Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Deputatdan ÖNƏMLİ ANONS: "Yaxın zamanlarda, ya bir ildən sonra..."

2024-02-11 20:21:10 248 baxış
Xəbər şəkil

 

Deputatdan islahatlarla bağlı mühüm anonslar və gözləntilər; Fəzail Ağamalı: “Məncə, elə bir komanda formalaşacaq ki, çox ciddi çağırışlara cavab versin”

 

7 fevral prezident seçkisindən sonra Azərbaycanın yeni mərhələyə adlayacağı barədə proqnozlar davamlı şəkildə səslənməkdədir, bunun bir zərurət olduğu vurğulanır. 

Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a müsahibəsində həm seçkinin nəticələri, həm bundan sonrakı gözləntilərlə bağlı çox mühüm məsələlərdən danışdı:

- Fəzail bəy, 7 fevral prezident seçkisindən sonrakı Azərbaycanı necə təsəvvür edirsiniz?

- Əslində bu seçki Azərbaycan xalqının tarixinə çox önəmli səhifələr əlavə etdi. Mənim düşüncəmə görə, 2024-cü ilin 7 fevral seçkisi 2020-ci ilin Vətən müharibəsinin və 2023-cü ilin antiterror əməliyyatının məntiqi davamı, ona yekun vurmaq mərhələsi idi. Biz artıq bu seçki ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin edən digər hərbi-texniki vəzifələri siyasi mübarizə və siyasi qələbə ilə möhürlədik. Bu məsələ tamamilə bitdi. Xüsusilə ölkə Prezidentinin öz ailəsi ilə bərabər Xankəndidə seçkilərə qatılaraq səs verməsi mahiyyətinə görə olduqca mühüm tarixi hadisə idi. Bitdi bu məsələ! Azərbaycan müstəqillik əldə etdikdən sonra və əslində ondan da öncə başlamış, müstəqillik əldə etdikdən sonra aparmış olduğu çox gərgin, çətin, mürəkkəb mübarizəyə yekun vurdu. Biz təkcə Ermənistan deyilən cırtdan, süni, əsası, kökü olmayan bir ölkə ilə mübarizə aparmırdıq. Xüsusilə bizim üçün ən çətin məsələ onun arxasında duran nəhəng qüvvələrlə bağlı idi. Ölkə Prezidentinin çox diplomatik məharəti ilə bu nəhəng qüvvələrin bəziləri neytrallaşdırıldı. Bəziləri isə elə müharibə dövründə ermənilərlə bərabər müxtəlif səviyyələrdə əzildilər və biz yekunlaşdırdıq. İndi yeni bir mərhələ başlayıb, Azərbaycanın dövlətçiliyində, ictimai-siyasi, sosial-iqtisadi, hüquqi sistemində. Əvvəlki proseslərdə, ciddi hadisələrdə, yəni 2020-ci ilin Vətən müharibəsində, 2023-cü ilin antiterror əməliyyatında Azərbaycan xalqı dövləti, Ali Baş Komandanı ilə necə bərabər oldusa, 7 fevral 2024-cü ildə eynən prezidenti ilə bərabər oldu. Azərbaycan xalqının burada birliyinin, həmrəyliyinin, öz dövlətinə sahib çıxmasının təntənəsini gördük və ona sadiq olduğunun gününü yaşadıq. Bax, belə bir müstəvidə xalq artıq istər-istəməz bu səhifəni bağlayıb, yeni bir səhifənin açılma prosesinin içərisində olacaq.

- Konkretləşdirsək, yeni səhifələrin yazılmasına, islahatlara başlanılmasına haradan, nələrdən başlamaq lazımdır?

- Heç şübhəsiz, yeni mərhələnin yeni çağırışları olacaq. Düşünürəm ki, seçkinin əhval-ruhiyyəsi ilə müəyyən müddət keçəndən sonra ilk növbədə həyat səviyyəsinin yüksəlməsi, insanların yaşamı xüsusi olaraq qabaracaq. Növbəti illərdə bu məsələlər xüsusi olaraq önə çıxacaq. Eyni zamanda ölkə Prezidentinin hələ keçən dönəmdə elan etdiyi kimi, 2018-ci ildən başlamış olan islahatları daha da dərinləşməlidir, yəqin ki, bu istiqamətdə islahatlar aparılacaq. Xüsusi olaraq məhkəmə-hüquq sistemində aparılan islahatlar daha ciddi xarakter almalıdır. Sosial-siyasət, xüsusi olaraq pensiyalarla, aztəminatlı ailələrin təminatlı ilə bağlı... Şəhid ailələrinə, qazilərə təbii ki, dövlətin qayğısı çox yüksək səviyyədədir. Bunlar da zamanın və tələbin çağırışlarına uyğun olaraq önə çıxacaq. Təbii ki, siyasi sistemin özünün də təkmilləşməsinə, güclənməsinə ciddi ehtiyac var. Çünki cəmiyyətin siyasi sisteminin güclü olması və onun vahid mövqedən çıxış etməsi dövlətimizin, cəmiyyətimizin immunitetini gücləndirir və xarici, məkrli əllərin Azərbaycanın içərilərinə yeriməsinə imkan verilmir. Beləliklə, bu istiqamətdə də təbii ki, işlər daha intensiv olmalıdır.

- Konstitusiya dəyişiklikləri ilə bağlı gözləntiləriniz necədir?

- Yaxın zamanlarda, ya bir ildən sonra olacaq, deyə bilmərəm, düşünürəm ki, konstitusiya dəyişikliklərinə ehtiyac duyulur. Bu, ciddi sosial sifariş kimi önə çıxır və həmin idarəçilik sistemində konstitusion dəyişikliklər zəruridir. Baxın, ölkə Prezidenti özünün səlahiyyətli nümayəndələrini təyin edib və onların üstün səlahiyyətləri var. Başqa bir tərəfdən, rayon icra hakimiyyətləri var ki, səlahiyyətləri xeyli dərəcədə məhdudlaşdırılıb, mərkəzi icra qurumları ilə onların arasındakı münasibətlərin mövcudluğunda kifayət qədər anlaşılmazlıqlar, çətinliklər var. Deməli, bu idarəçilik sisteminin özünün də təkmilləşdirilməsinə ehtiyac duyulur. Partiyaların cəmiyyətdə yerinin və rolunun daha da artmasında mühüm rol oynayan "Siyasi partiyalar haqqında" Qanun qəbul olundu. Xüsusi olaraq siyasi partiyalarla bağlı Prezident Administrasiyasında xüsusi şöbənin yaradılmasının özü də dövlətin bu məsələyə ciddi əhəmiyyət verdiyini özündə ifadə edir. İndi bunun davamı olaraq təbii ki, partiyaların güclənməsi üçün fikrimcə, proporsional seçki sistemi bərpa olunmalıdır. Yəni qarışıq sistemlə qarışıq partiyaların cəmiyyətdə yerini və rolunu artıra bilərik. Bütöbvlükdə bu çağırışlar, həyata keçirilən tədbirlər Azərbaycan dövlətçiliyinin daha da güclənməsinə xidmət edəcək. Çünki hələ bizim qarşımızda çox ciddi çağırışlar var. İlk növbədə işğaldan azad olunmuş regionları yüksək səviyyədə bərpa edib, ora həmvətənlərimizin qayıdışını təmin etməliyik. Başqa bir tərəfdən, ölkə Prezidentinin də artıq önə çəkmiş olduğu Türk Dövlətləri Təşkilatının institusional səviyyəyə qalxması, onun beynəlxalq bir quruma, beynəlxalq təşkilata çevrilməsi üçün səylər güclənəcək. Burada Azərbaycanın daha ciddi rol oynaması şəksizdir. Aparıcı amil kimi Azərbaycan Türk Dövlətləri Təşkilatının bir ittifaqa, birliyə çevrilməsində özünün son dərəcə əhəmiyyətli töhfələrini verəcək. Hələ bilmirik ki, dünyada, regionda gedən digər proseslər bizə hansı sürprizlər yaradacaq? Bunun üçün dövlətimiz daha da güclənməlidir və məncə, prezident seçkisinin uğurla başa çatması da buna kifayət qədər ciddi zəmin yaratdı və buna doğru getməyimizə də geniş imkanlar açdı.

- Necə hesab edirsiniz, mövcud komanda Prezidentin qətiyyətli, ardıcıl, böyük hədəflərə istiqamətlənmiş siyasətini təqib etmək baxımından müasir tələblərə cavab verirmi? Komandada dəyişiklikləri zəruri sayırsınızmı?

- Bütövlükdə bu komanda ilə ölkə Prezidenti Vətən müharibəsini qələbə ilə başa çatdırdı. Məhz bu komanda ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olundu. Hər kəs öz müstəvisində, öz səlahiyyətləri çərçivəsində son dərəcə ciddi əhəmiyyət kəsb edən, taleyüklü məsələlərin həllinə köklənmişdi və öz səlahiyyətləri çərçivəsində bu istiqamətdə müvafiq tapşırıqları, vəzifələri yerinə yetirirdilər. Bəziləri daha yüksək, daha yaxşı, bəziləri daha zəif, bu məsələləri kənara qoysaq, bütövlükdə komanda tarixin çətin sınağından çıxa bildi, gərək bunu etiraf edək. Amma gəlin görək bu komanda bütövlükdə yeni çağırışlara eyni şəkildə cavab verə biləcəkmi? Təbii ki, bu, cənab Prezidentin səlahiyyətindədir, bütün bunların fərqindədir. Bu komanda bəzi istisnalar olmaqla faktiki olaraq növbəti 7 il ərzində üzərinə düşən dövlətçilik vəzifəsini ayrı-ayrı sahələrdə yerinə yetirməlidir. Buna indiki komandanın bütövlükdə nəfəsi çatacaqmı, ona potensialı varmı? Bəli, bunların içərisində yola davam edə biləcək kadrlarımız var. Ancaq bir sıra sahələrdə çatışmazlıqlar, süstlük də mövcuddur. İndiki çağırışlara uyğun olaraq təşəbbüskarlıq, problemlərin həllinə doğru atılmış olan cəsarətli addımları çox təəssüf ki, bəzən görmürük. Məncə, elə bir komanda formalaşacaq ki, çox ciddi çağırışlara cavab versin, Prezidentin nümunəsində qarşıya qoyulan vəzifələri yerinə yetirmək gücündə olsun. Mənim düşüncəmə görə, ən başlıcası, hakimiyyətin yuxarı pillələrində oturan insanlarda peşəkarlıqla bərabər, həm də yüksək vətənpərvərlik hiss olunmalıdır. Kosmopolitizm keçmir. Hətta baxın, Avropanın yüksək səviyyədə inkişaf etmiş ölkələrində belə, kosmopolitizm artıq buxarlanır, daha çox milli köklərə bağlılıq, dövlətin maraqları, xalqın mənafeləri önə çıxır. Bunu önə çıxaran siyasi partiyalar da xalqın etimadını qazanmağa başlayır. Təbii ki, Azərbaycanda da peşəkarlıqla bərabər, kosmopolitik fikirləri özündə ifadə edənlərin yüksək vəzifə daşımasına baxılmaldıır. Yüksək vəzifəyə gətirilənlər Prezident və Ali Baş Komandan İlham Əliyevdən məhz bu baxımdan da nümunə götürməlidirlər. Onun daşımış olduğu müsbət keyfiyyətlərin içərisində vətənpərvərlik öndə olmalıdır.

- Konstitusiya dəyişikliklərinin zəruri olduğunu bildirdiniz. Eyni zamanda cari ildə bələdiyyə və parlament seçkiləri ilə bağlı da gözləntilər var. Sizin məlumatlarınız nədən ibarətdir?

- Təbii ki, hər iki quruma seçkilər keçirilməlidir, bu, konstitusion tələbdir. Şükürlər olsun ki, həmin seçkilərin keçirilməsinə də hər hansı bir maneçilik yoxdur və görünmür də. Parlament seçkiləri ya bu ilin sonunda keçirilməlidir, ya da gələn ilin fevralında. Bundan o tərəfə keçə bilməz. Yaxın aylarda bütün bunlara aydınlıq gətirilməsinin şahidi olacağıq.

- Fəzail bəy, İlham Əliyevin rəqiblərinin çıxışlarını yəqin ki, izləmisiniz. Təklifləri, tənqidləri oldu. Siz digər 6 namizəddən hansını diqqətlə izləyirdiniz?

- O rəqiblərin hər birinə mənim hörmətim var. Onların bir neçəsi uzun illərdir bir yerdə parlamentdə çalışdığımız həmkarlarımdır. Eyni zamanda siyasi partiya rəhbərləridir. Həmçinin partiya mənsubiyyəti olmayanlara da hörmətim var. Ancaq mənim bir namizədim var idi, o da İlham Əliyev. Təbii, bunun fövqündə digər namizədlərin hansının daha cəlbedici fikirlər söyləməsi məni maraqlandırmırdı, maraq dairəmdə də deyildi. Bu baxımdan mövqeyimdə hər hansı dəyişiklik ola bilməzdi, bunu gözləmək də sadəlöhvlük olardı. Birmənalı şəkildə mən İlham Əliyevin prezidentlik uğrunda mübarizədə qalib gəlməsini arzulayırdım, bir vətəndaş olaraq, çoxmilyonlu xalqımızla bərabər buna çalışırdım. Azərbaycan xalqı mahiyyətcə qalib gəldi. Bu, həm də uduzanların qələbəsi idi, təkcə cənab Prezidentin deyil. Bütün xalqımız bu qələbəni əldə etdi. Hətta rəqiblərin özünün də qələbəsi kimi səciyyələnməlidir. Çünki qazanan dövlətimiz, xalqımız oldu. Digər 6 namizədin çıxışlarında da mən Vətənin, dövlətimizin əleyhinə hər hansı fikirlərin səsləndiyinin şahidi olmadım. Həm də onlar düşüncə etibarilə bu cür mövqedən çıxış edən insanlar deyillər. Uğurlar olsun! Hər halda, onlar özlərini bir daha cəmiyyətimizə təqdim etdilər. Cəmiyyətimizdə mövcud olan problemləri önə çəkdilər, qabartdılar. Yəqin ki, ölkə Prezidentinin yeni komandasında bütün bunların mümkün olanları gələcəkdə reallaşacaq, bunun özü də müsbət haldır və prezident seçkisində xalqımıza, dövlətimizə verilmiş töhfələrdən biridir.

- Xaricdən Azərbaycana təzyiq kampaniyası səngiyəcəkmi? Seçkiləri pozmaq üçün hərəkətə keçənlər bundan sonra susacaqlarmı?

- İnanmıram. Epizodlar olacaq, ancaq nəticə etibarilə bir neçə aydan sonra onlar da susmaq məcburiyyətində qalacaq. Çünki qaliblər mühakimə olunmur, qaliblər həmişə önə baxır və daha yeni-yeni uğurlar əldə etmək üçün düşünür. Bizim Prezidentimiz bu baxımdan dünyada öndə olan siyasətçilərə bir nümunədir. Deyilənlər də nə Azərbaycan dövlətçiliyinə, nə cənab Prezidentin mövqeyinə, nə də müəyyən etmiş olduğumuz hədəflərə hər hansı bir təsir göstərmək gücündə olmayacaq.





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03