Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Niyə bizdə o əjdahadan yoxdur?...

2021-02-11 22:16:04 163 baxış
Xəbər şəkil

 

 

Kubra Məhərrəmova yazır...

Bu yaxınlarda “Haber Global” “Buket Aydın ile Koltuk” layihəsinə başlayacağı barədə video paylaşdı. Baxdım, açığı paxıllıq elədim. 

Soruşdum ki, “niyə bizdə belə qadın yoxdu?” Cavab “qadın var, aparıcı yoxdur”. 

Bu qədər dəqiq cavab. Anladım ki, nə qədər bizim əksər televiziya kanallarımızda ancaq xınayaxdı, toy ab-havası hökm sürəcək, sözünü deyə bilən, qonaqları suallarıyla, danışığıyla mat qoyacaq qadın aparıcılar olmayacaq. 

Yaxşı indi deyəcəksiniz ki, bəs niyə bizdə o əjdahadan yoxdu? Və bunun olması üçün nə etməliyik? 

Birinci növbədə qadın aparıcıların ayağından qaşlı ayaqqabıları və əyinlərindən “fış-fış” donları çıxartmalıyıq. Qadın aparıcı efirə toy müğənnisi, xınayaxdı aparıcısı kimi çıxmalı deyil. 

Verilişin konseptinə uyğun geyinməli, makiyaj olunmalıdır. Danışığı səlis, sualları dəqiq olmalı, söhbəti tələb olunan səmtə yönəldə bilməlidir. Verilişin mövzusuna uyğun hazırlaşmalı, tarixi faktları öyrənməli, qonaqla bağlı maksimal dərəcədə məlumata malik olmalıdır. Necə deyərlər, mövzunun güclü və zəif tərəflərini bilməlidir. 

Veriliş qonağa deyil, qonaq verilişə tabe olmalıdır. Tamaşaçı maraqlı polemikanın şahidi olmalıdır. Tərif məclisinin yox... 

İnsanların get-gedə telekanallara etibar etməməsi, daha çox sosial şəbəkələrə inanması da buradan qaynaqlanır. Bəzi telekanallar var ki, 7/24 toyxana verilişləri təqdim edir. Ya da bəzi müğənnilər sosial-iqtisadi, hərbi-siyasi məsələlər üzrə ekspert kimi çıxış edirlər. 

Bax bunu qəti etmək olmaz. İstənilən mövzu ilə əlaqədar o mövzunu bilən, araşdıran mütəxəssis dəvət olunmalıdır efirə. Bəzən efir redaktorları işlərini asanlaşdırmaq üçün bir qonağı dəfələrlə efirə dəvət edirlər. Bu da tamaşaçıda vərdiş yaradır. Eyni adam bəzən aylarla efirdən düşmür. Kanala da, efirə də maraq itir. 

Son günlərin ən çox müzakirə olunan mövzusu “Space” telekanalına kimin rəhbər təyin olunmasıdır. Sosial şəbəkələrdə ən müxtəlif adamların namizədliyi irəli sürülür. İnanıram ki, yeni təyin olunacaq rəhbər “Space” kanalını əvvəlki günlərinə qaytara biləcək. 

Vaxtiylə “Space” kanalı ölkənin ən aparıcı televiziya kanalı idi. Xəbərləri də, əyləncə kontenti də bütün ölkəni bu kanala bağlamışdı. Çünki peşəkar komanda çalışırdı. Peşəkar redaktorlar, rejissorlar, müxbirlər çalışırdı. Sonra Vaqif Mustafayev nə elədisə, o peşəkar komandadan heç kim qalmadı. 

Mən “Space” kanalının parlaq dövrünü çox yaxşı xatırlayıram. Düşünürəm ki, bu gün bu kanalın yenidən dirçəlməsi üçün şansı var. Sosial mövzuları, insanların problemlərini işıqlandırsa, xeyli tamaşaçı ordusu qazana bilər. Amma burada çox peşəkar komanda çalışmalıdır ki, həqiqəti yalandan, doğru xəbəri təxribatdan ayıra bilsin. Baş verən hadisəyə reaksiya çevik olmalıdır. Bunun üçün isə təcrübəli televiziya işçiləri yeni komandaya cəlb olunmalıdır. 

Vətən müharibəsi dövründə biz Türkiyə kanallarının yaylım atəşi altında necə çevik işlədiyinin şahidi olduq. Fülya heç də təsadüfən Azərbaycan xalqının qəhrəmanına çevirilmədi. Xanım çox peşəkar və səmimi olaraq müharibə dəhşətlərini dünyaya çatdırdı. Əfsuslar olsun ki, bizim yerli kanallardan belə qadın müxbir görmədik. 

Bu gün siyasi mövzuları təhlil edə bilən aparıcılara ehtiyac var. Ən azı siyasi ekspertlərə düzgün sual verməyi bacaran və qonağın cavabını anlaya bilən... Hansısa yeni qanun layihəsini müzakirə edə bilən... Düşünürəm ki, toyxana və bir-birini tərifləmək ab-havasından artıq çıxmalıyıq. 

Belə tənqidi fikirləri yazanda mütləq İTV-ni qeyd etməliyəm. Bu televiziyanın illər əvvəl təqdim etdiyi məhsullar heç kimin yadına düşməyəcək. Çünki çox maraqsız idi və tamaşaçısı da demək olar ki, yox idi. Amma son illər İTV Azərbaycan teleməkanında yeni brendə çevirildi. Qonaqlar böyük məmnuniyyətlə İTV-nin verilişlərinə qatılır, az-çox tanınan aparıcılar İTV-də çalışmaq istəyirlər. Deməli ki, mümkün olmayan heç nə yoxdur. Sadəcə çalışmaq və vicdanlı olmaq lazımdır. 

Sonda yenə də diqqətimi qadın aparıcıların üzərinə gətirmək istəyirəm. Mən yerli telekanallarda gözəl və ağıllı qadınlar görmək istəyirəm. Zövqlə geyinmiş, zövqlə danışan aparıcıya zövqlə qurulmuş kadrda baxmaq istəyirəm. Yüksək intellektli, xarizmalı simalara ehtiyacımız var. 

Tam səmimi deyirəm ki, toyxana müğənnisi görünüşündə olan aparıcılardan hamı yorulub





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02