Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Xalq daha xoşbəxt gələcəyə səs verdi

2024-02-14 03:17:53 137 baxış
Xəbər şəkil

 

Bu gün Qalib Azərbaycan Respublikasının bütün vətənsevər insanları qürur dolu, sevincli günlərini yaşayır. Məhz ona görə ki, 7 fevral 2024-cü il tarixdə keçirilən prezident seçkilərində ölkə vətəndaşları Azərbaycanı möhtəşəm zirvələrə çatdıran, son 20 ildə ğörülən işləri, əməli addımlarla bu günün və gələcəyin reallıqlarına uyğun surətdə uğurla və qətiyyətlə davam etdirən, hazırkı milli inkişafın əsaslarını təşkil edən qüdrətli Liderinə, cənab İlham Əliyevə səs verərək daha xoşbəxt gələcəyinə təminat aldı.
Bu, xalqın ümummillı etimadı, ölkə vətəndaşlarının birmənalı ictimai rəyi idi. Prezident seçkisi xalq-hakimiyyət birliyinin, cəmiyyətimizdə getdikcə inkişaf edən siyasi mədəniyyətin, qədirbilən xalqımızın malik olduğu ali keyfiyyətlərin təntənəsi oldu.
Azərbaycan xalqı bu seçkilərdə bir qərinəlik işğaldan sonra torpaqlarımızı yağı düşməndən azad edən, Müstəqil Azərbaycanımızın suverenliyini, ərazi bütövlüyünü təmin edən, müharibədən çıxmış ölkəmizi sarsımağa qoymayan, respublikamızı müstəqil dövlət olaraq mətin addımlarla irəliyə aparan, gücünü-qüdrətini artıran Liderinə səs verdi.
Bu bir reallıqdır ki, bu günə qədər ölkəmizdə seçkilər, ümumxalq referendumları kifayət qədər fəallıq şəraitində keçib. Amma danılmaz faktdır ki, seçki məntəqələrindəki budəfəki seçici izdihamı, mütəşəkkillik və aktivlik heç zaman müşahidə olunmamışdı. Bunu hətta seçkiləri müşahidə edən xarici müşahidəçilər və hakimiyyətin qatı opponentləri də etiraf etməkdədirlər. Prezident seçkisi tam şəffaf, demokratik mühitdə, rəqabətli şəraitdə, beynəlxalq müşahidəçilərin iştirakı ilə həyata keçdi. İddiasını ortaya qoyan hər kəsə seçkidə iştirak edib öz alternativ mövqeyini seçicilərə çatdırmaq, şansını sınamaq imkanı yaradıldı. Seçicilər fəal şəkildə məntəqələrə gələrək öz səslərini ən layiqli namizədə, öz xoşbəxt gələcəyinin qarantına verdilər. Azərbaycanda bütün parametrlər üzrə nümunəvi bir seçkinin keçirildiyi bir çox beynəlxalq müşahidəçilərin rəylərində də əksini tapdı. Əslində real həqiqət, demokratik səsvermə üçün yaradılmış şərait, yüksək seçici fəallığı ortada idi.  Belə bir yüksək fəallıq bizi son əsrlərin ən böyük problemindən birdəfəlik xilas edən, dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə nail olan, gələcək nəsillər üçün problemsiz, inkişaf mənzərəli gözəl bir gələcəyin təməlini qoyan Liderə - cənab İlham Əliyevə xalqın minnətdarlığının ifadəsi idi.  Bu, tarixinin ən qüdrətli çağlarına gəlib çıxmış Azərbaycan dövlətinə, uzun illərdən bəri apardığımız haqq savaşındakı möhtəşəm Zəfərimizə, keçmişin dəyərlərinə, bu günün nailiyyətlərinə, gələcəyin ümidlərinə verilən səs idi.
Xalq ona görə öz liderini yenidən seçdi ki, Azərbaycanı regionda aparıcı, dünyada isə söz sahibi edən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən 20 il ərzində Azərbaycan çox mühüm keyfiyyət dəyişiklikləri yaşayıb: ölkə hərtərəfli inkişaf edib, beynəlxalq nüfuzu artıb, maliyyə imkanları çoxalıb, insanların sosial rifahı yüksəlib, düşmən üzərində zəfər çalaraq qalib ölkəyə çevrilib.
Cənab İlham Əliyev Azərbaycanı Heydər Əliyevin arzuladığı bir səviyyəyə çatdırıb, Heydər Əliyevin görmək istədiyi ölkəyə çevirib. Sözün əsil mənasında Ulu Öndərin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” ifadəsi tam reallığa çevrilib.
Bəli dövlət baş­çısının öz xalqı qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, hər bir azərbaycanlıya və ölkəmizin problem­lərinə böyük həssaslıqla yanaşması "Mən hər bir azərbaycanlının Prezidenti olaca­ğam" vədinin mütləq surətdə reallaş­dığını bir daha təsdiqləyir. Bu reallıq isə öz əbədiliyi ilə xalqımız tərəfindən qorunur, dəyərləndirilir və sevilir.
Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Tək­cə ölkəmizdə deyil, bütün dünyada müasir lider obrazı yaratmış Prezident İlham Əliyevin həyata keçirdiyi çox­şaxəli inkişaf strategiyalarının prakti­ki nəticələrini nəzərdən keçirəndə tarixən zəngin dövlətçilik ənənəsinə malik Azərbaycan xalqının nə qədər doğru seçim etdiyi bir daha təsdiqlənir. Xalqdan aldığı bu mütləq dəstəyə görə cənab İlham Əliyev zəmanəmizin ən parlaq liderlərindəndir. Məhz xalqın maraqlarını ifadə etdiyinə görə Azərbaycanın dövlət rəhbərinin bütün məsələlərlə bağlı konkret mövqeyi var və onu mövqeyindən döndərmək mümkün deyil.
Bu seçkidə güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbay­canın qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb – Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qo­yub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin apa­rılması, regionda kommunikasiyaların yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəyliyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərin­ləşdirilməsi və digər mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etmə­sinə imkan verəcək. Qürurla deyə bilərik ki, əldə olunan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Sözün əsil mənasında Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirdi, inkişafa yol açdı. Sözünə düz, vədinə sadiq-Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev isə xalqımızın sınmış qürurunu, tapdanan ləyaqətini özünə qaytardı, suverenliyimizi təmin etdi, ölkəmizi inkişafdan-tərəqqiyə, tərəqqidən-Zəfərə çatdırdı.
Odur ki, qədirbilən xalqımız Ulu Öndərin xatirəsini daim əziz tutaraq hörmət və ehtiramla anacaq, Prezident İlham Əliyevə böyük inam və ümid bəsləyərək, dövlətimiz və xalqımız naminə gördüyü möhtəşəm işlərdə daim yanında olacaqlar.
Beləliklə xalqımızın 7 fevral 2024-cü il tarixdə tam demokatik, şəffaf şəraitdə keçən prezident seçkisində ölkənin hərtərəfli inkişafına yönəlmiş məqsədyönlü və uğurlu siyasəti təmin etməyə, respublikanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməyə qadir lider kimi növbəti dəfə cənab İlham Əliyevi 92,12 faiz səslə bu şərəfli vəzifəyə seçməsi, Azərbaycan xalqının öz Qalib Liderinə olan etimadının bariz nümunəsi oldu.  Bununla da xalq artıq görünməkdə olan daha xoşbəxt gələcəyunə səs verdi. Əminliklə deyə bilərik ki, Prezident-Xalq birliyinin gücü ilə bütün vətəndaşlarımız günbəgün bu reallığın şahidi olacaqlar.
Fevralın 13-də isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə seçkilərin nəticələrinin təsdiq olunması isə xalqını, dövlətini, vətənini sevən hər bir kəsi olduqca qürurlandırdı və Azərbaycanın daha xöşbəxt gələcəyinə təminat verdi.

 

Vüqar İsayev
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03