Qalib Azərbaycan xalqı öz zəfərinə Ilham Aliyevlə davam dedi
Kanal4.az xəbər verir,ki bununla bağlı Millət vəkili İltizam Yusifov şəxsi Facebook hesabında paylaşım edib.
Əziz həmvətənlər!
Azərbaycanda 7 fevral növbədənkənar prezident seçkiləri uğurla keçirildi. Qalib Azərbaycan xalqı öz zəfərinə davam dedi. Müstəqillimiz tarixinin ən şanlı səhifəsini yazan cənab İlham Əliyev xalqın mütləq qalibi oldu. Cənab İlham Əliyev seçkilərdə mütləq səs çoxluğu ilə təkcə öz opponentlərinə qalib gəlmədi. O, Azərbaycanda qarışıqlıq yaradaraq ölkəni zəif duruma salmaq istəyənlərə, Qarabağ zəfərinin qisasını bizdən almağı düşünənlərə qalib gəldi. O, okeanın o tayından, Arazın o biri üzündən, qoca qitədən, tarixi torpağımız olan İrəvandan ölkəmizə uzanan xain əlləri bir daha kəsib atdı, xor baxanların gözlərini kor etdi.
Mən də bir Azərbaycanlı olaraq cənab İlham Əliyevi ürəkdən təbrik edir və Dövlətimiz, millətimiz naminə işlərində uğurlar arzulayıram.
Seçkilərin qalibi Azərbaycan xalqıdır.
Şübhə yoxdur ki, qarşıdakı 7 ildə Azərbaycan dövləti, Azərbaycan vətəndaşı daha güclü olacaq. Güclü vətəndaş güclü dövlətin təməlidir. Yeni zirvələri məhz Cənab İlham Əliyevin liderliyi altında fəth edəcəyik.
Milli Məclis Deputatı Iltizam Yusifov