpaqlarımızda həyat canlanır. Bərpa-quruculuq işləri soydaşlarımızın  dogma yurd-yuvalarına qayıdışları ilə müşaiyət olunur. Ötən il Füzuli və Laçın şəhərləri, Talış və Zabux kəndləri  sakinlərinə qovuşdu. Cari ildə qayıdış prosesi daha da sürətlənəcək. Bərpa-quruculuq işlərinin ölçüyəgəlməzliyi Azərbaycanın iqtisadi imkanlarının göstəricisidir. Son 20 ildə Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə diqqətdə oldu. Bu illər ərzində ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Təkcə bu statistik rəqəm Azərbaycanda  həyata keçirilən siyasətin bu gününə və gələcəyinə inamın  təsdiqidir. Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Günümüzün  əsas çağırışı  bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Qeyd edək ki, Azərbaycan bu ilin dekabrında COP29-a ev sahibliyi edəcək. Bu mötəbər tədbir  bir daha onu gösərir ki,  yaşıl enerji keçidi prioritet məsələmizdir.

Göründüyü kimi, Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaqla yeni-yeni hədəflərə doğru inamla addımlayır. 

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03