Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

İrəvanın iki seçimi var, ya Bakının şərtlərini seçir, ya da... - AÇIQLAMA

2024-02-14 04:03:29 191 baxış
Xəbər şəkil

"Ermənistan tarixin onlara verdiyi acı dərslərdən nəticə çıxarıb sülh istiqamətində real addımlar atmaq əvəzinə, yenə də manipulyasiya və spekulyasiya ilə məşğul  olub bölgədə gərginliyin davam etməsinə çalışır. Bu da ilk növbədə Ermənistan dövlətçiliyinə ciddi təhdid yaradır".

Bunu Ölkə.Az-a açıqlamasında deputat İltizam Yusifov deyib.

Onun sözlərinə görə, Ermənistanın tarixin acı səhvlərini təkrarlaması, onlara sonda baha başa gələcək. "Ermənistan və ermənilər birdəfəlik anlamalıdırlar ki, kimsə kənardan gəlib onların təhlükəsizliyini təmin etməyəcək və bu, mümkün deyil. Belə bir iddiada olan qüvvələrin əsas məqsədi heç də Ermənistanın təhlükəsizliyini təmin etmək yox, bölgədə öz maraqlarının təmin olunmasına nail olmaqdır. Bu istər Fransa olsun, istərsə də digər ölkələr", - o qeyd edib.

Deputat əlavə edib ki, Ermənistan bölgədə müstəqil bir dövlət kimi mövcudluğunu davam etdirmək istəyirsə, o zaman kənardan "xilaskar" axtarışından vaz keçib, qonşuları ilə normal münasibətlər sistemi qurmağın yolunu tapmalıdır: "Ermənistan qonşuları ilə normal, qarşılıqlı hörmət əsasında münasibətlər qura bilməycəksə və ya yenə də qonşularına qarşı düşmənçilik siyasətini davam etdirəcəksə, bu onların məhvi olacaq. Bu siyasət indiyədək necə iflasa uğrayıbsa, bundan sonra da iflasa məhkum olacaq. Bundan ancaq uduzan tərəf erməni xalqı və dövlətçiliyi olacaq. Ona görə də Ermənistan bir dövlət kimi varlığını davam etdirib, region ölkələri ilə sıx əməkdaşlıq qurub inkişaf etmək istəyirsə, o zaman aşağıdakı şərtlərə əməl etməlidir.

Birincisi, konstitusiyasına dəyişiklik edib Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialardan əl çəkməlidir. Nə qədər ki, bu dəyişiklik olmayıb o zaman bölgədə nə uzunmüddətli dayanıqlı sülhdən, nə də normal əməkdaşlıq və qonşuluq münasibətlərindən danışmağa dəyər.

İkincisi, Azərbaycanın şərtləri daxilində sülh sazişi imzalanmalıdır.

Üçüncüsü, Ermənistan öz təhlükəsizliyinin təmin edilməsi adı altında kənar güclərin əlinə vasitə olmaqdan imtina etməlidir. Əgər erməni tərəfi yuxarıda qeyd etdiyim şərtlərə əməl edərsə, elə Azərbaycan və Türkiyə Ermənistan dövlətinin  təhlükəsizliyinin əsas təminatçısı rolunda çıxış edə bilər. Bu zaman bölgədə uzunmüddətli dayanıqlı sülh, sabitlik, inkişaf və sıx inteqrasiya olunmuş əməkdaşlıq münadibətləri hökm sürər. İstənilən digər variantlar isə bölgədə sülhə, sabitliyə deyil, əksinə, təhlükəsizliyə ciddi təhdid yaradır".

Deputat hesab edir ki, istər Parisin dəstəyi ilə Aİ-nin həyata keçirdiyi "binokl diplomatiyasi", istərsə Fransa vasitəsilə bölgədə təhlükəsizliyinə nail olması planları ilk növbədə Ermənistanın milli maraqlarını ciddi təhlükə altında qoyur: "Çünki rəsmi Parisin siyasi mahiyyətini neokolonialist siyasət təşkil etdiyindən Cənubi Qafqazda dayanıqlı sülhə deyil, böhranın davam etməsinə xidmət edir. Neokolonializm siyasəti Parisin bütün hərəkətlərində özünü açıq şəkildə büruzə verməkdədir. Bu da ilk növbədə Ermənistanın bir dövlət olaraq varlığını təhlükə altına alıb bölgədə münaqişənin yenidən alovlandırılmasına xidmət edir. Bunun bariz nümunəsi kimi fevralın 12-də Zəngəzurdə sərhəddə baş verən təxribatı və Fransanın son vaxtlarda yürütdüyü siyasəti göstərə bilərik.  

Son 4-5 ay ərzində sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan edilən sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir. Bu təxribat məhz Ermənistandakı Avropa İttifaqı Missiyasının müşahidə həyata keçirdiyi ərazidən baş verməsi, bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradır. Bu onu göstərir ki, "Binokl diplomatiyası"nın əsas məqsədi bölgədə sülhün yox, gərginliyin davam etməsidir. Lakin İrəvan bilməlidir ki, Fransanın əlində vasitə olması Ermənistana çox baha başa gələcək. Ermənistan ən azı tarixin onlara veridiyi son acı dərslərdən nəticə çıxarsa yaxşı olar. 

Son olaraq onu da qeyd etmək istərdim ki, Ermənistanın iki seçimi var: Ya Azərbaycanın şərtlərini qəbul edib sülhü imzalayır, ya da Ermənistanı daha acı  tale gözləyir".

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03