YAP Göygöl rayon təşkilatı üzrə Peşə məktəbi ərazi partiya təşkilatında görüş keçirilmişdir.
Bu gün Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə Peşə Məktəbi ərazi partiya təşkilatında keçirilən yığıncaqda YAP rayon təşkilatının sədri Vüqar İsayev, kollektivin rəhbər heyəti və partiya fəalları iştirak ediblər.
Tədbir zamanı ilk öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev iştirakçıları salamladıqdan sonra giriş nitqi ilə çıxış edərək, 7 fevral 2024-cü ildə keçirilmiş Prezident seçkilərinin uğurlu nəticələri barədə geniş məlumat verərək Partiyanın fəaliyyəti dövründə əldə etdiyi qələbələrdən, dünya çapında özünəməxsus yerə malik olmasından və gələcək inkişaf perspektivlərindən danışmışdır. Ərazi partiya təşkilatının fəaliyyəti müzakirə olunmuş, Partiya fəallarından Asya Qafarova və Sevinc Hacıyeva çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.
Sonra təşkilatı məsələyə baxılaraq, Nəhmədova Kəmalə Saləddin qızı ərazi partiya təşkilatının sədri, Hacıyeva Sevinc Polad qızı sədr müavini seçilmişlər.YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yeni seçilən şəxsləri təbrik edib, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, fəaliyyətlərində uğurlar arzulayıb. Ərazi Partiya təşkilatına seçilmiş sədr və sədr müavini onlara göstərilən yüksək etimada görə minnətdarlıqlarını bildirərək, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.



