Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

İnsanın mənəviyyatı təkcə mühitin təsiri ilə formalaşmır

2024-02-14 03:19:46 443 baxış
Xəbər şəkil

İnsanın mənəviyyatı təkcə mühitin təsiri ilə formalaşmır. Hər bir şəxsin maddi-genetik təmələ malik olması, bir növ kodlaşdırılmış sistem olması onun gələcəkdə özünü necə aparması, nəyə daha çox meyilli olması üçün zəmindir. Mənəviyyat anlayışı geniş mənada maddiyyalm qarşılığı olmaqla maddi olmayan hər şeyi əhatə etsə də, dar mənada mənəviyyat "əxlaq" və "tərbiyə" anlayışları ilə eyni tərtiblidir. Digər tərəfdən, mənəviyyat fərdin mənəvi dünyasını ehtiva etməkdən başqa bütövlükdə ictimai həyata aid edilir. "Cəmiyy ətin mənəvi həyatı", "mənəvi mədəniyyət" dedik də söhbət fərdi miqyasdan kənara çıxaraq bir çox sosial institutlara və hətta bütövlük də bəşəriyyətə şamil edilir. Yəni ictimai mühit özü də əxlaqi-mənəvi meyarlarla ölçülür. Müasir dövrdə bəşəriyyətin əldə etdiyi ictimai təcrübə və yüksəldiyi intellektual səviyyədən elm, fəlsəfə, din, əxlaq və digər mənəvi dəyərlər sisteminə yenidən baxılmasına, on ların insan həyatında rolunun yenidən dəyərlən dirilm əsinə böyük ehtiyac yaranmışdır. İndi daha təkcə nəsihətlə, tərbiyə verməklə, hətta maarifləndirməklə insanın mənəvi kamilliyinə nail olmaq qeyri-mümkündür. Fərdin daxili mənəvi potensialının açılması da təkcə təlim-tərbiyə sayəsində həyata keçrilə bilmir. Əvvəllər hər bir fərd cəmiyyətdən daha çox təbiətlə üz-üzə idi və mədəni-mənəvi mühitin sıxlıq dərəcəsinin az olması ona öz aurasını yaratmaq imkanı verirdi. İndi bu sıxlıq yüksək həddə çatmışdır. Cəmiyyətin yüksək dərəcədə təşkilatlanmış olduğu bir şəraitdə hər bir insanın fərdi həyatı özündən daha çox, kənar amillərdən asılı olur. İnsan hələ dünyaya gəlməmiş, onun yaşamalı olduğu təbii, sosial-iqtisadi və mədəni-mənəvi mühit formalaşmış olur. İnsan mənəviyyatının kamilləşdirılməsi bir məqsəd kimi qarşıya qoyulursa, əvvəlcə "kamil mənəviyyat" etalonunun özü düzgün müəyyənləşdirilməlidir. Fiziki cəhətdən hamı bir cür sağlamdır, xəstəliklər isə fərqlidir. Amma mənəvi baxımdan sağlam vəziyyətlər özü də fərqlidir. Əksinə, ola bilsin ki, kənaraçıxmaların təsnifatı daha rahatdır. "Yol"dan çıxaran amilləri müəyyənləşdirmək, qruplaşdırmaq bir o qədər çətin olmadığı halda, "yol"un özünün məhz nədən ibarət olması çox vaxt qaranlıq qalır. Lakin məhz "düz yol"un, mənəvi etalonun önə çəkilməsi və guya tam məlum bir şey kimi dəyərləndirilməsi Şərq təfəkkürü üçün çox səciyyəvidir. Xeyirin, fəzilətin, ədalətin, hikmətin nə olduğu guya bəlli imiş kimi bütün söhbətlər buna nail olmaq və ya bundan yayınmaları qınamaq üzərində qurulur. Nəsirəddin Tusi də "Əxlaqi-Nasiri" əsərində "düz yol"u, fəziləti, xeyiri mərkəzə çəkir və bunlardan fərqli fəaliyyəti mərkəzdən uzaqlaşma kimi dəyərləndirir. Bu, özlüyündə dəyərli bir modeldir. Lakin nur mənbəyi kimi baxılan bu mərkəzin insanın özü üçün aydın və işıqlı olduğunu iddia edə bilmərik. Ən qaranlıq və məchul nöqtə bəlkə də elə mərkəzin özüdür. Mərkəzin işıqlanması, fəzilətin aydınlaşması heç də hamıya yox, ancaq seçilmişlərə məxsus bir vergidir. İnsanı nurani edən də əslində fəzilət nurunun təzahürüdür. İnsanlar məqsədyönlü surətdə "pis" olmurlar. Onlar sadəcə olaraq hər bir konkret situasiyada "yaxşı"nın, xeyirin, "düz yol"un nədən ibarət olduğunu ayırd etməkdə çətinlik çəkirlər. Əlbəttə, 2düz yol"u görərəkdən əyri yol seçənlər də var; onların günahı ikiqatdır. Lakin böyük əksəriyyət bu yolu görə bilməyənlər, fəzilətin ünvanını düzgün tapa bilməyənlərdir. Mənəvi keyfiyyətlərə, işə, əmələ "pis" və "yaxşı" deyə ak-sioloji yanaşmadan fərqli olaraq ölçülü, rasional münasibət bəslənməsi islam məfkurəsinin ən üstün cəhətlərindən biridir. Qurani-Kərim insanları kasıblara yardım etməyə, səxavətli olmağa çağırır. Amma digər tərəfdən, artıq xərc, israfda haram hesab olunur. Müxtəsər mülahizə etməklə məlum olar ki, xəsisilik pis xasiyyətlərdən biri olduğu kimi, israfçılıq da ona bənzərbir şey kimidir. Həlimlik xasiyyətlərin ən yaxşısı hesab edilir, ancaq yeri gəldikdə qəzəbsiz də iş keçmir. Yaxşılıq etmək yaxşı şeydir, lakin yamanlara yaxşılıq etmək, yaxşıların haqqında pislik etmək kimidir. Kamil mənəviyyat modelinin əsasında başqalarına münasibət baxımından xeyirxahlıq, özünə münasibət baxımından xoşbəxtlik dayanır.

Zahir Məmmədov

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01