Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Məhşurlar vaksinlə bağlı:"XALQA ÇAĞIRIŞ ETDİLƏR.

2021-02-12 12:07:03 208 baxış
Xəbər şəkil

Məşhurlar vaksinlə bağlı XALQA ÇAĞIRIŞ ETDİLƏR

 

Məşhurlar vaksinlə bağlı XALQA ÇAĞIRIŞ ETDİLƏR​

Artıq bütün dünyada koronavirus pandemiyasının qarşısını almaq üçün kütləvi vaksinasiyaya start verilib. Azərbaycanda bu proses yanvarın 18-də başlayıb. Xüsusi risk qrupunda olan yaşı 65-dən yuxarı şəxslər üçün vaksinasiya prosesi isə fevralın 1-dən start götürüb.

Azərbaycan dövləti vətəndaşlarının həyat və sağlamlıqlarını düşünərək Çin istehsalı olan SİNOVAC vaksinlərini ölkəyə gətirib. Bir çox dünya alimləri, ekspertlər Çin istehsalı olan bu vaksinlərin keyfiyyətini yüksək qiymətləndirirlər.

Azərbaycan cəmiyyətində kifayət qədər tanınmış ziyalılar da zaman-zaman vaksin vurduraraq insanlara örənk olmağa çalışırlar. Xüsusi yaş qrupunda olan vətəndaşlarımızı da vaksinasiyadan qorxmamağa, peyvənd qəbul etmək üçün könüllü olmağa səsləyirlər. Təbii ki, pandemiyadan qurtulmağın yeganə yolu vaksinasiyadır, odur ki, hər kəs bu prosesdə iştirak etməlidir.

Xalq artisti Fərhad Bədəlbəyli də Publika.az vasitəsi ilə insanlara müraciət edib:

“Mən özüm SİNOVAC vaksinini vurdurmuşam. Çox yüngül bir prosedurdur. Adam heç nə hiss eləmir. Sadəcə olaraq vaksin vurulan yeri iki gün sudan qorumaq lazımdır, ora su dəyməməlidir. Vəssalam, çox rahat bir prosedurdur. Yaşı 65-dən yuxarı olan bütün insanlara vaksinasiyadan keçməyi tövsiyə edirəm. Bizdə yaşı 70-75 olan çox məşhur professorlarımız, bəstəkarlarımız var. Tofiq Bakıxanov 90 yaşındadır. Əlbəttə, onlar da vaksinasiyadan keçməlidirlər. Eləcə də yaşı 65-dən yuxarı olan hər kəsi vaksinasiyaya dəvət edirəm. Rektor kimi mən yaşı 65-dən yuxarı olan məsləkdaşlarıma vaksinasiya ilə bağlı təzyiq göstərmirəm, tövsiyə edirəm... Özüm vaksinasiyadan keçmək üçün poliklinikaya getdim və onlara da dedim ki, baxın, mən gedib vaksin vurdurdum. İlk addımı özüm atdım və hər kəsə də bununla bağlı tövsiyə edirəm. Heç kim vaksin vurdurmaqdan qorxmasın, heç bir problemi yoxdur”.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı xüsusi yaş qrupunda olan insanları vaksinasiya prosesində insanları könüllü olmağa səsləyib:

“Hesab edirəm ki, yaşı 65-dən yuxarı hər kəs vaksin vurdurmalıdır. Bu, bütün dünyada gedən bir prosesdir. Bu xəstəliyin, koronavirusun nə qədər insanın həyatına son qoyduğunu görürük, bilirik, izləmişik. Tanışlarımızdan, çevrəmizdəki adamlardan dünyasını dəyişənlər olub. Məncə, aşılanmadan, peyvənddən dünyasını dəyişən haqqında heç bir məlumat yoxdur. Amma xəstəlik nə qədər insanın həyatına son qoyub. Ona görə də vaksinasiya olunmaq lazımdır. Bu işlə məşğul olan mütəxəssislər, alimlər var. Onların da fikri budur ki, insanlar peyvənd olunmalıdır. Ona görə də istərdim ki, hər kəs vaksinasiyadan keçsin. Fakt odur ki, bu xəstəlik var, insanların həyatını yarıda qırır”.

 

 

Xalq şairinin fikrincə, ona görə də bu virusa qarşı mübarizə aparmaq lazımdır:

“Bu gün mübarizənin ən vacib yolu ölkəmizə gətirilən SİNOVAC vaksinlərinə biganə yanaşmamaqdır. Ən əsası psixoloji sarsıntıdan, şübhədən azad olursan. Bunun özü elə müalicədir. Vaksinin tibbi tərəfi ilə yanaşı, psixoloji tərəfi də var. Arxayın olursan ki, artıq vaksin vurdurmusan. Yəni bu xəstəlik mənə yaxın düşə bilməz. Sarsıntılardan, qorxulardan qurtulmaq üçün ən azından peyvndi vurdurmaq lazımdır”.

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı da könüllü şəkildə vaksinasiyadan keçənlər arasındadır:

“Mən dünyanı bürüyən fəlakətin başlandığı ilk gündən çağırışlara, məsləhətlərə və tövsiyələrə çox böyük məsuliyyətlə yanaşdım. Deyilənləri elədim. Tibbi maska, sosial məsafə və gigyenik qaydalara ciddi şəkildə əməl etdim. Şükürlər olsun, bu virusa yoluxmadım. Bütün dünyada olduğu kimi artıq Azərbaycanda da pandemiyaya qarşı peyvəndləmə başlayıb. Mən də fevralın 8-də daxil olduğum riskli yaş qrupun nümayəndəsi kimi könüllü olaraq peyvənd olunmağım üçün müraciət etdim. Elə həmin gün peyvəndi qəbul etdim, sonra həkimlərin tövsiyyəsi ilə yarım saat gözlədim. Bu yarım saatın ərzində məndə hər hansı əks təsir görünmədi. Ondan keçən zaman kəsiyində - bu günə qədər məndə peyvəndin hər hansı əks təsiri olmadı. Baş ağrısı, qızdırma, susuzluq yoxdur, iştahım da öz yerindədir. Hər şey qaydasındadır. Bir daha bildirirəm ki, SİNOVAC vaksinlərinin heç bir mənfi təsiri yoxdur. Mart ayının 6-da mən böyük məmnuniyyətlə ikinci vaksini vurduracağam”.

Deputat deyib ki, beləliklə, Ümumdünya Səhiyyə Təşkilatının, həkimlərin tövsiyyələrinə uyğun olaraq bu günə qədər olduğu kimi özünü necə qoruyubsa, bundan sonra da vaksinlə özünü qorumuş olacaq:

“Ona görə də hər kəsə səslənirəm ki, vaksinlərlə bağlı sosial şəbəkələrdə ayrı-ayrı şəxslər tərəfindən yayılan şaiyələrə, əsası olmayan fikirlərə inanmasınlar. Könüllü şəkildə bu vaksindən istifadə etsinlər. Özlərini xəstələnməkdən sığortalasınlar. Sağlam və uzun ömür sürsünlər. Bu pandemiyaya qalib gəlsinlər. Ailələri, övladları və ən əsası xalqı ilə bərabər, həmrəy olsunlar. Ən əsası, sağlam həyat tərzi keçirsinlər”.





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02